Hörmətli məmur dostum! Böyük məbləğdə rüşvət verib 10-15 bakılının evinin sökülməsinə və özünə villa tikmək üçün həmin torpağın alınmasına nail olduğunu eşidəndə ürəkdən sevindim. Səni bu münasibatlə təbrik edirəm.


Əziz dost! Bilirdim işə girmək üçün neçə aydan bəri 200 dollar pul axtarırsan. Eşidəndə ki, keçən həftə "İnturis"tin qabağından tərpənən "Mersedes-600" ün dal çarxının altına ayağını qoyub sındırmısan və bunun əvəzində maşın sahibindən 100 dollar pul almısan, çox sevindim. Deyirəm, heyif ki, iki ayağı bir başmağa təpmək olmur. Yoxsa işin tamam-kamal düzələrdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri