مجنون چو شنید بوی آزرمکرد از سر کین کمیت را گرم

با نوفل تیغ‌زن برآشفتکای از تو رسیده جفت با جفت!

احسنت زهی امیدواریبه زین نبود تمام کاری

این بود بلندی کلاهت؟شمشیر کشیدن سپاهت؟

این بود حساب زورمندیت؟وین بود فسون دیو بندیت؟

جولان زدن سمندت این بود؟انداختن کمندت این بود؟

رایت که خلاف رای من کردنیکو هنری به جای من کرد

آن دوست که بُد سلام دشمنکردیش کنون تمام دشمن

وان در که بد از وفا پرستیبر من به هزار قفل بستی

از یاری تو بریدم ای یاربردی زه کار من زهی کار

بس رشته که بگسلد ز یاریبس قایم کافتد از سواری

بس تیر شبان که در تگ افتادبر گرگ فکند و بر سگ افتاد

گرچه کرمت بلند نام استدر عهدهٔ عهد ناتمام است

نوفل سپر افکنان ز حربشبنواخت به رفقهای چربش

کز بی‌مددی و بی‌سپاهیکردم به فریب صلح خواهی

اکنون که به جای خود رسیدمنز تیغ برنده خو بریدم

لشگر ز قبیله‌ها بخوانمپولاد به سنگ درنشانم

ننشینم تا به زخم شمشیراین یاوه ز بام ناورم زیر

وآنگه ز مدینه تا به بغداددر جمع سپاه کس فرستاد

در جستن کین ز هر دیاریلشگر طلبید روزگاری

آورد به هم سپاهی انبوهپس پره کشید کوه تا کوه

Sülhün qoqusunu duyunca MəcnunKinlə qəzəbləndi ürəyi onun.

O igid Nofələ acıqlanaraq,Rişxəndlə dedi ki: "Qəhrəmana bax!

Sən, ey qucaq-qucaq vədlər verən,Yaman başa vurdun öz vədini sən.

Buydumu sözündə möhkəm durmağın?Bir də at oynadıb qılınc vurmağın?

Danış, qəribliyə salma sorğumu,Vəhşini ram edən əfsunun bumu?

Buydumu meydanda at oynatmağın?Havada ox tutub kəmənd atmağın?

Zidmiş iradəmə sənin iradən,Nə yaxşı bir hünər göstərmisən sən?!

Salam düşməniydi o canan mənə,İndi sən döndərdin tamam düşmənə.

Vəfaya açılmış o qapıya sənMin qıfıl vuraraq bağladın nədən?

Ey dost, köməyindən əlim üzüldü,İşimi korladın, belim büküldü.

Bu dostluq telləri qırıldı nədən?Çox şahlar yıxılmış bir süvaridən.

Qurda ox atdısa dağlarda çoban,Gedib itə dəydi aldığı nişan.

Hünərin aləmə səs salan zamanƏfsus ki, əhdini ayaqlayırsan.

Bu acı sövdaya düşməmişkən mənSənə bel bağlardım bəlkə ürəkdən.

Bu yazıq aşiqdən niyə vaz keçdin?Əkmədiyin yeri nə üçün biçdin?

Sən ki, başlamışdın bu böyük işi,Hünəri yarımçıq qoyarmı kişi?

Qaranlıq könlümə işıq verənsən,Bu xəstə ömrümün dərmanı sənsən."

Döyüş qalxanını ataraq, əvvəlŞirin dilə tutdu Məcnunu Nofəl;

Dedi: "Qoşunsuzam, köməksizlikdənSiyasət işlədib sülhə girdim mən.

Qayıdıb yurdumdan qüvvət alaram,Yenə qılıncımı işə salaram.

Qoşun toplayaraq qəbilələrdən,Daşdan keçirərəm poladımı mən.

Qılıncla basmasam o qudurğanı".Kor olsun Nofəlin qəlbi, vicdanı".

Sonra Mədinədən Bağdada qədərQoşun toplamağa getdi elçilər.

Nofəl hiddətindən yandı bir zaman,Qoşun tələb etdi bir çox diyardan.

Nəhayət, topladı böyük bir ordu,Dağlara döş gərib üz-üzə durdu.

Birinci hücumda sərhəddi aşdı,Düşmənlər kor olub qorxudan çaşdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri