Dağdan, daşdan gəlir səsim,Xatirələr yolum indi.Hünərimə keşik çəkənNəvəm əsgər olub indi.

Avropaya ayıl deyənSəda məndim, haray məndim.Arzuları BerlinəcənGedən Həzi, Gəray məndim.

Adsız məzar mənimkidir,Heykəl olan əsgər mənəm.Sinəsində ölməzliyiSağ saxlayan hünər mənəm.

Əsgər andı atəş demək,Əsgər andı yürüş demək.Vətən mənə oğul dedi, –Vuruş demək, döyüş demək!

Avropaya ayıl deyənSəda məndim, haray məndim.Arzuları BerlinəcənGedən Həzi, Gəray məndim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri