بیا ساقی از می دلم تازه کندر این ره صبوری به اندازه کن

چراغ دلم یافت بی‌روغنیبه مِی‌ ده چراغ مرا روشنی

چو روز سپید از شب زاغ رنگبرآمد چو کافور از اقصای زنگ

فروزنده روزی چو فردوس پاکبرآورده سرْ گنجِ قارون ز خاک

هوا صافی از دود و گیتی ز گردفلک روی خود شسته چون لاجورد

به عزلت کمر بسته باد خزاننسیم بهاری ز هر سو وزان

همه کوه گلشن همه دشت باغجهان چشم‌روشن به زرین چراغ

زمانه به کردار باغ بهشتزمین را گل و سبزه مینو سرشت

به فیروز رایی شه نیک‌بختبه تخت رونده برآمد ز تخت

سر تاج بر زد به سفت سپهربرافراخت رایت برافروخت چهر

زمین خسته کرد از خرام ستورگران کوه را در سرافکند شور

سپه راند از آنجا به تخت سریرکه تا بیند آن تخت را تخت‌گیر

سریری خبر یافت کان تاجداربرآن تختگه کرد خواهد گذار

ز فرهنگ فرومانده آگاه بودکه فیروز و فرخ جهانشاه بود

ز تخم کیان هیچکس را نکشتهمه راستان را قوی کرد پشت

سران را رسانید تارک به تاجبسی خرج‌ها داد و نستد خراج

ز شادی دو منزل برابر دویدبه فرسنگ‌ها فرش دیبا کشید

ز نزلی که بودش بدان دسترسبه حدی که حدش ندانست کس

ز هر موینه کان چو گل تازه بودگرانمایه‌ها بیش از اندازه بود

سمور سیه روبه سرخ تیغهمان قاقم و قندز بی‌دریغ

وشق نیفه‌هایی چو برگ بهاربنفشه بر او ریخته صد هزار

غلامان گردن برافراختهیکایک همه رزم را ساخته

وشاقان‌ِ موکِب‌رو زود‌خیزبه دیدار تازه به رفتار تیز

چو نزلی چنین خوب و آراستهروان کرد و با او بسی خاسته

به استاد گاران درگه سپردکه عاجز شد آنکس که آنرا ببرد

درآمد به درگاه شاه جهاندو تا کرد قامت چو کارآگهان

جهانشاه برخاست نامیش کردبه شرط نشاندن گرامیش کرد

چو دادش ز دولت درودی تمامبپرسیدش از قصهٔ تخت و جام

که جام جهان‌بین و تخت کیانچگونه‌ست بی فرّ فرخ‌بیان

سریری ملک پاسخش داد بازکه ای ختم شاهان گردن‌فراز

کیومرث از خیل تو‌ چاکریفریدون ز مُلک تو فرمانبری

ستاره کمان تو را تیر بادکمندت سپهر جهانگیر باد

کلیدی که کیخسرو از جام دیددر آیینهٔ دست توست آن کلید

جز این نیست فرقی که ناموس و نامتو ز آیینه بینی و خسرو ز جام

چو رفتند شاهان بیدار تختترا باد جاوید دیهیم و تخت

به تخت تو آفاق را باد نورمباد از سرت سایهٔ تاج دور

چه مقصود بُد؟ شاه آفاق راکه نو کرد نقش این کهن طاق را

پی بارگی سوی این مرز راندبر و بوم ما را به گردون رساند؟

جهان خسروش گفت کای نامدارز کیخسروان تخت را یادگار

چو شد تخت من تخت کاووس کیهمان خوردم از جام جمشید می

بدین جام و این تخت آراستهدلی دارم از جای برخاسته

دگر نیز بینم که چون خفت شاهدر آن غار چون ساخت آرامگاه

پژوهندهٔ راز کیخسرومتو اینجا نشین تا من آنجا روم

بگریم بر آن تخت بدرام اوزنم بوسه‌ای بر لب جام او

ببینم که آن تخت خسرو پناهچه زاری کند با من از مرگ شاه

وز آن جام نا جانور بشنومدرودی کزین جانور بر شوم

شد آیینه جان من زنگ خوَردزدایم بدان زنگ از آیینه گرد

بدان دیده دل را هراسان کنمبه خود بر همه کاری آسان کنم

سریری ز گفتار صاحب سریربدان داستان گشت فرمان‌پذیر

فرستاد پنهان به دزدار خویشکه پیش آورد برگ از اندازه بیش

کمر بندد و چرب‌دستی کندبه صد مهر مهمان‌پرستی کند

اشارت کند تا رقیبان تختبسازند با شاه پیروز بخت

به گنجینه تخت بارش دهندچو خواهد می‌خوشگوارش دهند

نشانند بر تخت کیخسرو‌َشفشانند بر سر نثار‌ِ نُوَش

در آن جام فیروزه ریزند میبه فیروزی آرند نزدیک وی

به هرچه آن خوش آید به دندان اونتابند گردن ز فرمان او

چو با استواران بپرداخت رازبه شه گفت که‌آهنگ رفتن بساز

من اینجا نشینم به فرمان شاهچو شاه از ره آید کنم عزم راه

شهنشه پذیرا شد آن خانه رابه همخانگی برد فرزانه را

تنی چار پنج از غلامان خاصچو زری که آید برون از خلاص

سوی تخت خانه زمین در نَبَشتبه بالا شدن ز آسمان برگذشت

برآمد بر آنسان که ناسود هیچبدان چرخ پیچان به صد چرخ و پیچ

دزی دید با آسمان هم نوردنبرده کسی نام او در نبرد

عروسان‌ِ دز شربت آمیختنددر آن شربت از لب شکر ریختند

نهادند شاهان خوان زرشهمان خوردنی‌ها که بُد درخوَرش

پریچهرگان سرایی چو ماههمه صف کشیدند بر گرد شاه

فرو مانده حیران در آن فر و زیبکه سیمای دولت بود دل‌فریب

چو شه زان خورش خورد و شربت چشیدسوی تخت کیخسروی سر کشید

سرافکنده و برکشیده کلاهدرآمد به پایین آن تختگاه

ز دیوار و در گفتی آمد خروشکه کیخسرو خفته آمد به هوش

چنان بود فرمان فرمان‌گزارکه بر تخت بنشیند آن تاجدار

سر تاجداران برآمد به تختچو سیمرغ بر شاخ زرین درخت

نگهبان آن تخت زرین ستونز کان سخن ریخت گوهر برون

که پیروزی شاه بر تخت شاهنماید به پیروزی بخت راه

همان گوهری جام یاقوت سنجکلیدی‌ست بر قفل بسیار گنج

بدین تخت و این جام دولت پرستبسا جام و تختا که آری به‌دست

رقیبی دگر گفت کای شهریارندیده چو تو شاه چندین دیار

چو بر تخت کیخسروی تاختیسر از تخت گردون برافراختی

دگر نغز گویی زبان برگشادکه تا چند کیخسرو و کیقباد

چو زین تخت بازوی شه شد قویکند کیقبادی و کیخسروی

همه فال خسرو در آن پیش تختبه پیروز بختی برآورد تخت

شه آن تخت را چون به خود ساز دادبه کیخسرو مرده جان باز داد

بر آن تخت بنشست یک‌دم نه دیرببوسید بر تخت و آمد به زیر

ز گوهر بر آن تخت گنجی فشاندکه گنجور خانه در آن خیره ماند

بفرمود تا کرسی زر نهندهمان جام فرخ برابر نهند

چو کرسی نهادند و خسرو نشستبه جام جهان بین کشیدند دست

چو ساقی چنان دید پیغام راز باده برافروخت آن جام را

بر‌ِ خسرو آورد با رای و هوشکه بر یاد کیخسرو این می بنوش

بخور که‌اختر فرخت یار بادبدین جام دستت سزاوار باد

چو شه جام را دید بر پای خاستبخورد آن یکی جام و دیگر نخواست

بر آن جامْ عقدی ز بازوی خویشبرافشاند و بنشست و بنهاد پیش

در آن تخت بی تاجور بنگریستبر آن جام می بی‌باده لختی گریست

گه از بی شرابی گه از بی شهیمثل زد بر آن جام و تخت تهی

که بی تاجور تخت زرین مبادچو می نیست جام جهان‌بین مباد

به مِی‌، روشنایی بود جام رابلندی به شه‌، تخت بدرام را

چو شه رفت گو تخت بشکن تمامچو می ریخت گو بر زمین افت جام

شهی را بدین تخت باشد نیازکه بر تخت مینو نخسبد به ناز

کسی کاو به مینو کشد رخت رابه زندان شمارد چنین تخت را

بسا مرغ را کز چمن گم کنندقفس عاج و دام از بریشم کنند

چو از شاخ بستان کند طوق و تاجنه ز ابریشمش یاد باشد نه عاج

از آنیم در جستن تاج و ترگکه فارغ دلیم از شبیخون مرگ

بهار چمن شاخ از آن برکشیدکه شمشیر باد خزان را ندید

کفل گرد کردند گوران دشتمگر شیر از این گورگه در گذشت

گوزنان به بازی برآشفته‌اندهزبران هایل مگر خفته‌اند‌

همان نافهٔ آهوان مشک بستمگر چنگ و دندان یوزان شکست

بدین غافلی می‌گذاریم روزکه در ما زنند آتش رخت سوز

چه سازیم تختی چنین خیره خیرکه بر وی شود دیگری جای‌گیر‌؟

کنیم از پی دیگری جام گرمکه ما را ز جایی چنین باد شرم

چه سود این چنین تخت کردن به پایکه تخته‌ست ما را نه تخت است جای

نه تخت زرست اینکه او جای ماستکز آهن یکی کنده بر پای ماست

چو بر تختْ جاوید نتوان نشستز تن پیش‌تر تخت باید شکست

چو در جام کیخسرو آبی نماندبجای آبگینش نباید فشاند

Saqi, dur şərabla könlümü güldür,
Bu işdə səbrinə bir ölçü götür.

Könül çırağının tükənmiş yağı,
Mey ilə parlat bu sönük çırağı.

Gündüz qarğa rəngli qara gecədən,
Çıxmış Zəngibardan kafur kimi şən.

Uğurlu cənnəttək işıqlı gündüz
Şəfəqlər içində parladırdı üz.

Havada toz, duman yox zərrə qədər,
Lacivərd rənginə boyanmış göylər.

Guşəyə çəkilmiş küləkli xəzan.
Baharın dan yeli əsir hər yandan.

İşıqdır dağ, çəmən, bütün yer üzü,
Parlar al çıraqla dünyanın gözü.

Kainat bir cənnət bağına bənzər,
Hər yanda qoxuyar müşk ilə ənbər.

Bəxtiyar İskəndər uğurla yenə
Taxtından oturdu təxti-rəvanə.

Göylərə söykəndi tacının başı,
Ucaldı bayrağı, açıldı qaşı.

Yer yorulmuş idi at nallarından,
Dağların başına düşdü həyəcan,

Ordunu Səririn şəhrinə çəkdi,
Keyxosrov taxtını görmək istərdi.

Sərirli eşitdi İskəndər gəlir,
Keyxosrov taxtını görmək istəyir.

İşindən, ağlından tutmuşdu xəbər,
Adildir cahangir böyük İskəndər.

Kəyanın nəslinə verməmiş ziyan,
Doğruya köməkdir, arxadır hər an.

Çoxunun başına qoymuş qızıl tac,
Bəxşişlər vermişdir, almamış xərac.

Şahı qarşıladı iki mənzildən,
Xalılar döşədi, yollar oldu şən.

Dəyərli bəxşişlər saçdı o qədər,
Sayını olmadı bilən bir nəfər.

Gül kimi tərtəzə hər çeşid dəri,
Götürmüş həddindən çox bu şeyləri.

Zil qara samur, al tülkü dərisi,
Qaqum, qunduz, vaşak ki, hər birisi,

Baharda ilk açan yarpağa bənzər,
Üstünə səpilmiş bənövşə, ənbər.

Başını dik tutan boyları çinar,
Döyüşdən qorxmayan igid qulamlar,

Cilovda yeriyən qullar hər biri
Görüşdə ən təzə, xidmətdə diri.

Hüzura göndərdi belə bir baxşış,
Başqa töhfələri həddini aşmış.

Saraya axınca bu var, bu dəniz,
Nazirlər saymaqdan qaldılar aciz.

Sərirli hüzura gəldi, baş vurdu,
Belini ikiqat bükərək durdu.

İskəndər şəfqətlə oturtdu onu,
Hörmətlə yüksəltdi uca boynunu.

Məclisdə bitincə görüş ayini,
Soruşdu taxt ilə cam qissəsini:

“Anlat ki, tilsimli cam, Kəyan taxtı
Necədir, sönmüşdü onun da bəxti?”

Sərirli dedi: “Ey dünyanın şahı,
Şərəfli şahların ey şahənşahı!

Kəyumərs ordundan kiçik bəndədir,
Firidun mülkünün fərmanindədir.

Ulduzlar yayına ox olsun sənin,
Göy kimi dünyanı tutsun kəməndin.

Keyxosrov camıdır hər şeyə açar,
Sənin də əlində açan güzgü var.

Fərq budur, dünyada qazandı ad-san
İskəndər güzgüdən, Keyxosrov camdan.

Taleyi oyanmış padşahlar getdi,
Bu taxtı, bu tacı sənə tərk etdi.

Taxtınla dünyaya saçılsın işıq,
Başından tac əskik olmasın artıq.

Dünya tacidarı əzm etmiş, desək
Köhnəlmiş bu tağa vursun yeni rəng.

Onunçun atını sürmüş bu yerə,
Ucalsın daxmamız uca göylərə”.

İskəndər dedi: “Ey böyük namidar,
Kəyandan bu taxta, taca yadigar.

Çünki mən Kavusun taxtına keçdim,
Cəmşidin camından gülgün mey içdim.

Bu uca taxt ilə cam üçün, gerçək,
Oynamış yerindən, çırpınır ürək.

Bilmək istəyirəm, uca tacidar
Dar köhüldə necə tutmuşdur qərar?

Keyxosrov sirrini arar İskəndər,
Sən otur, o yerə yalnız yol göstər!

Yiyəsiz taxtına ağlayım bir an,
Öpüm gülgün camın dodaqlarından.

Bu taxt ki Xosrovdan qalmış yadigar,
Şahın ölümündən açarmı əsrar?

Eşidim o cansız camdan bir salam,
Vücudum canlansın, yaşayım xoşkam.

Canımın güzgüsü paslıdır, gərək
O pasla güzgünün tozunu silmək.

Görməklə qəlbimə düşsün bir təşviş,
Asan olsun mənə hər bir çətin iş”.

İskəndər sözünü salmadı yerə,
Sərirli itaət etdi bu əmrə.

Tez qalabəyinə göndərdi xəbər:
Qarşıya çıxarsın böyük töhfələr.

Çeviklik göstərsin hər bir xidmətdə,
Həm qonaq sevməkdə, həm nəzakətdə.

Tapşırıq verdi: taxt keşikçiləri,
Padşaha xidmətdən durmasın geri.

Yol versin, Keyxosrov taxtına keçsə,
Qədəhi doldursun, gülgün mey içsə.

Keyxosrov taxtına əyləşdirsinlər,
Töksünlər başına inci və gövhər.

Şərabla doldurub firuzə camı
Versinlər padşaha, qalmasın kamı.

Versin xoşladığı yeməkdən ona,
Durmayın geri baş əyməkdən ona.

Elə ki bitirdi tapşırıqları,
Dedi: “Şah buyursun qalaya sarı.

İzninlə burada qalmalıyam mən,
Sizi qarşılayım ordan dönərkən”.

Getməkçin tərpəndi böyük İskəndər,
Bəlinas onunla getdi bərabər.

Məhəkə vurulmuş beş-altı qul da
Ona yoldaş oldu bu çətin yolda.

Mağara yolunu durmadan biçdi,
O qədər ucaldı, göyləri keçdi.

Dırmandı rahatlıq etmədən belə
Çərx kimi burulan yoxuş, keçidlə.

Gördü bir qaladır, alçalar göylər,
Adını davada çəkməmiş bir ər.

Gəlinlər tez şərbət hazır etdilər,
Qatdılar dodaqdan ona gül, şəkər.

Açıldı şahanə gözəl bir süfrə,
Yeməkdən düzüldü adına görə.

Sarayın qızları bənzərdi Aya,
Hər yandan padşahı aldı araya.

Dəbdəbə, şövkətə daldı İskəndər,
Dövlətin siması qəlbi cəzb edər.

Şah xörəkdən yedi, şərbətdən içdi,
Qalxınca Keyxosrov taxtına keçdi.

Taxtın ayağına gəldiyi zaman
Hörmətçin tacını aldı başından.

Elə bil səsləndi hər qapı, divar:
“Yuxudan oyandı yatan tacidar”.

Sərirli vermişdi belə bir fərman:
“Keyxosrov taxtına çıxsın hökmüran”.

O böyük tacidar keçincə taxta,
Bir simürğ oturdu sanki budaqda.

O qızıl sütunlu taxtı güdənlər
Söz xəzinəsindən saçdılar gövhər:

“Padşahın çıxması şahanə təxtə
Hər zaman uğurlu yol açar bəxtə.

Yaqutu ölçən bu gövhər cam ki var,
Çox saysız sərvətə olmuşdur açar.

Bu dövlət becərən cam və taxt ilə,
Çox taxtı və camı alarsan ələ”.

O biri dedi: “Ey uca şəhriyar!
Bir ölkə görməmiş səntək tacidar.

Keyxosrov taxtına sən ki oturdun,
Başını fələyin taxtına vurdun”.

İncə bir dil açdı başqa bir nəfər:
“Keyxosrov, Keyqubad nə vaxta qədər,

Qolun ki bu taxtla gücləndi artıq,
Edərsən Keyxosrov və Keyqubadlıq”.

Şah bu taxt önündə bəxtiyarlıqla
Gözəl fal vuruldu namidarlıqla.

Padişah bu taxta bəzək, şan verdi,
Ölən Keyxosrova yeni can verdi.

Şah taxtın üstündə oturdu çox az,
Tez taxtı öpərək endi keyfi saz.

Şah taxta o qədər xəzinə saçdı,
Xəznədar gözünü heyrətlə açdı.

Əmr etdi: “Bir qızıl kürsü qoyulsun,
Xosrovun camı da yanında olsun”.

Kürsüyə oturdu adlı tacidar,
Keyxosrov camını ələ aldılar,

Saqi tapşırığı görüncə belə,
Parlatdı o camı qızıl mey ilə.

Verdi İskəndərə qəlbində sevinc:
“Keyxosrov eşqinə bu şərabı iç!

Bəxtinin ulduzu sənə yar olsun,
Qolların bu camla bəxtiyar olsun!”

Şah camı görüncə ayağa qalxdı,
Bir kərrə içərək camı buraxdı.

Cama qolbağından saldı bir gövhər,
Oturdu, önünə qoydu İskəndər.

Yiyəsiz o taxta kədərlə baxdı,
Gözündən şərabsız cama yaş axdı.

Padşahsız, şərabsız, yetimtək duran
Boş taxta, boş cama çəkdi bir dastan:

  • Qalmasın qızıl taxt yiyəsiz, yalnız,
    Bu cam da olmasın qızıl şərabsız.

Hər qədəh işığı alır şərabdan,
Hər taxta qiyməti verir hökmüran.

Tacidar getdimi, durma taxtı qır!
Şərabı tökülsə, camı yerə vur!

Padişah taxtında olar sərəfraz,
Cənnətin taxtında naz ilə yatmaz.

Dünyadan cənnətə köçən bir insan,
Bax, belə bir taxtı sanacaq zindan.

Bir quş gülşənindən ayrı düşərkən
Qəfəsi “ac”dandır, toru ipəkdən.

Budaqdan yaşıl tac qoyduğu zaman
Sədəfi, ipəyi çıxarır yaddan.

Biz tac düşgünüyük neçin bu qədər,
Ölüm basqınından tutan yox xəbər?

Xəzan qılıncını görmədiyindən
Qol-budaq ataraq bahar olur şən

Maral sağrısını şişirdən zaman
Bilmir ki, bu yerdən keçəcək aslan.

Cüyürlər çöllərdə oynur, şənlənir,
O qorxunc aslanlar yatmışmı, nədir?

Ahunun göbəyi dolmuş müşk ilə,
Bəbirlərin dişi sınmamış hələ.

Belə bir qəflətlə keçir günümüz,
Bir zaman yanğından qopar ünümüz.

Faydasız olan bu taxt nəyə gərək?
Üstündə başqası ömür sürəcək.

Biz başqa kəslərə yer qızdırırıq,
Bu yerdən utanmaq gərəkdir artıq.

Faydasız bu taxta uyma, saxtadır,
Yerimiz taxt deyil, quru taxtadır.

Bu qızıl taxt deyil, versəniz fikir,
Ayağa vurulmuş ağır kündədir.

Bir taxt ki əbədi yer deyil sana,
Onu ölməmişkən parçalasana!

Keyxosrov camında qalmamışsa su,
Yerinə mey tökmə, qoy qalsın quru.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana