Zəncir olub sarıdıYol, təbiət oğlunu,Çalın-çarpaz bağladıAyağını, qolunu.

Məhvinə fərman çıxanBaşı qarlı dağ deyil,Əfsanəvi qəhrəmanDayanmışdı elə bil.

Maşın maşın dalınca...Qurğular işə düşdü;Mühərrikli baltalar,Burğular işə düşdü;

Əvvəl, dağın çiçəkli“Dərisini” soydular,Sonra məğrur köksünüOyum-oyum oydular.

Açdı nəhəng kəlbətinAğzını gəcli-gəcli,Çəkdi sağlam “dişləri”,Çəkdi köklü-kəməcli.

Uğultular götürdüUzaq, yaxın dağ-daşı.Kərpic-kərpic doğrayıbYüklədilər ağ daşı,

Dağ əridi... daşındıMaşın-maşın aranaSəpələnib dağıldıHər parçası bir yana.

Səpələndi?!Yox, dağınMöhtəşəmdir xisləti.Hamı uca saxladıBu payı, bu qisməti.

Kimə düşdü dağ payıQalxdı evi-eyvanı,Uca-uca sarayı.Kimə düşdü dağ payıDöndü şirin nəğməyəUğultusu, harayı.

Çölə düşsə dağ payıBəzər tənha guşəni.Ələ düşsə dağ payıGəzər tənha guşəni,Mil-Muğanı səs-hənir;

Dağlar daşınır düzə,Dağlar axır dənizə –Nə sərvəti tükənir,Nə ülfəti tükənir.

Şəhər salıb səhradaİnsan dağa söykənir,Büsat qurub dəryadaİnsan dağa söykənir!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri