Nə günah
Bu ömürdü, öz baharı, öz qışı;Gələn yazda, gedən qışqa nə günah.Xirtdəyəcən günahlara batmışıYuya bilməz, qar-yağışda nə günah.
Göylər qala buludları axımlı,Yer körpəli, yer cavanlı, ahıllı.«Dəli» – deyib daşlayanda ağıllıXəncər qapan ağlıçaşda nə günah.
Yekə-yekə xırdalanan «addılar»Heç bilinməz çapardılar, atdılar.İki itə para sümük atdılar,Qarabaşda, Alabaşda nə günah.
Qara külək tumanını qaldıra,Xırmançının samanını qaldıra.Dəyirmançı dabanını qaldıra,Bir-birini yeyən daşda nə günah.
Hər havaya çiyninə baş qoymayan,Fırfıra tək fırlanmaqdan doymayan...Bu başlarla aşıq-aşıq oynayanÇevik əldə, ayıq başda nə günah.
Bəlkə əlli misrası yox əllimin,Bu titrəyiş günahıdır əlimin...Qollarında dost əli var əlli min,Məmməd Araz, əlli yaşda nə günah...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-ne-gunah
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bütün qoluzorlulara nifrətim var:Boylu olsun, alçaq olsun,
Sənə inanıramNə dona girsə də ilandır, ilan,Lənət ağına da, qarasına da.
Ad günüməHeç gün çatmaz bu gün mənim ad günümə,Nəvələrim gəlmişdilər ad günümə.
Yoxdu sözüm, yoxdu dahaVallah, sözüm tükənibdi,Vallah, sözüm yoxdu daha.