Pünhan həmən Pünhandı da
Heç məəttəl qalma gəl, dövran həmən dövrandı da,Adəmi yoldan edən şeytan həmən şeytandı da.
Vurdu Qabil daş ilə, qan-qaysan etdi qardaşın,Bizdə də mitinq zamanı daşdı da, qan-qandı da.
Çox dedim bostanda gəzmə, get kənarda tut qərar,Səndə bostan, məndə daş, daşın yeri bostandı da.
Ta qədimlərdən oyunbazlıq bəşərdə dəb olub,Bizdə lap təkminləşib, məşqin yeri meydandı da.
Müstəqillikdən mənə dərd gəldi, heç pul gəlmədi,Çünki pul əl çirkidir, çirkab sevən nadandı da.
Bizlərə dərd gəlsə bir «yan»dan yox hər «yan»dan gələr,Çünki hər yan, «yan»dı da, pasportda o «bez» yandı da.
Çox da ki, hərdən «Qarabağ» qışqırıb hərb istəyir,Bir təhər keç təqsirindən, neynəsin, çurbandı da.
Az.TB-də həm qaçır kadrlar, həm tez-tez əsir,Amma «Qulp» düz göstərir, ekran həmən ekrandı da.
Bir yaxın dostum deyirlər namizəddir, seçkidə,Tikdirib bir tazə kostyum, hər yeri «karman»dı da.
Söz gəzir hər yanda Elnur yaxşı yerdən evlənib,Qız özü Alim qızı, Alim də bir fantandı da!
Gün o gün olsun hacı Mövladinin görsün toyun,O Əzizçün ən əziz, bir cumbulu oğlandı da.
Dövlətimdən Allahın, bir haqq sözümdür, bir canım,Haqq olub, Haqqdan gələn bir gün ona qurbandı da.
Sən ki, bir vaxt it günündə görmüş idin Pünhanı,Gün həmən gündür hacı Pünhan həmən Pünhandı da.
9 sentyabr, 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-punhan-hemen-punhandi-da
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1905-ci ilAllahverdi səngərdən başını çıxarıb:
TəbriklərHörmətli məmur dostum! Böyük məbləğdə rüşvət verib 10-15 bakılının evinin sökülməsinə və özünə villa tikmək üçün həmin torpağın alınmasına nail olduğunu eşidəndə ürəkdən sevindim. Səni bu münasibatlə təbrik edirəm.Əziz dost! Bilirdim işə girmək üçün neçə aydan bəri 200 dollar pul axtarırsan. Eşidəndə ki, keçən həftə "İnturis"tin qabağından tərpənən "Mersedes-600" ün dal çarxının altına ayağını qoyub sındırmısan və bunun əvəzində maşın sahibindən 100 dollar pul almısan, çox sevindim. Deyirəm, heyif ki, iki ayağı bir başmağa təpmək olmur. Yoxsa işin tamam-kamal düzələrdi.
Univermaqda qatarBir nəfər Mərkəzi Univermaqda camaatın get-gəl yerində 15-20 dəqiqə o yan-bu yana baxa-baxa dayanandan sonra deyir:– Pah atonnan, bu zəhrimar harda qaldı görəsən?
Yanıq KərəmiBir azərbaycanlının evinə Uraldan qonaq gəlir. Onlar yeyib içə-içə televizora baxırlar. Bu zaman Ədalət Nəsibov sazda "Yanıq Kərəm"i çalmağa başlayır. Onun çaldığı alət rusa tanış kəlir. O soruşur:– Eto çto za instrument?
Başqa şairlərin şeirləri · İlahi eşq
Bizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
Zay olmusanYazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan.
Bayram olduBayram oldu, heç bilmirəm neyləyim…Bizim evdə dolu çuval da yoxdur.
Atəşkədə, fəsil 14گفت: شاها من فرشته آتشمکه سمندوار بر آتش خوشم