Payız gircək yal-yamacıBəzər qırov, sırsıra,Sazaq çəkər buz qırmancıQaşqabaqlı dağlara.

Üfüqlərin qaşı çatıq,Göyün qanı qaralar.Yaşıl çəmən bir gecədəXiffətindən saralar.

Yox, ot deyil, çəmən deyilO sapsarı saralan,Ulduz-ulduz gül-çiçəkdir,Ləqəbi də “elqovan”.Nə ətri var, nə də hüsnüFərəh verə insana.Badəndəki səpki sayaqTez yayılar hər yana.

Fəqət onun yanıb-sönənİşıq kimi “sözü” var.Boran qoşun çəkməmişdənHaray-həşir qoparar.

Orda-burda baş qaldırıbGöründümü bu çiçək,Bir-birinə dəyər hamı:“Cəld tərpənək, tez köçək!”

Sarı çiçək – sarı işıq,Xəbərdarlıq deməkdir!Yubandınmı, arxan tufan,Önün qardır, küləkdir.

Fəlakətin qucağındanQovar eli-obanı.Ellər sevib əzizləyərEli bu cür qovanı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar