Bu əcəldir, susginən!
Bir xəta söz bir fəlakətçün təməldir susginən,Hər fəlakət çox həlakətçün əməldir susginən.
Öylə yer var kim, dinərsən sözlərin nöqsan çıxar,Böylə yerdə bir baxış sözdən gözəldir susginən.
Hər şeyin ən ibtidası həm təmiz, həm doğrudur,Yəni ki, susmaq danışmaqdan əzəldir susginən.
Mən ürək oynatdım at yox, şer meydanında bil,Aləmə səs salma ki, təbim əfəldir susginən.
Özgədən məna götürmək xislətimdə yox mənim,Söz ümumi, leyk hər mənam özəldir susginən.
Sözlərin ömrün qışın yaz eyləyirsə yaz yarat,Yox əgər görsən ki, solmuş bir xəzəldir susginən.
Sən məni susdurmağa qadir deyilsən, ey gəda,Çünki bir şahəm tacım Allahdan əldir susginən.
Bir qonaq var hər yerə pünhan gələr, aşkar gedər,Gəlsə, Pünhan, salma hay küy, bu əcəldir susginən!
16 may, 2001
Kitabxana.az · https://kitabxana.az/works/punhan-bu-eceldir-susginen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz cahan mülkündə hər mənada aldanmışlarıq,Bir sürü başsızlarıq, cəllada aldanmışlarıq.
Gəlim, gəlməyim?Bir yanı yandır, belə bir yanə gəlim, gəlməyim?Yaz mənə bir Azərbaycanə gəlim, gəlməyim?
Kommunist gombul qalıbDövri-quldardan bu yana qul olanlar qul qalıb,Pullulardan pul qalıbdır, çullulardan çul qalıb.
Qaçqının sərgüzəştiNazəndə nigarım gecə məndən genə düşdü,Heç sən demə o yazığa məndən gənə düşdü.
Başqa şairlərin şeirləri
Göy çəməndə ötür turac,Sübh açılır, gülür yamac.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Yaz, qələm, indiİzin versən durum, dönüm başına,Mənim ərzi-halım yaz, qələm indi.