Bir tazə qurum qurduq, onun adı bilinmir,Gün qarə olan yerdə, balın dadı bilinmir.

Əql ilə dolu başları kimlər kəsib atdı?Başlar qarışıb torpağa, cəlladı bilinmir.

Yan aldı, bizim «Yan»ə adın yazsın o «bez» yan,«Yan» da elə qondardı ki, heç zadı bilinmir.

Azğınlara meydan açılıb məmləkətimdə,Qaçqınlara bu dövlətin imdadı bilinmir.

Daim bu şəhərdə gilavar, xəzri əsərdi,Son illər onun hardan əsir dadı bilinmir.

Söz açmaginən hər kəsə, xainliyimizdən,Var çoxları ki, heç onun əcdadı bilinmir.

Bu yurdu sütunsuz görüb hey çapmadadırlar,«Şirin xanımın» hansıdı Fərhadı bilinmir.

Şəhrimdə yer üstündə hər abad gözəldir,Əfsus ki, yer altındakı bərbadı bilinmir.

Hər kim soruşa Pünhanın ustadını sizdən,O şəxsə deyin, Pünhanın ustadı bilinmir.

23 noyabr 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən