Ona bel bağlama çox, ağda qaranın biridir,Üzü boz, mayəsi turş, abı-qoranın biridir.

İnanıb hap-gopuna, getmə dalınca hərifin,Bizi odlara salıb, gendə duranın biridir.

Çağırandır, çığırandır, bağırandır bu kişi,Bədəbəddə ABŞ-a amma cıranın biridir.

Adı da burdadır indi, Qarabağın dadı da,Niyə lazım Qarabağ, Bakü oranın biridir.

Bu şoran torpağı sordum, nə qucubsan belə bərk,Dedi, fərman belədir, nola şoranın biridir.

Neçə yol canını qurban dedi şahənşahına,Elə zənn etdi urus «jirni baran»ın biridir.

Dedim, ay qız, bu vətən oğlunu tut, türkü burax,Dedi, yox tutmalısı, lüt-avaranın biridir.

Babanın halını səndən soruşan olsa, de ki,Qayıdınca Qarabağ qəlbi yaranın biridir.

12 avqust 1999. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən