بیا ساقی آن جام گوهر فشانبه ترکیب من گوهری در نشان

Qalx, saqi, saf gövhər saçan camındanMənim tərkibimə gövhər saç bir an!

مگر جان خشگم بدو تر شودکه زنگار گوهر به گوهر شود

Onunla islansın quru can tası,Gövhərlə silinsin gövhərin pası.

چو فارغ شد اسکندر فیلقوسز یغمای برطاس و تاراج روس

Elə ki, Feyləqus oğlu İskəndərDincəldi, üzünə gülüncə zəfər,

نشستنگهی زان طرف باز جستکه دارد نشیننده را تن‌درست

O yerdə aradı eylə bir məkan,Oturan kəslərə verməsin ziyan.

درختش ز طوبی دل‌آویز‌ترگیاهش ز سوسن زبان تیزتر

Ağacı tubadan olsun sevimli,Süsəndən sərt olsun otunun dili.

رونده در او آب‌های زلالگوارا چو می گر بود می حلال

Axan saf çeşmələr versin səs-səsə,İçimi mey kimi, mey halal isə.

به پیرامنش بیشه‌های خدنگبه هم بر شده شاخ بر شاخ تنگ

Ətəyi yamyaşıl, ox ormanlığı,Hər yandan bürümüş budaq budağı.

فزون‌تر درختش ز پنجاه ارشاز آب و هوا یافته پرورش

Bu suda, havada pərvəriş edənHər ağac uzundu əlli ərəşdən.

چو زینگونه جایی به‌دست آمدشدر آنجای فرخ نشست آمدش

Belə yer keçincə ələ, tacidarTutdu bu mübarək bucaqda qərar.

بر او باز گسترد رومی بساطهمی‌کرد با تازه‌رو‌یان نشاط

Qurdu Rum büsatı, şən əməllərlə,Şənliyə başladı şux gözəllərlə.

چو شاهان نشستند در بزم شاهشد آراسته حلقه‌ی بزمگاه

Məclisdə şahlarla doldu dörd yanı,Nəşəylə qaynadı məclisin canı.

بفرمود شه تا غنیمت کشاندهند از شمار غنیمت نشان

Əmr etdi; “Qənimət saxlayan ərlərQarətin sayından versinlər xəbər!

ز گنجی که آکنده شد کوه کوهز روس و ز برطاس و دیگر گروه

Rus, Burtas və başqa xalqdan alınanSilsilə dağ kimi xəzinə, saman.

دبیران پژوهش به کار آورندکم و بیش آن در شمار آورند

Katiblər hesaba etsinlər diqqət,Öyrənsin nə qədər vardır qənimət”.

غنیمت‌کشان بر در شهریارغنیمت کشیدند بیش از شمار

Qənimət çəkənlər durmadı daha,Qədərsiz qənimət çəkdi dərgaha.

گشادند سر بسته گنجینه‌هاکزو خیزد آسایش سینه‌ها

Açıldı hər başı bağlı xəzinə,Baxdıqca fərəhdən çırpındı sinə.

نه چندان گرانمایه در بار بودکه آنرا شماری پدیدار بود

Yüklərdə o qədər daş, gövhər vardı,Sayı yox, sayanlar hey yanılardı.

زر کانی و نقره زیبقیکه مهتاب را داد بی رونقی

Saf mədən qızılı, civə gümüşü,Məhtabı işıqdan salır görüşü.

زبرجد به خروار و مینا به مندرق‌های زر درع‌های سفن

Batmanla zəbərcəd, xalvarla gövhər,Qızıl qalxan, nəhəng donlu zirehlər.

ز کتان و متقالی خانه‌بافزده کوهه بر کوهه چون کوه قاف

Xüsusi toxunmuş mitqal və kətan,Silsilə dağ kimi qalanmış hər yan.

سلب‌های زربفت نادوختهسپرهای چون کوکب افروخته

Zər ilə işlənmiş qədərsiz paltar,Ulduztək parlayan saysız qalxanlar.

به خروارها قندز تیغ‌دارسمور سیه نیز بیش از شمار

Qılınc tüklü dəri dağ kimi durur?Saya gəlməyirdi zil qara samur.

ز قاقم نه چندان فرو بسته بندکه تقدیر آن کرد شاید که چند

Saf qaqum o qədər yüklənmiş, görcək,Nə saymaq mümkündür, nə də söyləmək.

فروزنده سنجاب و روباه لعلهمان کره اسبان نادیده نعل

Al tülkü dərisi, sincablar parlaq,Hələ nal görməmiş bir ilxı daylaq.

وشق نیفه‌های شبستان فروزچو خال شب افتاده بر روی روز

Saf vaşaq dəridən məclis olur şən,Gündüzə xal düşmüş qara gecədən.

جز این مایه‌ها نیز بسیار گنجکه آید ضمیر از شمارش به رنج

Bunlardan başqa çox xəzinə, saman,Ürək sıxılırdı onu saymaqdan.

در آن موینه چون نظر کرد شاهبهار ارم دید در بزمگاه

Padişah baxınca o dərilərə,Bir cənnət baharı gəldi nəzərə.

به مقدار خود هر یکی را شناختکه از هر متاعی چه شایست ساخت

Onları tanıdı bir-bir hökmüdar,Hər mətah nə kimi işə yarayar.

برآموده‌ای دید از اندیشه دورز سرهای سنجاب و لفج سمور

Gördü parça-parça sincabla samur,Eləcə ust-üstə tökülmüş durur.

کهن گشته و موی ازو ریختهز نیکوترین جایی آویخته

Ən başda asılmış bir köhnə dəri,O qədər köhnədir getmiş tükləri.

چو لختی در آن چرم‌ها بنگریستندانست کان چرم آموده چیست

Nəzərdən keçirdi o dəriləri,Bilmədi nədir o asılmış dəri.

بپرسید ک«این چرم‌های کهنچه پیرایه را شاید از اصل و بن ؟»

Sordu ki: “Bu köhnə dərilər nədir?Nə kimi bəzəyə bunlar əl verir?”

یکی روسیش پاسخی داد نغزکزین پوست می‌زاید آن جمله مغز

Çox incə bir cavab verdi rus ona:“Gördüyün mətahlar borcludur buna!

به خواری مبین اندرین خشک پوستکه روشن‌ترین نقد این کشور اوست

Dəriyə xor baxma, “köhnədir” deyə,Dəyərli sərvətdir bizim ölkəyə.

به نزدیک ما این فرومایه چرمگرامی‌ترست از بسی موی نرم

Zahirdə çirkinsə bu köhnə dəri,Bizcə hər dəridən çoxdur dəyəri.

هر آن موینه کامد اینجا پدیدبدین چرم بی‌موی شاید خرید

Hər bir dəri yığan çıxsa bazara,Bazarda bu tüksüz dəridir para.

اگر سیم هر کشوری در عیاربگردد به هر سکه چون روزگار

Sabit deyilsə də? bu sim ilə zər,Çünki dövran onu tez-tez dəyişər.

نباشد جز این موی ما را درمنگردد یکی موی ازین موی کم

Bizim sikkəmizdir bu köhnə dəri,Tük qədər əksilməz bunun dəyəri”.

از آن هیبت آمد ملک را شکوهکه چون بنده‌فرمان شدند آن گروه

Bu işə çox heyrət etdi tacidar,Bu əmrə, bax, necə boyun qoydular.

به فرزانه گفتا که در خسرویسیاست کند دست شه را قوی

Vəzirə söylədi: “Hər bir dövlətinQolunu siyasət etmişdir mətin.

سیاست نگر تا چه تعظیم کردکه چرمی چنین را به از سیم کرد

Bax, nələr yaradır xalq siyasəti,Dəriyə verir bir qızıl qiyməti.

در این کشور از هر چه من دیده‌امبه اینست و این را پسندیده‌ام

Bu yerdə gördüyüm bütün şeylərdən,Yalnız mən bu işə deyərəm əhsən.

گر این خلق را نیستی این گهرنبستی کسی حکم کس را کمر

Bu xalqda olmasa belə bir gövhər,Bu yerdə bir şəxsə kim boyun əyər?

ندارد هنرهای شاهانه کسبدین یک هنر پادشاه است و بس

Hər kim etməmişsə bir hünər izhar,Yalnız bu hünərlə rus şahlıq qurar”.

چو شه با غنیمت شد از دستبردسپاس غنیمت غنیمت شمرد

Vurulunca başa qənimət günü,Yerinə yetirdi haqqın şükrünü.

جهان‌آفرین را سپاسی تمامبرآراست و آن‌گاه درخواست جام

Tanrının şükrünü edincə tamam,Məclisi bəzədi, ələ aldı cam.

ز رود خوش و باده خوشگواردرآمد به بخشش چو ابر بهار

Xoş nəğmə, dadlı mey edincə əsər,O bahar buludu yağdırdı gövhər.

سران سپه را که بردند رنجبه خروارها داد دیبا و گنج

Ordunun çalışan böyüklərinəXalvarla dağıtdı ipək, xəzinə.

غنی کردشان از زر انداختنز نو هر زمان خلعتی ساختن

Qızıl paylamaqdan daşdı var, dövlət,Hamıya yenidən payladı xələt.

نماند از سپه سفت محمل‌کشیکه بر وی ز دیبا نبد مفرشی

Orduda qalmadı kəcavə çəkən,Məfrəşi olmasın xaradan, zərdən.

طلب کرد مرد زبان‌بسته رابیابانی بند بگسسته را

İstədi o dili bağlı kişini,Zənciri açılmış çöllü vəhşini.

درآمد بیابانی کوه‌گردچو دیگر کسان شاه را سجده کرد

O dağ, daş dolanan çöllü yetişdi,Şahın qarşısında səcdəyə düşdü.

ملک در سراپای آن جانوربه عبرت بسی دید و جنباند سر

Heyrətlə süzdü şah başdan-ayağa,Başını oynatdı o mətin dağa.

ز پیرایه و جوهر و زر و سیمبدان جانور داد نزلی عظیم

Verdi çox hədiyyə o canavara,Dəyərli çox daş-qaş, gümüş, zər, xara.

نپذرفت یعنی که با گنج و سازبیابانیان را نباشد نیاز

Rədd etdi ki, belə sərvət, xəzinə,Ey şahim, nə gərək bu çöl əhlinə?

سر گوسفندی بر شه فکندنمودش که می‌بایدم گوسفند

Bir qoyun başını atdı oduntək,Göstərdi ki, mənə bu qoyun gərək!

شه از گوسفندان پروردنیوز آنهاکه باشند هم خوردنی

Padişah əmr etdi: Yeməli olan,Çöllərdə bəslənmiş kök qoyunlardan

بفرمود دادن بدو بی‌قیاسستد مرد وحشی و بردش سپاس

Bir sürü verdilər, aldı o kişi,Padşaha təşəkkür edərək vəhşi

گله پیشرو کرد از اندازه بیشبه خشنودی آمد به ماوای خویش

O böyük sürünü önünə saldı,Sevinclər içində evə yol aldı.

در آن مرغزار خوش دل‌گشایخوش افتاد شه را که خوش بود جای

Qəlbaçan quşların oynağı olanBu yeri bəyəndi böyük hökmüran.

می ناب می‌خورد بر بانگ رودفلک هر زمان می‌رساندش درود

Dünyada alırdı çalğı, meylə kam,Çərx ona baş əyib verirdi salam.

چو سرمست گشت از گوارنده میگل از آب گلگون برآورد خوی

Şərabdan o, sərxoş olduğu zamanÜzü rəng alırdı gül rəngli sudan.

شه روسیان را بر خویش خواندسزاوارتر جایگاهی نشاند

Rusların şahını çağırtdı bir də,Oturtdu onu ən layiqli yerdə.

ز پای و ز دست آهن انداختشز منسوج زر خلعتی ساختش

Zənciri açdırdı o uca şövkət,Verdi saf qızıldan toxunmuş xələt.

به مولاییش حلقه در گوش کردبر او کین رفته فراموش کرد

Ürəkdən bir bəndə oldu padşaha,Öz keçmiş kinini unutdu daha.

دگر بندیان را ز بیداد و بندبه خلعت برآراست و کرد ارجمند

Zindandan buraxdı bütün əsiri,Xələtlə ucadtdı, açdı zənciri.

بفرمود کارند نوشابه رابه تنها نخورد آن‌چنان تابه را

Ruslara əmr etdi: “Gəlsin Nüşabə!”Onsuz əl vurmadı gülgün şərabə.

به فرمان شه کرد روسی شتابرسانید مه را بر آفتاب

Padşahın əmrinə tələsdi ruslar,Günəşin yanında Ay tutdu qərar.

همان لعبتان ستمدیده راهمان زیب و زر پسندیده را

Gəldilər zülümdan solmuş gözəllər,Bəyənmiş olduğu bir dəstə dilbər.

بر آراست نوشابه را چون بهاربه پوشیدنی‌های گوهر نگار

Nüşabə bəzəndi şux geyimlərlə,Döndü ilk baharda açılan gülə.

بسی گنج دادش ز تاراج روسدگر ره بر آراستش چون عروس

İskəndər talandan saçdı xəzinə,Təzədən bir gəlin bəzədi yenə.

شبی چند می خورد با او به کامچو شد نوبت کامرانی تمام

Kamınca mey içdi bir neçə gecə,Bəxtiyarlıq günü sona yetincə,

دوالی ملک را بدو داد دستدوال دوالی بر او عقد بست

Verdi Dəvalıya qızın əlini,Nikahla bağladı ona gəlini.

چو پیرایهٔ گوهری دادشانقرار زناشوهری دادشان

Bu mübarək ayin yetincə başaVerdi çox xəzinə, tutdu daş-qaşa.

به بردع فرستادشان بی‌گزندکه تا برکشند آن بنا را بلند

Şövkətlə göndərdi yenə Bərdəyə,O gözəl ölkəni ucaltsın deyə.

ز بهر عمارت در آن رخنه‌گاهبسی مالشان داد جز برگ راه

Ölkəni təmirə sərvət, mal verdi,Yol xərci bir yana, çox cəlal verdi.

چو ترتیب ایشان به واجب شناختسران سپه را یکایک شناخت

Elə ki, işlərə verdi intizam,Etdi igidlərə böyük ehtiram.

شه روس را نیز با طوق و تاجرها کرد و بنهاد بر وی خراج

Verdi rus şahına yenidən tuğ, tac,Ancaq əmr eylədi: göndərsin xərac.

چو روسی به شهر خود آورد رختدگر باره خرم شد از تاج و تخت

Öz doğma yurduna dönüncə ruslar,Qıntal öz taxtında oldu bəxtiyar.

نپیچید از آن پس سر از داد اوهمه ساله می خورد بر یاد او

Bir daha çıxmadı onun əmrindən,Hər zaman yad etdi şərab içərkən.

شب و روز خسرو در آن مرغزارگهی عیش می‌کرد و گاهی شکار

O yaşıl çəməndə hər gün tacidar,Gah şənlik qurur, gah edirdi şikar.

به زیر سهی سرو و بید و خدنگمی لعل می‌خورد بر بانگ چنگ

Uca sərv altında çalğı səsiylə,Qədəh qaldırırdı ney naləsilə.

چو خوش دید دل را، کشی می‌نمودبه آن خوش‌دلی دل‌خوشی می‌نمود

Könlü şad olduqca çox şənlənirdi,O coşğun ürəyi fərəhlənirdi.

جوانی و شاهی و بخت بلندچرا خوش نباشد دل هوشمند

Padşahlıq, şən tale, ömür, qönçə gül,Neçin şad olmasın belə bir könül?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə