Tərpəndi, ya tərpənmədi?
Titrəyib yer tərpənəndə bilmirəm insanların,Şübhəli iymanları tərpəndi, ya tərpənmədi?
Hündür eyvandan baxıb dövran mənimdir söyləyən,Məmurun eyvanları tərpəndi, ya tərpənmədi?
Allahın torpaqların ac kəndliyə pulnan satan,Quldarın ormanları tərpəndi, ya tərpənmədi?
Həm evi, həm qəlbi sınmış binəvalarçün görən,Dövlətin imkanları tərpəndi, ya tərpənmədi?
Şah Hüseyn ilə Yəzidi bir tutan cahillərin,Şah damarda qanları tərpəndi, ya tərpənmədi?
Özgənin ünvanına öz nəslini yerləşdirən,Acgözün ünvanları tərpəndi, ya tərpənmədi?
Dövri-Sabirdən bu yanə bir əsr yatmışların,Lərzədən yorğanları tərpəndi, ya tərpənmədi?
Can güdən oğlanların dəhşətdə ikən özləri,Özgələrçün canları tərpəndi, ya tərpənmədi?
Pünhanın söznən vurub tərpətdiyi insanların,Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?
20 dekabr, 2000
Kitabxana.az · https://kitabxana.az/works/punhan-terpendi-ya-terpenmedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz fəna mülkün tutub təxtində sultan qalmışıq,Şükr bu nadanlıq ilə ismi insan qalmışıq.
Bu qələm qiyam üçündürBu qozun üzü gənəkdir - bu qoz üç badam üçündür,Bu bizə tanış ritmdir, bu ritm avam üçündür.
Hac havasındaMillət boğulurkən vətənin ac havasında,Məmurlarımız yallı gedir tac havasında.
Sözdən qopar qiyamətimizZaman gələr açılar sirr olan cinayətimiz,Açılsa qır qazanı olmaz heç kifayətimiz.
Başqa şairlərin şeirləri
Tarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
GüləSevdim bir nazlı dilbəri,Üzü bənzər qızılgülə.