بیا ساقی آن جام کیخسرویکه نورش دهد دیدگان را نوی

Ey saqi, Keyxosrov camını doldur,Bir cam ki hər gözə verir işıq, nur.

لبالب کن از باده خوشگواربنه پیش کیخسرو روزگار

Dur, ağzına qədər mey doldur ona,Hörmətlə ver əsrin Keyxosrovuna.

شها شهریارا جهان داورافلک پایگه مشتری پیکرا

Ey uca şövkətli adil padişah,Müştəri simalı, asiman pənah!

کجا بزم کیخسرو و رخت او‌؟سکندر که شد بر سر تخت او‌؟

Keyxosrov qurduğu məclislər hanı?Taxtında oturan İskəndər hanı?

چو آن کوکب از برج خود شد روانتویی کوکبه‌دار آن خسروان

Onlar öz bürcünü ataraq getdi,Şövkəti, dövləti sənə tərk etdi.

جهانداریت هست و فرماندهیبدان جان اگر در جهان دل نهی

Dünyada İskəndər tək etsən rəftar,Sənindir hər buyruq, sənsən tacidar.

جهان گرچه در سکهٔ نام تستزمین گرچه فرخ به آرام تست

Bu dünya adına vurmuşsa sikkə,Səninlə şənlənmiş olsa da ölkə,

منه دل برین دل‌فریبان به مهرکه با مهربانان نسازد سپهر

Könül vermə könül aldadanlara,Dünya üz verməmiş mehribanlara.

جهان بین که با مهربانان خویشز نامهربانی چه آورد پیش

Onu kim sevdisə, dostun önünə,Bax, nələr çıxarmış o dönə-dönə.

به تختی که نیرنگ سازی نمودبدان تخت‌گیران چه بازی نمود

Bir taxtı hiyləylə qurdu, bax, sonraNə oyun açdı o, taxt quranlara.

به جامی که یک مست را شاد کردبر آن بامدادان چه بیداد کرد

O cam ki bir nəfər məsti şad etdi,Bax, cam sahibinə nə bidad etdi.

چو کیخسرو هفت کشور توییولایت‌سِتان سکندر تویی

Bu yeddi kişvərdə Keyxosrov sənsən,İskəndər mülkünə fərman verənsən.

در آیینه و جام آن هر دو شاهچنان به که به بینی از هر دو راه

Bu şahdan güzgü al, o şahdan cam al,Düz göstərdikləri yolla get, nam al!

به هر شغل که‌امروز رای آوریرهاورد فردا بجای آوری

Hər işə bir qərar verərkən bu gün,Sabaha ondan bir səmər var, düşün.

تویی تاج‌بخشی کز آن تاجدارسریر پدر را شدی یادگار

Şahlara tac verən tacidar sənsən!Atanın taxtında yadigar sənsən!

تو شادی کن ار شاد خواران شدندتو با تاجی ار تاجداران شدند

Şən yaşa, getdi o şən yaşayanlar,Köçdü tacidarlar, sənsən tacidar!

درین باغ رنگین چو پر تذرونه گل در چمن ماند خواهد نه سرو

Bu bağda turacın qanadlarıtəkNə çinar qalacaq, nə də bir çiçək.

اگر شد سهی سرو شاه اخستانتو سرسبز بادی دراین گلستان

Axsitan ömrünü vurdusa başa,Bu yaşıl gülşəndə sən var ol, yaşa!

گر او داشت از نعمتم بهره‌مندرساند از زمینم به چرخ بلند

O məni ucaltdı nazla, nemətlə,Göylərə qaldırdı yerdən hörmətlə.

تو زان بهتر و برترم داشتیدر باغ را بسته نگذاشتی

Sən məni ucaltdın ondan da artıq,Bağının qapısı üzümə açıq.

فلک تا بوَد نقش‌بند زمیمبنداد بر تو درِ خرمی

Yerlərə naxışlar vurduqca dövranÜzünə şənliklər gülsün hər zaman.

مرا از کریمان صاحب زمانتویی مانده باقی که باقی بمان

Zamanın əlaçıq hatəmlərindən,Yalnız sən qalmışsan, yaşa daim sən!

چه می‌گفتم و در چه پرداختمکجا بودم اشهب کجا تاختم

Nədən söyləyirdim, harada qaldım,Atımı sürərək, hara yol aldım!

چو اسکندر آن تخت و آن جام دیدسریری نه در خورد آرام دید

İskəndər o taxtda, o camda, heyhatGörmədi rahatlıq, görmədi səbat.

سریری که جز آسمانی بودبه زندان کن زندگانی بود

Göylərin əbədi taxtı olmayanHər bir taxt deyilmi həyata zindan?

بلیناس فرزانه را پیش خواندبه نزدیک جام جهان‌بین نشاند

Bəlinas həkimi dəvət elədi,Oturdu o cama yaxın, söylədi:

نظر خواست از وی در آیین جامکه تا راز او باز جوید تمام

“Camdakı ayinə sən də qıl diqqət,Ondakı əsrarı ara, tap əlbət!”

چو دانا نظر کرد در جام ژرفرقم‌های او خواند حرفا به حرف

Bəlinas o cama edincə nəzər,Qolayca oxundu bütün rəqəmlər.

بدان جام از آنجا که پیوند بودمسلسل کشیده خطی چند بود

O yerdən ki haman cam asılmışdı,Sarayla bir neçə xətt yazılmışdı.

تماشای آن خط بسی ساختندحسابی نهان بود بشناختند

O xəttə dərindən saldılar nəzər,Gizli bir hesabı dərhal seçdilər.

به شاه و به فرزانهٔ اوستادعددهای خط را گرفتند یاد

Padişah, Bəlinas öz kamaliləXətlərin sayını gətirdi ələ.

سرانجام چون شاه ازان مرز و بومگراینده شد سوی اقلیم روم

Sonralar padişah bu torpaqlardanÖz vilayətinə keçdiyi zaman

سطرلاب دوری که فرزانه ساختبر آیین آن جام شاهانه ساخت

Camdakı ayini tapdı Bəlinas,Üstürlab düzəltdi o ayinə xas.

چو شاه جهان ره بدان جام یافتدر آن تختگه لختی آرام یافت

Elə ki İskəndər yol tapdı cama,O yerdə dincəldi, yetişdi kama.

به فرزانه گفتا که بر تخت شاهنخواهم که سازد کس آرامگاه

Dedi Bəlinasa: “Səndəndir kömək,Bu taxta başqası qonmasın gərək!”

طلسمی بر آن تخت فرزانه بستکه هر کو بر آن تخت سازد نشست

Bir tilsim düzdü o ağıllı həkim,O taxtın üstündə otursa hər kim,

اگر بیش گیرد زمانی درنگبراندازدش تخت یاقوت رنگ

Az keçər, bu taxt da tərpənər birdən,Onu bu yaqut taxt atar üstündən.

شنیدم که آن جنبش دیرپایهنوز اندران تخت مانده بجای

Eşitdim o cünbüş indi də vardır,Qızıl taxt üstündə o bərqərardır.

چو شه رسم کیخسروی تازه کردچو کیخسرو آهنگ دروازه کرد

Xosrov ayinini təqlid edərəkGəldi darvazaya şah Keyxosrovtək.

برون آمد از دیدن تخت و جامسوی غار کیخسرو آورد گام

Camdan, taxtdan gəldi məqsədi ələ,Üz qoydu Keyxosrov yatan köhülə.

نگهبان دز رنج بسیار بردکه تا شاه را سوی آن غار برد

Şahı qələbəyi böyük zəhmətlə,Apardı köhülə yüz əziyyətlə.

چو شه شد به نزدیک آن غار تنگدرآمد پیِ باد‌پایان به سنگ

Elə ki köhülə şah yaxın oldu,O daşlıq yollarda atlar yoruldu.

کزان ره روش بود برداشتهبه خار و به خارا برانباشته

Getmək çox çətindi - nə yol, nə iz var,Hər yanı bürümüş tikan və buxar.

نمایندهٔ غار با شاه گفتکه کیخسرو اینک در این غار خفت

Bələdçi söylədi: “Padşahım, dur,Keyxosrov yatdığı köhül, bax, budur.

رهی دارد از صاعقه سوختهز پیچش کمر در کمر دوخته

Yolları şimşəkli ildırım vurmuş,Qayalıq qayalıq üstündə durmuş.

به غارت مبر گنج غاری چنینبراندیش لختی ز کاری چنین

Köhülün sirrini öyrənmək üçün,Padşahım, bu yolda bir qədər düşün.

به چنگ و به دندان رهش رفته گیرچو کیخسرو آنجا فرو خفته گیر

Diş-dırnaq tökülür qorxunc yollarda,Keyxosrovtək özün yatarsan orda.

سبب جستن پردگی‌های رازکند کار جویندگان را دراز

Əsrar pərdəsinə olma çox yaxınİşi çox uzanar arayanların

ازین غار باید عنان تافتنبه غار اژدها را توان یافتن

Yüyəni geriyə çevirin daha!..Bu köhül içində yatmış əjdaha”.

سکندر ز گفتار او روی تافتپیاده سوی غار خسرو شتافت

İskəndər üzünü çevirdi ondan,Köhülə piyada getdi hökmüran.

دوان رهبر از پیش و فرزانه پسغلامی دو با او دگر هیچکس

Bəlinas arxada, önündə rəhbər,Sınanmış iki qul, bir də İskəndər.

به تدریج از آن رهگذرهای سختبه دهلیز غار اندر آورد رخت

Keçdilər zəhmətlə, bitdi qayalıq,Köhül dəhlizinə çatdılar artıq.

چو گنجینهٔ غارش آمد به دستهراسنده شد مرد یزدان‌پرست

Köhül xəzinəsi gəlincə ələİskəndər qəlbinə düşdü vəlvələ.

شکافی کهن دید در ناف سنگرهی سوی آن رخنه تاریک و تنگ

Gördü daş köksündə köhnə bir yarıq,Ensiz bir yolu var, dar və qaranlıq.

به سختی در آن غار شد شهریارنشانی مگر یابد از یار غار

Köhül sahibindən tapmaqçın nişanKöhülə zəhmətlə girdi hökmüran.

چو لختی شد آن آتش آمد پدیدکه شد سوخته هر که آنجا رسید

Bir qədər keçmədi, od qalxdı birdən,Alışıb yanırdı içəri girən.

به فرزانه گفت این شرار از کجاستدر این غار تنگ این بخار از کجاست

Soruşdu: “Bəlinas, nədir bu odlar?Darısqal köhüldə hardandır buxar?”

نگه کرد فرزانه در غار تنگکه آتش چه می‌تابد از خاره سنگ

Bəlinas diqqətlə baxdı bir zaman,Bilsin ki, neçin od fışqırır daşdan.

فروزنده چاهی درو دید ژرفکه می‌تافت زان چاه نوری شگرف

Gördü bir parlayan dərin quyu var,İçində qaynaşır əlvan işıqlar.

از آن روشنایی کس آگه نبودکه جوینده را سوی آن ره نبود

Kimsə o işıqdan tutmamış xəbər,Arayan tapmamış ondan bir əsər.

بدان روشنی ره بسی باز جستبر او راه روشن نمی‌شد درست

İşığa nə qədər aradı yol, iz,Bir işıq tapmadı, qaldı səmərsiz.

رسن در میان بست مرد دلیرفرو شد در آن چاه رخشنده زیر

O igid belinə bağladı kəndir,Bilsin ki, quyuda bu atəş nədir?

نشان جست ازان آتش تابناککه چون می‌دمد روشنی زان مغاک

Parlayan günəşdən tapdı bir nişan,Anladı od necə çıxır quyudan.

پراکنده نی آتشی گرد بودچو دید اندر او‌، کان‌ِ گوگرد بود

Toplu bir alovdu, deyil dağınıq,Gördü ki, kükürddür bu yanan işıq.

خبر داد تا برکشندش ز چاهبرآمد دعا گفت بر جان شاه

İşarət verincə çıxdı quyudan,Dualar edərək dedi: “Hökmüran,

که باید به زودی نمودن شتابازین چاه کاتش برآید نه آب

Tələsmək lazımdır, göstərin tədbir,Su deyil, quyudan çıxan atəşdir.

درو کان گوگرد افروخته‌ستز گوگرد او گرد او سوخته‌ست

Kükürd mədənidir bu, alovlanır,Kükürddən dörd yanı alışıb yanır.

خبر داشت آنکو درین غار خفتبه گوگرد از آن کیمیا را نهفت

Bu sirri bilirmiş köhüldə yatan,Özünü kükürdlə məhv etmiş, inan”.

درودی شهنشه بر آن غار خواندبرون رفت و عطری بر آتش فشاند

Padşaha, köhülə etdi çox dua,Çıxarkən üzərlik səpdi alova.

چو بیرون غار آمد و راه جستنشد هیچ هنجار بر وی درست

Köhüldən çıxınca axtardı yolu,Tapmadı, qəlb oldu kədərlə dolu.

شنیدم که ابری ز دریای ژرفبرآمد به اوج و فرو ریخت برف

Eşitdim, dənizdən bulud qalxaraqŞiddətli qar səpdi, doldu hər bucaq,

از آن برف سر در جهان داشتهدره تا گریوه شد انباشته

Dünyanı sarsıtdı qarlı bir tufan,Dərələr, təpələr doldu o qardan.

سکندر در آن برف سرگشته ماندچو برف از مژه قطره‌ها می‌فشاند

O qarda sərgərdan qaldı İskəndər,Qarlı kipriyindən axdı qətrələr.

مقیمان آن دز خبر یافتندسوی رخنهٔ غار بشتافتند

Qala xalqı xəbər tutunca bundan,Köməkçin axdılar ora hər yandan.

به چوب و لگد راه را کوفتندبه نیرنگ‌ها برف را روفتند

Təpiklə, kürəklə yolu açdılar,Çox zəhmət çəkdilər, hiylə saçdılar,

به چاره‌گری شاه از آن کنج غاربرون آمد و رفت بر کوهسار

Şah yolu tapmaqçın ətrafa baxdı.Köhülün küncündən zirvəyə qalxdı.

چو این سبز طاوس جلوه‌نما‌یسپید استخوانی ربود از همای

Yaşıl donlu tovuz humay quşundanAğ parlaq sümüyü qapdığı zaman

همایون کن تاج و گاه سریرفرود آمد از تاجگاه سریر

Səriri taxtına səadət verən,Sərir qalasından enincə, şən-şən,

سوی نوبت‌گاه خود بازگشتبلند اخترش باز دمساز گشت

Döndü öz çadırı qurulan yerə,Yenidən yar oldu bəxt İskəndərə.

برآسوده از آن تفتن و تافتنهراس دز و رنج ره یافتن

Dincəldi dəhşətli zəhmət çəkməkdən,Mağara yolunu gedib-gəlməkdən.

تنی کآن‌همه مالش و تاب یافتبه مالشگر آسایش و خواب یافت

Düşdü sıxıntıya, düşdü qorxuya,Özünü ovdurub, daldı yuxuya.

فرو خفت که‌آسایش آمد پدیدشد آسوده تا صبح صادق دمید

Yatdı, vücuduna rahatlıq çökdü,Dan yeri ağardı, al şəfəq sökdü.

چو صبح دوم سر بر افلاک زدشفق شیشهٔ باده بر خاک زد

Yenidən baş vurdu səhər göylərə,Şəfəq mey camını vurunca yerə,

بیاراست این برکهٔ لاجوردسفال زمین را به ریحان زرد

Bu saxsı torpağa lacivərd, fələkSarı reyhanlarla vurunca bəzək,

بفرمود شب بزمی آراستنمی و مجلس و نقل در خواستن

Əmr etdi, şahanə məclis bəzəndi,Noğulla, şərabla süfrə şənləndi.

سریری ملِک را سوی بزم خواندبه نیکوترین جایگاهی نشاند

Səririn şahını dəvət elədi,Hörmətlə oturtdu, şəfqət elədi.

می لعل بگرفت با او به دستچنین تا شدند از می آنروز مست

Onunla qədəhi aldılar ələ,Hamı sərxoş oldu o gülgün meylə.

به بخشش درآمد کف مرزباندر گنج بگشاد بر میزبان

O bəxşiş əlləri açıldı yenə,Xəzinə axıtdı ev sahibinə.

غنی کردش از دادن طوق و تاجهمش تاج زر داد و هم تخت عاج

Həmayil, təxtü tac verdi hökmüran,Taxtı fil sümüyü, tacı qızıldan.

مکلّل به گوهر قبایی پرندچو پروین به گوهر‌کشی ارجمند

İpəkdən don verdi, üstü zər, gövhər,Sanki bir pərvindir, cavahir çəkər.

ز پیروزه جامی ترنجی نمایکه یک نیمه نارنج را بود جای

İçinə yarımca portağal sığanPortağal biçimli firuzə fincan.

یکی نصفی لعل مدهون به زربه از نار دانه چو یک نار‌ِ تر

Yarısı tutulmuş qızıla, lələ,Nar kimi dolmuş nar danələrilə.

ز لعل و زمرد یکی تخته نردبساطی ز یاقوت و زر سرخ و زرد

Zümrüddən nərd verdi - üstü əl-əlvan,Bəzəyi qırmızı, sarı yaqutdan.

ز بلور تابنده خوانی فراخچو نسرین‌‌ِ تر بر سر‌ِ سبز‌شاخ

Büllurdan bir xonça, günəş kimi şən,Sanki göy budaqda açmış yasəmən.

تکاور ده اسب مرصّع‌فسارهمه زیر هرای گوهر نگار

Yorğa at, başında qızıldan yüyən,Yüyənin bəzəyi əlvan gövhərdən.

صد اشتر قوی‌پشت و مالیده‌رانعرق کرده در زیر بار گران

Ağır yük altında tərləmiş yüz lök,Tükləri tərtəmiz, həm sağlam, həm kök.

ز سر بسته‌هایی که در بار بودجواهر به من زر به خروار بود

Yük vurmuş o bağlı şeylərdən hələ,Cavahir batmanla, qızıl xərmənlə.

قباهای خاص از پی هر کسیقبا با دلیهای زرکش بسی

Rütbəyə münasib verdi hər kəsəHər çeşid qəba və zərli əlbəsə.

ز بس تحفه و خلعت و خواستهسریر سریری شد آراسته

Verildi o qədər xələt və sərvət,Sərirli taxtını parlatdı zinət.

بدان دستگه دست شه بوسه دادبه نوبتگه خویشتن رفت شاد

Öpdü şah əlini o dönə-dönə,Sevinclər içində döndü evinə.

شهنشه بزد کوس و لشگر براندسر رایت خود به گردون رساند

İskəndər oradan köç təbli çaldı,Bayraqlar işıqlı göyə ucaldı.

از آن کوهپایه درآمد به دشتسوی ژرف دریا زمین در نوشت

Səhraya endi o dağlıq yerlərdən,Dəniz sahilində eylədi məskən.

در آن دشت یک هفته نخجیر کردپس هفته‌ای کوچ تدبیر کرد

O çöldə bir həftə ov etdi, artıq,Köçmək məqsədilə gördü hazırlıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri