Yamanlıqdan yaxşılığa dönümdəBəzən asan körpü olur ölüm də.

Ölüm adlı bir «bələdçi» apardı onu,Fərqi yoxdu: hava günlü, hava buludlu.Ömrü boyu yaxşılıqdan yoxsulluğunu,Unudulmaz pisliyini hamı unutdu.

Son mənzilin son çağrışı yudu günahı,Bu məqamda nə sual ver, nə cavab istə...Qaratikan «sahibkarı», «gül-çiçək şahı»Gedən yolla o da getdi çiyinlər üstdə.

(Qəmli, dalğın baxan vardı cənazəsinə,Pis köçürsə, gərək ona bir əvəz ola.Bəd əməllər görk olmasa yer kürrəsinəYaxşıların yaxşılığı görünməz olar).

Bu dəmlərdə bir möcüzə istəyir adam,Məzarının qapısında mərhum oyana.Görə, ölüm sağlığını çıxarıb yaddan,Pak əllərlə gedir indi torpaq qoynuna.

Son divandan qaça bilmir pislikli pislərToz kimi də yapışsalar daşa-divara.Yer altında itib-batır qurama izlər,Meydan qalır yaxşılara, yaxşılıqlara.

Meydan qalır... meydan acı şeytan da qalır,Qara yeli yedəkləyib qapmağa hazır...Meydan yoxsa başı açıq, ayağı yalın –Yer süpürür, cilov tutur,Üzəngi basır.Bu dünyada yamanları dəfn etmək asan,Yamanlığı dəfn eləmək çətindən çətin.Dar da qazsan,gen də qazsan,dərin də qazsanŞeytan sığan qəbrə sığmaz şeytan xisləti.

Pislik şeytan əməlidir, – deyərdi babam –Yüz pisliyin darğasıdır bir namərd səsi.Pis – gövdədir, əzəl-axır yığacaq zaman,Pislik – zoğdur;o gizlənib, o göyərməsin...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm