چون شاه‌سوار چرخ گردانمیدان بستد ز هم‌نبردان

خورشید ز بیم اهل آفاققرابهٔ مِی‌ نهاد بر طاق

صبح از سر شورشی که انگیختقرابه شکست و می برون ریخت

مجنون به همان قصیده‌خوانیمی‌زد دهل جریده‌رانی

می‌راند جریده بر جریدهمی‌خواند قصیده بر قصیده

از مادر خود خبر نبودشکامد اجل از جهان ربودش

یکبار دگر سلیم دلدارآمد بر آن غریب غم‌خوار

دادش خورش و لباس پوشیدماتم زدگانه برخروشید

کان پیرزن بلا رسیدهدور از تو به هم نهاد دیده

رخت از بنگاه این سرا برددر آرزوی تو چون پدر مرد

مجنون ز رحیل مادر خویشزد دست دریغ بر سر خویش

نالید چنانکه در سحر چنگافتاد چنانکه شیشه در سنگ

می‌کرد ز مادر و پدر یادشد بر سر خاکشان به فریاد

بر تربت هر دو زار نالیددر مشهد هر دو روی مالید

گه روی در این و گه در آن سوددارو پس مرگ کی کند سود؟

خویشان چو خروش او شنیدندیک یک ز قبیله می‌دویدند

دیدند ورا بدان نزاریافتاده به خاک بر، به خواری

خونابه ز دیدگان گشادنددر پای فتاده در فتادند

هر دیده ز روی سست خیزیمی‌کرد بر او گلاب‌ریزی

چون هوش رمیده گشت هشیاردادند بر او درود بسیار

کردند به باز بردنش جهدتا با وطنش کنند هم عهد

آهی زد و راه کوه برداشترخت خود از آن گروه برداشت

می‌گشت به گرد کوه و هاموندل پر جگر و جگر پر از خون

مشتی ددگان فتاده از پسنه یار کس و نه یار او کس

سجاده برون فکند از آن دیرزیرا که ندید در شرش خیر

زین عمر چو برق پای در راهمی‌کرد چو ابر دست کوتاه

عمری که بناش بر زوال استیک دم شمر ار هزار سال است

چون عمر نشان مرگ داردبا عشوهٔ او که برگ دارد؟

ای غافل از آنکه مردنی هستواگه نه که جان سپردنی هست

تا کی به خودت غرور باشدمرگ تو ز برگ دور باشد

خود را مگر از ضعیف راییسنجیده نه‌ای که تا کجایی

هر ذره که در مسام ارضی استاو را بر خویش طول و عرضی است

لیکن بر کوه قاف پیکرهمچون الف است هیچ در بر

بنگر تو چه برگ یا چه شاخیدر مزرعه‌ای بدین فراخی

سرتاسر خود ببین که چندیبر سر فلکی بدین بلندی

بر عمر خود ار بسیچ یابیخود را ز محیط هیچ یابی

پنداشته‌ای ترا قبولی استیا در جهت تو عرض و طولی است

این پهن و درازیت به هم هستدر قالب این قوارهٔ پست

چون بر گذری ز حد پستیدر خود نه گمان بری که هستی

بر خاک نشین و باد مفروشننگی چو ترا به خاک می‌پوش

آن ذوق نشد هنوزت از یادکز حاجت خلق باشی آزاد

تا هست به چون خودی نیازتبا سوز بود همیشه سازت

آنگاه رسی به سربلندیکایمن شوی از نیازمندی

هان تا سگ نان کس نباشییا گربهٔ خوان کس نباشی

چون مشعله دسترنج خود خورچون شمع همیشه گنج خود خور

تا با تو به سنت نظامیسلطان جهان کند غلامی

Çərxin şəhsüvarı atlandı birdən,Meydanı zəbt etdi həriflərindən.

Günəş ki, dünyadan bir qorxu duydu,Şərab şüşəsini tağ üstə qoydu.

Sübhün üsyanından göylər söküldü.Şüşə parçalandı şərab töküldü.

Məcnun dil verərək qəsidəsinə,Yalnızlıq təblini çalırdı yenə.

Gecəli-gündüzlü nə vaxtdan bəri,Dilindən düşməzdi qəsidələri.

Xəbəri yoxdu ki, anası yazıq,Dünyadan yığışıb köçmüşdür artıq.

Səlimin qəlbindən ahlar yüksəldi,O, qəmgin aşiqin yanına gəldi.

Paltar, yemək verdi çox ehtiyatla,Sonra da dil açdı ona fəryadla:

"O bəlalər görmüş zavallı qarıÖlüb tərk elədi bu ruzigarı.

O da öz köçünü sürdü dünyadan,Öldü atan kimi səndən nigaran".

Məcnun bu matəmi eşidib durdu,Ah çəkib, of deyib, başına vurdu.

Səhər çəngi kimi inlədi səsi,Qırıldı daşlarda könül şüşəsi.

Ata-anasını anaraq yenə,Üz tutdu onların qoşa qəbrinə.

Fəryadlar qoparıb diz üstə çökdü,Hər iki məzara göz yaşı tökdü.

Gah buna, gah ona üz sürtdü, ancaq,Ölmüşə dərmandan kar olmayacaq.

Qohumlar tutunca səsindən xəbər,Qaçıb qəbilədən bir-bir gəldilər.

Məcnunu torpağa düşmüş gördülər,Canında az idi həyatdan əsər.

Onun ayağına yığılıb həmən,Qanlı yaş tökdülər onlar gözündən.

Ayılsın, deyərək, Məcnun bir təhər,Ona gülab suyu çilərdi gözlər.

O hissiz aşiqsə ayılan zamanDualar etdilər ona hər yandan.

Evə aparmağa çox çalışdılar,Dedilər, vətəndə tutsun o qərar.

Lakin, bir ah çəkdi o bəxti qara,Yenə öz köçünü sürdü dağlara.

Ürəyi - dərd evi, ciyərləri - qan,Çöllərdə gəzirdi yenə pərişan.

Ardınca düşmüşdü vəhşi heyvanlar,Həmdəm olmamışdı ona insanlar.

Şərrində bir xeyir görmədiyindən,Öz canamazını atdı kilsədən...

Ömür yol gedirdi, sanki bir şimşək,Məcnun əl üzürdü ondan bulut tək.

Madam ki bu həyat baqi deyildir,Min il də, bir an da yaşasan birdir.

Həyatda ölümün nişanəsi var,Onun işvəsinə insanmı uyar?

Ey ölüm sirrindən qafil dolanan,Ey bu həqiqətdən xəbərsiz insan,

Ölüm səfərinə yığışmadan sənÇoxmu öz ömrünə güvənəcəksən?

Məgər dərk etməyir zəif düşüncənKi, sən bu dünyada nəçisən, nəsən?

Bu yer kütləsində zərrələr ki, var,Müəyyən ölçüyə sahibdir onlar.

Ancaq, Qaf gövdəli dağ önündə, bil,Onların qiyməti əlif də deyil.

Bu geniş tarlada, ey məğrur insan,Sən kiçik bir budaq, yarpaq boydasan.

Başıyın üstəki fələyə bax sən,Gör nə görünürsən ona nisbətən.

Bu geniş aləmə açsan gözünü,Heç kimi görərsən burda özünü.

Sənin düşüncəndə bir həqiqət var,Müəyyən ölçüdə tutmusan qərar.

Lakin bu dünyanın qarşısında, bil,Sənin en-uzunun zərrə də deyil.

Alçaqlıq həddini aşdığın yerdəDünyada "mən varam" deməzsən bir də.

Torpağın qoynuna gəl sığın ancaq,Qoy örtsün eybini o qara torpaq.

İki-üç pas atmış mıxın var, bir bax,Onu da zəkatla yığmısan ancaq.

Bir neçə qızıla güvənib dəm-dəm,Deyirsən: "Dünyanın ağası mənəm".

Nə qədər möhtacsan dünya əhlinə,İşin ahüvayla keçəcək yenə.

Ucalar dünyada başın, ey insan,Qurtarsan dünyanın ehtiyacından!

Hələ də dünyada xalq minnətindənYaxanı qurtara bilməmisən sən.

Gəl, yad süfrəsindən it kimi əl çək,Özgə süfrəsinə baxma pişik tək.

Məşəl tək əliyin müzdüylə dolan,Şam kimi, sən də öz xəzinənlə yan.

Sən də Nizami tək aləmə tanın,Sən də ağası ol şahın, sultanın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri