چو شیرین در مداین مهد بگشادز شیرین‌لب طبق‌ها شهد بگشاد

Mədaində Şirin gözləyir vüsal.Şirin dodağından axıdırdı bal.

پس از ماهی کز آسایش اثر یافتز بیرون رفتن خسرو خبر یافت

Bir ay səbr elədi, çəkdi intizar,Sonra da Xosrovdan oldu xəbərdar.

که از بیم پدر شد سوی نخجیروز آنجا سوی ارمن کرد تدبیر

Bildi, qorxub şahdan, ova getmişdir,Ərmənlər tərəfə səfər etmişdir.

به‌درد آمد دلش ز‌آن بی‌دوا‌ییکه کارش داشت الحق بینوا‌یی

Çarəsiz ürəyi dərdləndi yaman,Yoxdu bu dərdinə, əlbəttə, dərman.

چنین تا مدتی در خانه می‌بودز بی‌صبری دلش دیوانه می‌بود

Bir neçə gün əsla evdən çıxmadı,Elə bil sınmışdı qolu, qanadı.

حقیقت شد ورا کان یک سوارهکه می‌کرد اندرو چندان نظاره

Bir acı həqiqət açıldı ona -Bildi Xosrov imiş çıxan yoluna.

جهان آرای خسرو بود کز راهنظر می‌کرد چون خورشید در ماه

O imiş yoldakı - qəlbini yaxan,Günəş kimi durub hey aya baxan.

بسی از خویشتن بر خویشتن زدفرو خورد آن تغابن را و تن زد

Vurdu öz başına iki əliylə,Peşman oldu artıq, gəlmədi dilə.

صبوری کرد روزی چند در کارنمود آنگه که خواهم گشت بیمار

Belə bir neçə gün səbr etdi, durdu,Sonra kənizlərə işarə vurdu,

مرا قصر‌ی به خرم مَرغ‌زار‌یبباید ساختن بر کوه‌سار‌ی

Dedi: "Dağ ətəyi səfalı, təmiz,Bir yerdə tikdirən mənə qəsr siz.

که کوهستانیی‌ام گل‌زار‌پروردشد از گرمی گل سرخم گل زرد

Gül içrə böyümüş bir dağlıyam mən,Al gülüm saralmış belə istidən."

بدو گفتند بُت‌رویان دم‌سازکه ای شمع بتان‌، چون شمع مگداز

Mehriban bir gözəl dedi gülərək:"Ey gözəllər şamı, ərimə şamtək,

تو را سالار ما فرمود جاییمهیا ساختن در خوش هوایی

Başçımız səninçin sərin havalıYer düzəldin, deyib, gözəl, səfalı.

اگر فرمان دهی تا کارفرما‌یبه کوهستان تو را پیدا کند جای

Əmr etsən deyərik usta sənətkarDağlıqda səninçün bir qəsr hazırlar."

بگفت آری بباید ساختن زودچنان قصری که شاهنشاه فرمود

Dedi: "Şahlar şahı buyuran sayaqBir qəsr tikdirin, tez olsun ancaq."

کنیزانی کزو در رشک ماندندبه خلوت مرد بنا را بخواندند

Həsəd çəkən qızlar görüb bu işiBənnaya xəlvətdə dedilər: "Kişi,

که جادو‌یی است این جا کار دیدهز کوهستان بابل نو رسیده

Var burda bir afət, gözəl, füsunkar,Babil dağlarından gəlib son vaxtlar.

زمین را گر بگوید کاِی زمین خیزهوا بینی گرفته ریز بر ریز

Yerə bir "qalx" desə, qum olub axar,Sonra da toz olub göylərə qalxar.

فلک را نیز اگر گوید بیآرامبماند تا قیامت بر یکی گام

Göyə bir əmr etsə: "Hərlənmə, dayan!"Qiyamətə kimi tərpənməz, inan.

ز ما قصری طلب کرده است جاییکز‌ آن سوزنده‌تر نبوَد هوایی

Bir saray istəmiş bizdən o afət,Yox onda biz qədər istiyə taqət.

بدان تا مردم آن جا کم شتابندز جادو جادویی‌ها در نیابند

Eylə yer ki, insan az getsin ora,Mələk də gəlməsin rast insanlara.

بدین جادو شبیخونی عجب کنهوایی هر چه ناخوش‌تر طلب کن

Bu caduya "yaxşı bir yer" seç, bəyən,Havası pis olsun, yolu nal tökən.

بساز آن‌جا چنان قصری که بایدز ما درخواست کن مزدی که شاید

Orda bir qəsr tik biz deyən kimi,Bizdən haqq tələb et, al zəri, simi."

پس آن گه از خز و دیبا و دیناروجوه خرج دادندش به خروار

Bu sözləri deyib aşıb-daşdılar,Ona pul, xəz, ipək, daş-qaş saçdılar.

چو بنا شاد گشت از گنج بردنجهان‌پیمای شد در رنج بردن

Bənna xəzinəni gördü, sevindi,Dedi: "Başa yetər arzunuz indi."

طلب می‌کرد جایی دور از انبوهحوالی بر حوالی کوه بر کوه

Hər yanda dağlıqda insandan kənarBir yer axtarırdı usta sənətkar.

به دست آورد جایی گرم و دل‌گیرکز او طفلی شدی در هفته‌ای پیر

Bir yer tapdı, isti, həm ürəksıxan,Orda qocalardı beş gündə cavan.

به دَه فرسنگ از کرمانشهان دورنه از کرمانشهان بل از جهان دور

Kirmanşahdan kənar on ağac qədər,Nə Kirmanşah, uzaq, ən ucqar bir yer!

بِدآن جا رفت و آن جا کارگه ساختبه دوزخ‌در چنان قصری بپرداخت

Orda bir tikinti başladı bənna,Cəhənnəmdə etdi bu qəsri bina.

که داند هر که آن جا اسب تازدکه حوری را چنان دوزخ نسازد

Kim ora bir gəlsə, anlayırdı tez:Cəhənnəmlə huri sazişə gəlməz.

چو از شب گشت مشگین روی آن عصرز مشگو رفت شیرین سوی آن قصر

Qara örtük saldı gecə oraya,Şirin köçüb getdi yeni saraya.

کنیزی چند با او نارسیدهخیانت‌کاری شهوت ندیده

Şəhvətin məkrini görməmiş cavanBir neçə qız ilə olub mehriban,

در آن زندان‌سرا‌یِ تنگ می‌بودچو گوهر شهربند سنگ می‌بود

Gəldilər bir yerə, - zindan kimi dar,Gövhər kimi daşda tutdular qərar.

غم خسرو رقیب خویش کردهدرِ دل بر دو عالم پیش کرده

Xosrovun qəmini yoldaş edərək,Hər iki aləmə qapandı ürək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri