بیا ساقی آن می‌که ناز آوردجوانی دهد عمر باز آورد

Dur, saqi, mey gətir, versin mənə naz,Gəncliyi qaytarar, insan qocalmaz.

به من ده که این هر دو گم کرده‌امقناعت به خوناب خم کرده‌ام

Əlimdən çıxmışdır bu iki dövlət,Edirəm küpdəki qana qənaət.

کسی کاو در نیک‌نامی زنددر این حلقه لاف غلامی زند

Kim istər yaxşı ad keçirsin ələ,Gərək bu qapıda olsun bir kölə.

به نیکی چنان پرورد نام خویشکزو نیک یابد سرانجام خویش

Qoysun yaxşılıqda elə təmiz ad,Bununla sonunu eləsin abad.

به دراعهٔ در گریزد تنشکه آن درع باشد نه پیراهن‌ش

Vücuda geyinsin belə bir köynək,Saxlasın bəladan onu zirehtək.

به از نام نیکو دگر نام نیستبد آنکس که نیکو سرانجام نیست

Hər kim öz sonundan yaxşılıq umar,Gözəl addan başqa gözəl admı var?

چو می‌خواهی ای مرد نیکی پسندکه نامی برآری به نیکی بلند

Durma, sən ey uca ad-san bəyənən,Dünyada yaxşı ad almaq istəsən,

یکی جامه در نیک‌نامی بپوشبه نیکی دگر جامه‌ها می‌فروش

Geyin, yaxşılıqla bir donu parlat,Başqa əlbəsəni yaxşılıqla sat.

نبینی که باشد ز مشگین حریرفروشندهٔ مشک را ناگزیر‌؟

Görməyirsənmi bu müşkü hər zaman,Qara bir ipəkdə saxlayır satan?

گزارنده این نو آیین خیالدم از نیک‌نامان زدی ماه و سال

Bu yeni xəyala bəzək vuranlarƏn gözəl adlardan daim dəm vurar:

سکندر که آن نیک‌نامی نمودبر‌آن نام نیکو بسی کرد سود

Gözəl ad çıxardı böyük İskəndər,Ondan fayda gördü, dərdi çox bəhər.

همه سوی نیکان نظر داشتیبدان را بر خویش نگذاشتی

Yaxşılarla durdu, oturdu hər an,Yanına yol tapa bilməzdi yaman.

ز کشور‌خدایان و شه‌زادگاننظر بیش کردی به افتادگان

Şahlardan ziyadə böyük İskəndər,Məzluma daha çox salırdı nəzər.

کجا زاهدی خلوتی یافتیبه خلوت‌گه‌ش زود بشتافتی

Hər yerdə bir zahid görsəydi, xəlvətÇapardı yanına, edərdi hörmət.

به‌هر جا که رزمی برآراستیاز ایشان به همّت مدد خواستی

Hər yerdə çətin bir döyüş başlardı,Zahidlərdən kömək, himmət umardı.

همانا که‌ز‌آن بود پیروز جنگکه پیروزه را فرق کردی ز سنگ

İskəndər onunçun üstün gəlirdi,Daşı firuzədən seçə bilirdi.

سپاهی که با او به جنگ آمدنداز آن پیشه کاو داشت تنگ آمدند

Onunla bərabər çarpışan orduBu işdən incidi, üzünə durdu.

نمودند کای داور روزگاربه تعلیم تو دولتْ آموزگار

Dedilər ona: “Ey dünya sarsıdan,Sən dövlət işinə çalış hər zaman.

ترا فتح و فیروزی از لشگر‌ستتو زاهد نوازی سخن دیگر‌ست

Ordudur qazanan uğurlu zəfər,Sən ancaq zahidə salırsan nəzər.

به شمشیر باید جهان را گشادتو از نیک‌مردان چه آری به یاد

Dünyanın açarı qılıncdır, əlbət,Bu zahid kəslərlə nədir bu ülfət?

چو همّت سلاح‌ است در دستبردبگو تا کنیم آنچه داریم خرد

Zəfərə silahsa zöhd ilə himmət,Bu nöqsanımızı bizə də öyrət.

ازین پس که بر هم‌نبرد‌ان زنیمدر همّت نیک‌مردان زنیم

Döyüşçün çaparkən bu meydanlara,Biz də zahidlərdən istəyək çara?”

جهاندار ازین داوری‌های سختنگه‌داشت پاسخ به نیروی بخت

İskəndər dinlərkən əsgər sözünü,Dinmədi, saxladı bundan özünü.

سخن بر بدیهه نیاید صواببه وقت خودش داد باید جواب

Faydalı görünməz tez cavab vermək,Hər cavab vaxtında verilsin gərək.

چو لشگر سوی کوه البرز راندبه‌هر ناحیت نایبی را نشاند

Elə ki Əlbürzə yol aldı ordu,Hər yerdə şahdan bir nayib oturdu.

به دهلیزهٔ رهگذر‌های سختز شروان چو شیران همی‌برد رخت

Bu çətin yollarda heç yorulmadanOvçu aslan kimi keçdi Şirvandan.

در آن تاختن که‌آرزومند بودرهش بر گذرگاه دربند بود

Açaraq öz istək qol-qanadını,Oradan Dərbəndə sürdü atını.

نبود آنگه آن شهر آراستهدزی بود در وی بسی خواسته

O zaman çox abad deyildi şəhər,Üstündə bir qala vardı mötəbər.

در آن دز تنی چند ره داشتندکه کس را در آن راه نگذاشتند

Qalada kök salmış azğın quldurlar,O yoldan kim keçsə yolunu burar.

چو شه را سراپرده آنجا زدندرقیبان دز خیمه بالا زدند

Elə ki İskəndər çadırı qurdu,Quldurlar çadırı yuxarı vurdu.

در دز ببستند بر روی شاهنکردند در تیغ و لشکر نگاه

Qala qapısını bağladı düşman,Qorxmadı qılıncdan, qılınc vurandan.

به نوبت‌گه شاه نشتافتندسر از خدمت بارگه تافتند

Hüzura gəlməkdən baş qaçırdılar,İtaət ipini bütün qırdılar.

اگر خواندشان داور دور گیربه رفتن نگشتند فرمان‌پذیر

Şah çağırsa belə uca dərgaha,Heç biri itaət etməzdi şaha.

وگر دفتر داوری در نوشتندادند راهش بر کوه و دشت

Onlara dostluqla uzansa qolu,Yenə də gedərkən kəsərdi yolu.

همان چاره دید آن خردمند شاهکه بردارد آن بند از بندگاه

Çarəsiz qalınca çox kədərləndi,Ərz etdi ortadan qaldırsın bəndi.

به لشکر بفرمود تا صد هزاردرآیند پیرامن آن حصار

Əmr etdi ki, yüz min silahlı əsgər,Hasarlı qalaya doğru gəlsinlər.

به خر‌سنگ غضبان خرابش کنندبه سیلاب خون غرق آبش کنند

Yıxsınlar mancanaq, sapan, daş ilə,Köpürən qan ilə versinlər selə.

چهل روز لشگر شغب ساختندکزان دز کلوخی نینداختند

Qırx gün o hasarda çalışıb durdu,Kərpic də qopara bilmədi ordu.

ز پرتاب او ناوک افکند بالکمندی نه کانجا رسانَد دوال

O yüksək qaladan ox qanad salmış,Nə kəmənd yetişər ona, nə qayış.

عروسک‌زنانی چو دیوان شموسخجل گشته زان قلعه چون عروس

Belə sərt görüncə sapan atanlar.Gəlintək qaladan çox utandılar.

نه عراده بر گرد او ره‌شناسنه از گردش منجنیق‌ش هراس

Nə hasar araba ona yol tapır,Nə də mancanaqdan qorxusu vardır.

چو عاجز شدند اندر آن تاختنوزان جوز بر گنبد انداختن

Yorulub qalınca bu çalışmaqdan,Bu günbəd üstünə boş qoz atmaqdan.

شه کاردان مجلسی نو نهادسران را طلب کرد و ابرو گشاد

Sınaqlı İskəndər bir məclis qurdu,Başçılar gəlincə belə buyurdu:

چه گویید گفتا درین بند کوهکه آورد از اندیشه ما را ستوه

“Bu qala haqqında nədir fikriniz?Yorulduq düşünüb-daşınmaqdan biz”.

ولایت‌گشایان گردن‌فرازنشستند و بردند شه را نماز

Ölkələr fəth edən dikbaş igidlər,Ədəblə baş əyib dua etdilər:

که ما بندگان تا کمر بسته‌ایمبدین روز یک روز ننشسته‌ایم

“Bəndəyik, əmrinə bağladıq kəmər,Dincəlmək bilmədik bu günə qədər.

چهل روز باشد که بی‌خورد و خوابستیزیم با ابر و با آفتاب

Qırx gündür yuxusuz, yorğun, yeməksiz,Buludla, günəşlə çarpışırıq biz.

تو دانی که بر تارک مهر و میغنشاید زدن نیزه و تیر و تیغ

Buludun başına, bilirsən, yol yox,Nə qılınc vurular, nə nizə, nə ox.

چو دیوان بسی چاره‌ها ساختیماز این دیو‌، خانه نپرداختیم

Hər işə div kimi tapdıq bir çara,Bu divlər evində gəldik zinhara,

همان به که گردیم ازین راه تنگگریوه نوردیم و ساییم سنگ

Bu uğursuz yoldan gəl dönək geri,Çeynəyək daşları, dik təpələri”.

شهنشه چو دانست که‌آن سرورانفرو مانده بودند و عاجز در آن

İskəndər duydu ki, igid başçılar,Acizdir bu işdən, olmuşdur naçar.

چو در سرمه زد چشم خورشید میلفرو رفت گوهر به دریای نیل

Sürmədən Günəş mil çəkdi gözünəBatdı bir al gövhər Nil dənizinə.

شه از گنج گوهر به دریا کناریکی مجلس آراست چون نوبهار

Sahildə səpərək xəzinə, gövhər,Bir məclis bəzədi bahara bənzər.

بپرسید چون حلقه گشت انجمناز آن سرفراز‌ان لشگر شکن

Hamı bu məclisə gəldikdən sonra,Söylədi döyüşkən uca başlara:

که از گوشه‌داران در این گوشه کیست‌؟که بر ماتم ِ آرزو‌ها گریست

“Yaxında varmıdır bir zahid dindar,Dünya işlərindən çəkilən kənar?”

یکی گفت کای شاه دانش‌پرستپرستش‌گری در فلان غار هست

Bir nəfər söylədi: “Uca tacidar,Bu yaxın köhüldə qoca zahid var,

به کس روی ننماید از هیچ راهکند بی نیازی به مشتی گیاه

Kimsənin üzünü görməz bu adam.Bir çəngə ot ilə keçinir müdam”.

شهنشاه برخاست هم در زمانعنان‌تاب گشت از بر همدمان

Yerindən ox kimi qopdu hökmüran,Ayrıldı məclisdə olan dostlardan.

ز خاصان تنی چند همراه کردنشان جست و آمد بر نیک‌مرد

Xas adamlardan da qoşuldu ona,Aradı, iz tapdı köhül yoluna.

ره از شب چو روز بد‌اندیش بودوشاقی و شمعی روان پیش بود

Gecə, yol düşmənin günündən qara,Fənər tuturdular o şəhriyara.

چو نزدیک غار آمد از راه دوربه غار اندر افتاد از آن شمع نور

At sürdü, köhülə gəlincə yaxın,Aydınlıq köhülə edincə axın,

پرستنده چون پرتو نور دیدز تاریکی غار بیرون دوید

İşığı görüncə zahid uzaqdan,Dişarı sıçradı o qaranlıqdan.

فرشته‌وشی دید چون آفتاببرآورده اقبال را سر ز خواب

Gördü bir mələkdir günəştək parlar,İqbalı olmuşdur yuxudan bidar.

جهان‌دیده نزد جهاندار تاختبه نور جهاندار‌ی او را شناخت

Qoca tez padşahın yanına keçdi,Şahlığın nuruyla padşahı seçdi,

بدو گفت شخصی بهی‌پیکریگمانم چنانست که‌اسکندری

Söylədi: “Görürəm, bir gövhərsiniz,Zənnimcə, cahangir İskəndərsiniz”.

شه از مهربانی بدو داد دستدرون رفت و پیشش به زانو نشست

İskəndər şəfqətlə ona əl verdi,Onunla bərabər köhülə girdi.

بپرسید از او که‌آشنای تو کیست‌؟ز دنیا چه پوشی و خورد تو چیست‌؟

Soruşdu: “Bu yerdə dostun kim, ey pir?Bu çöldə yeməyin, geyimin nədir?

چه دانستی ای زاهد هوشیار‌؟که اسکندرم من درین تنگ غار‌؟

Bir də anlat mənə, dar köhüldə sən,Nə bildin cahangir İskəndərəm mən?”

دعا کرد زاهد که دل‌شاد باشز بند ستمگاری آزاد باش

Söylədi: “Həmişə qəlbin olsun şad,Hər zülmün bəndindən olasan azad.

به اقبال باد اخترت خاستهبه نیروی اقبالت آراسته

Ulduzun bəxtinlə versin əl-ələ,Taleyin ucalsın səadət ilə.

اگر زانکه بشناختم شاه راشناسد به شب هر کسی ماه را

Görüncə səni mən tanıdım ondan:Ayı qaranlıqda tanıyar insan.

نه آیینه تنها تو داری به‌دستمرا در دل آیینه‌ای نیز هست

Dünyada sanma tək sənin güzgün var,Mənim də ürəyim güzgüdür, parlar.

به صد سال کاو را ریاضت زدودیکی صورت آخر تواند نمود

Yüz ildir parladır onu riyazət,Bir surət göstərə bilir, nəhayət.

دگر آنچه پرسد خداوند رایکه چونست زاهد در این تنگ جای

Ey uca fikirli, sordunuz məndən:Necə ömr edirsən dar köhüldə sən?

به نیروی تو شادم و تندرستتنومند‌تر ز آنچه بودم نخست

Olmuşam sayəndə sağlam bir insan,Əvvəlkindən daha sağlamam, inan.

ز مهر و ز کین با کسم یاد نیستکس از بندگان چون من آزاد نیست

Qəlbimdə kimsəyə yox məhəbbət, kin,Azadə, bəxtiyar yox mənim təkin.

جهان را ندیدم وفا‌داری‌یینخواهد کس از بی‌وفا یاری‌یی

Dünyada bir vəfa görmədim, gerçək,Vəfasız kimsədən umulmaz kömək.

چو برسختم اندیشهٔ کار خویشهمین گوشه دیدم سزاوار خویش

Hər işi fikrimlə çox ölçüb-biçdim,Özümə yararlı bu yeri seçdim.

بریدم ز هر آشنایی شماربس است آشنای من آموزگار

Hesabı, kitabı kəsdim dostlardan,Yalnız bir dostum var - böyük Yaradan.

به بسیار خواری نیارم بسیچکه پُری دهد ناف را پیچ پیچ

Doyunca yeməyə etmədim adət,Mədəni doldurmaq zəhmətdir, zəhmət.

گیا پوشم و قوت من هم گیاکنم سنگ را زر بدین کیمیا

Yediyim göy otdur, geydiyim həsir,Daşları, bax, bunlar kimiya edir.

بود سال‌ها کز سر آیندگانندیدم کسی جز تو ز آیندگان

Bu illər uzunu tacidarlardan,Səndən başqasını görmədim, inan.

سبب چیست که‌امشب درین کنج غار‌؟به نیک اختری رنجه شد شهریار‌؟

Səbəb nə, göylərdə sönmüşkən çıraq,Uğurla köhülə basdınız ayaq?

در غار من وانگهی چون تویییکی پاس شه را کم از هندو‌یی

Sənə bu köhüldə, ey böyük insan,Xidmətçin əskiyəm bir qara quldan”.

جهاندار گفت ای جهاندیده پیراز این آمدن داشتم ناگزیز

İskəndər dedi: “Ey sınaqlı qoca,Çarəm yox, gəlmişəm, fikrimdir uca.

خدای آهنی را به‌دو نیم کردبه ما هر دوان آن دو تسلیم کرد

Tanrı bir dəmiri böldü ikiyə,Bizlərə tapşırdı “sahib ol” deyə.

کلیدی و تیغی بدینسان نگاشتکلید آن تو تیغ بر من گذاشت

Onlardan qılınc və açar bəzərkən,Açarı sən aldın, qılıncı da mən.

چو من ‌زآهن تیغ گیتی‌فروزکنم یاری عدل در نیم روز

Bu dəmir qılıncla işıqlı gündə,Mən haqqa köməyəm ədlin önündə.

تو در نیمه شب نیز اگر یاوریکلید‌ی بجنبان در این داوری

Sən də, gəl, gecəykən göstər kəramət,Ədalət yolunda bir açar tərpət.

مگر کز کلید تو و تیغ منگشاده شود کار این انجمن

Mənim bu qılıncım, sənin açarın,Açsın qapısını xalqın, diyarın.

حصار‌ی است بر سفت این تیغ کوهدرو ره‌زنانند چندین گروه

Bu dik dağ başında var uca hasar,O yerdə yurd salmış azğın quldurlar.

همه روز و شب کاروان‌ها زنندز بد گوهری راه جان‌ها زنند

Gecə də, gündüz də çalırlar karvan,Sənə də qəsd edir bu azğın düşman.

در آن جستجویم که بگشایمشبه داد و به دانش بیارایمش

İstəyim bu işlək yolu açmaqdır,Ədl ilə, biliklə bəzək saçmaqdır.

تو نیز ار به همت کنی یار‌ی‌ییدر این ره کند بخت بیدار‌ی‌یی

Sən öz himmətinlə göstər bir hünər,Tale də bu yolda köməklik edər.

ز رهزن شود راه پرداختهشود توشهٔ ره‌روان ساخته

Əyridən, oğrudan təmizlənər yol,Yolçunun ərzağı artar, olar bol”.

چو آگاه شد مرد ایزد شناسکه دزدان بر آن قلعه دارند پاس

Elə ki anladı o qoca dindar,Qalada hökm edir azğın quldurlar,

یکی منجنیق از نفس برگشادکه بر قلعهٔ آسمان در گشاد

Ahından açınca odlu bir sapan,Göylərin qapağı açıldı haman.

چنان زد در آن کوهه منجنیقکه شد کوه در وی چو دریا غریق

Dağa o sapanı elə fırlatdı,O dağ öz içində dənizə batdı.

به شه گفت برخیز و شو باز جایکه آن کوه‌پایه درآمد ز پای

Padşaha söylədi: “Qayıt indi sən,Uca dağ oynayıb qopdu yerindən”.

چو شاهنشه آمد سوی بزم خویشمقیمان مجلس دویدند پیش

Məclisə dönüncə uca şəhriyar,Məclisdə olanlar qarşı çıxdılar.

دگر باره مجلس بیاراستندبه رامش نشستند و می خواستند

Ən gözəl bir məclis qurdu yenidən,Ortaya mey gəldi, üzlər oldu şən.

کس آمد که دژبان این کوهسارستاده‌‌ست بر در به امید بار

Xidmətçi gəldi ki, qalabəyidir,Hüzura gəlməyə izn istəyir.

بفرمود شه تا درآرند زوددرآمد بر شاه و خدمت نمود

Əmr etdi, hüzura aldılar onu,Girincə yer öpdü, əydi boynunu.

چو بر شه دعا کرد از اندازه بیشکلید در دز بینداخت پیش

Alqışlar yağdırdı uca dərgaha,Açarı ədəblə verdi padşaha.

خبر کرد که‌امشب ز نیروی شاهخرابی درآمد بدین قلعه‌گاه

Söylədi: “Bu gecə qopdu bir bəla,İskəndər gücüylə dağıldı qala.

دو برج رزین زین دز سنگ بستز برج ملک دور در هم شکست

İki bürc hasardan birdən qoparaq,Uçuldu padşahın bürcündən iraq.

ز خشم خدا منجنیقی رسیددز افتاد و ناگاه در هم درید

Tanrının qəhrindən qopdu bir sapan,Hasara düşüncə dağıldı hər yan.

گرش منجنیق تو کردی خراببه ذره کجا ریختی آفتاب‌؟

Səninsə sapanın çatmaz bu yerə,Günəşi yandırmaz kiçik bir zərrə.

خرابی‌ش دانم نه زین لشگر‌ستکه این منجنیق از دزی دیگرست

Bilirəm, xarablıq deyil ordudan,Başqa bir qapıdan gəlir bu sapan.

چو حکم دز آسمانی تراستتو دانی و دز حکمرانی تراست

İndi ki göyün də hökmü səndədir,O qala, o da sən - sənindir əmr”.

نگه کرد شه سوی لشکر کشانکزین به دعا را چه باشد نشان‌‌؟

Baxdı başçılara, dedi İskəndər:“Duaya bundan xoş kim dəlil istər?

چهل روز باشد که مردان کاربه شمشیر کوشند با این حصار

Qırx gündür daş, qılınc yeyir bu hasar,Sınaqlı igidlər hey çarpışırlar.

به چندین سر تیغ الماس رنگنسفتند جو سنگی از خاره سنگ

Bu qədər qılıncın almaz gücüylə,Qopmadı o dağdan bir kəsək belə”.

به آهی که برداشت بی‌توشه‌ایفرو ریخت از منظرش گوشه‌ای

Yoxsul bir zahidin çəkdiyi ahdan,Dağıldı bir hasar, bürc oldu viran.

شما را چه رو می‌نماید درین‌؟که بی نیک‌مردان مبادا زمین‌!

Sizcə, bu qalaya kim oldu üstün?Bu dünya zahidsiz olmasın bir gün.

بزرگان لشکر به عذر‌آوریپشیمان شدند از چنان داوری

Başçılar bu işə çox heyran oldu,Öz dediklərindən peşiman oldu.

زمین بوسه دادند در بزم شاهکه خالی مباد از تو تخت و کلاه

Yer öpüb dedilər: “Sən ey hökmüran,Taxtından, tacından ayrılmayasan.

قوی باد در ملک بازو‌ی توبقا باد نقد ترازو‌ی تو

Ölkədə qolların qüvvətə dolsun,Çəkiyin daşları əbədi olsun.

چنین حرفها را تو دانی شناختکه یزدان ترا سایه خویش ساخت

Belə nüktələri sənsən tanıyan,Səni öz kölgəsi etmiş Yaradan.

چو ما نیز از این پرده آگه شدیمبه‌راه آمدیم ارچه از ره شدیم

Bu sirri, hikməti biz də anladıq,O yanlış yollardan çəkildik artıq”.

فرستاد شه تا به دز تاختنداز آن رهزنان دز بپرداختند

Yenidən bürüdü qoşun hasarı,Yollardan qaldırdı yol vuranları.

بجای دز اقطاع‌ها دادشانسوی دادهٔ خود فرستاد‌شان

Qalanın yerinə ərazi verdi,Onları verdiyi mülkə göndərdi.

در آن سنگ بسته دز اوج سایعمارت‌گری کرد بسیار جای

Göylərlə öpüşən qalanın bir-bir,Uçulmuş yerləri edildi təmir.

خرابیش را یکسر آباد کرددز ظلم را خانهٔ داد کرد

Elə ki dağıntı, uçuqlar bitdi,Zülmün qalasını ədl evi etdi.

نواحی نشینان آن کوهسارتظلم نمودند هنگام بار

O dağda əhali doymuşdu cana,Şikayət etdilər o hökmürana:

که از بیم قفچاق وحشی سرشتدرین مرز تخمی نیاریم کشت

“Bu qıpçaq xalqı bir dəhşətdir, dəhşət...Əkin əkməyə də bizdə yox cürət,

چو هر‌گه کزین سو شتاب آورندبرینش درین کشت و آب آورند

Axına başlarkən açıq dağlardan,Əkindən, biçindən qoymazlar nişan.

ازین روی ما را زیان‌ها رسدز نان تنگی آفت به جان‌ها رسد

Axından ölkəmiz çox ziyan edir,Malımız, canımız məhv olub gedir.

گر آرد ملک هیچ بخشایشیرساند بدین کشور آسایشی

Rahatlıq versəydin bu ölkəmizə,Böyük bir mərhəmət edərdin bizə.

درین پاس‌گه رخنه‌هایی که هستعمارت کند تا شود سنگ بست

Bu açıq və uçuq yerləri bir-bir,Daş ilə dağ kimi eyləsən təmir,

مگر ز‌آفت آن بیابانیانبه راحت رسد کار خزرانیان

Onda çöl xalqının axınlarından,Rahatlıq içində dincələr xəzran”.

بفرمود شه تا گذرگاه کوهببندند خزرانیان هم‌گروه

Əmr etdi: “Nə qədər açıq, uçuq var,Çəksin bu xəzranın xalqı bir hasar.

ز پولاد و ارزیز و از خاره سنگبرآرند سدی در آن راه تنگ

Gecə də, gündüz də qara daşlarla,Olduqca böyük səd çəkilsin yola”.

ز خارا تراشان احکام کارکه بر کوه دانند بستن حصار

İş bilən, sınanmış daş yonanlardan,Dağlarda açığı sədlə bağlayan.

فرستاد خلقی به انبوه راگذر داد بر بستن آن کوه را

Bilikli ustalar göndərdi ora,Keçidlər alındı möhkəm hasara.

چو ز‌آبادی رخنه پرداختندبه عزم شدن رایت افراختند

Hasar işlərindən azad olaraq,Hərəkət qəsdilə ucaltdı bayraq.

شد از زخمهٔ کاسه و زخم کوسخدنگ اندران بیشه‌ها آبنوس

Gurlayan təbillər açırdı yara,Ağaclar abnustək olurdu qara.

ملک بارگه سوی صحرا کشیدعنان راه را داد و منزل برید

İskəndər xeyməni çıxardı çölə,Yollarda mənzili qatdı mənzilə.

چو سیاره چرخ شبدیز راندبه‌هر برج که‌آمد سعادت رساند

Ata ülkər kimi verdi hərəkət,Hər bürcə çatınca saçdı səadət.

چو زلف شب از حلقه عنبریسمن ریخت بر طاق نیلوفر‌ی

Gecənin saçları müşkin həlqədən,Neylufər günbədə saçarkən səmən,

شه و لشگر از رنج ره سودگیرسیدند لختی به آسودگی

Yolun zəhmətindən padişah, ordu,Azacıq dincəldi, bir məclis qurdu.

تنی چند را از رقیبان راهز بهر شب افسانه بنشاند شاه

“Əfsanə söyləsin” deyə İskəndər,Çağırdı o yerdən bir neçə nəfər.

از ایشان خبر‌های آن کوه و دشتبپرسید و آگه شد از سرگذشت

Verdi bir çox sual o yerə dair,Bütün vəqələri öyrəndi bir-bir.

پس آنگاه از هر نشیب و فرازبه گوش ملک برگشادند راز

Söz sözü çəkərkən hər yerdən onlar,Açdılar şaha çox maraqlı əsrar:

نمودند کاینجا حصاری‌ست خوبکه دور است ازو تند باد جنوب

“Burda bir qala var ki, cənub yeli,Əssə də, o yerə uzanmaz əli.

یکی سنگ مینا‌ی مینو سرشتبه زیبایی و خرمی چون بهشت

Minadan bir daşdır, saçar müşk, ənbər,Həm gözəl, həm şəndir bir cənnət qədər.

سریر سرافراز شد نام اودرو تخت کیخسرو و جام او

Sərir adlanır o mübarək məzar,Orda Keyxosrovun taxtı, camı var.

چو کیخسرو از ملک پرداخت رختنهاد اندران تاج‌گه جام و تخت

Keyxosrov mülkündən köçüb gedərkən,Taxtına, tacına bu yerdir məskən.

همان گور خانه ز غاری گزیدکز آتش در آن غار نتوان خزید

Məzarı odlu bir köhüldür ancaq,O yerə olmayıb ayaq da basmaq.

هم از تخمهٔ او در آن پیشگاهملک‌زاده‌ای هست بر جمله شاه

Həm də o məkanda padşahlıq edənBir məlikzadə var onun nəslindən,

پرستش کند جای آن شاه رانگهدارد آن جام وآن گاه را

O şahın yerinə pərəstiş edər,Taxtını, tacını düşməndən güdər”.

جهان مرزبان شاه گیتی نوردبرافروخت کاین داستان گوش کرد

O dünya dolaşan uca hökmüranGül kimi açıldı bu xoş dastandan.

کجا بستدی فرخ آیین دزیچه از زورمند‌ی چه از عاجز‌ی

Harda macəralı bir qala alsa,Yenilən qüvvətli, ya aciz olsa,

اگر آشکارا بدی گر نهانبر آن دز شدی تاجدار جهان

Girərdi qalaya Keyxosrov sayaq,Apaçıq, ya da ki, gizli olaraq.

بدیدی دز از دز فرود آمدیبه دزبان بر از وی درود آمدی

Qalanı dolaşıb dönərdi yenə,Bəxşişlər verərdi keşikçisinə.

به نا‌دیده دیدن هوس‌ناک بودبه‌هر جا که شد چست و چالاک بود

Hər şeyi görməyə marağı vardı,Hər işin üstündən odtək çapardı.

چو آن‌شب صفت‌های آن دز شنیدبه دز دیدنش رغبت آمد پدید

Elə ki, eşitdi bu keyfiyyəti,Qalanı görməyə artdı rəğbəti.

مگر کز کهن جام کیخسرو‌یدهد مجلس مملکت را نوی

Qoca Keyxosrovun köhnə camından,Dövlət məclisinə versin yeni can.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri