Cəllada aldanmışlarıq
Biz cahan mülkündə hər mənada aldanmışlarıq,Bir sürü başsızlarıq, cəllada aldanmışlarıq.
Canına yel keçməmiş aldandı Adəm, sirrə bax,Biz həmən sirr ilə bu dünyada aldanmışlarıq.
Dağ çapan Fərhadımız indi Şirinçün ev çapır,Evdə bir şey tapmayan Fərhada aldanmışlarıq.
Məşhədü Kərbü-bəlavü, Məkkədən gəlmişlərik,Bir açıq baldır görüb, arvada aldanmışlarıq.
Hər bir evdən yüksəlirkən göylərə fəryadımız,Kürsülərdən səslənən «doklad» aldanmışlarıq.
Erməni qaç söyləyəndə, qaç deyib ustadımız,Qaçmağa fərman verən ustada aldanmışlarıq.
Sərvəti dərya olan Geksona qul olmuşlarıq,«Şirvan»ı üç dörd olan imdada aldanmışlarıq.
Biz çəpiklərnən, təpiklərnən zəfər çalmışlarıq,Biz köpüklərnən bu göy dəryada aldanmışlarıq.
Yetmiş il, Pünhan, bizə aldanmaq azlıq eylədi,Ol səbəbdəndir keçib həştada aldanmışlarıq.
28 mart 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-cellada-aldanmislariq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zaman-zaman ötüb zaman zəmanə bizdən ayrılıb,Zəmanələrdə az olub ki, əyri düzdən ayrılıb.
«Jirni baran»ın biridirOna bel bağlama çox, ağda qaranın biridir,Üzü boz, mayəsi turş, abı-qoranın biridir.
Fərhad və Şirinin hamam əhvalatıBu, susuzluq dərdinə həm doğma, həm yad ağladı,Yay, payız, həm qış, bahar xəlq etdi fəryad, ağladı.
Məşhədi İbad eşidərDağılan yurdumu bir gün yağı abad eşidər,Eşidər xəlqim olub qüssədən azad eşidər.
Başqa şairlərin şeirləri
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,