Qurmuşuq dövləti, amma qanımız qaralı qalıb,Hələlik ölkə demokratiyadan aralı qalıb.

Hələlik daimidirsə, yaşa daim, hələlik,Hələlik yox, bu ömürlük deyəsən buralı qalıb.

Kralın gəlini maraldır, vəkilin qudası Kral,Bu işə mat-məəttəl Perunun Kralı qalıb.

Ehtiyac üstələdi namusu, namus getdi,Kazinolarda Azərbaycanın maralı qalıb.

Tökülüb Türkiyə, İran, Dubaya millətimiz,Kimə xoş harada keçibsə o adam oralı qalıb

Günə bir parça çörəkçün, eşit, ey milli vəkil,Neçə qaçqın qızımız, əcnəbidən balalı qalıb.

Ürəyin ağrısa, Pünhan, demə bəd rüzgarə,Öz əməllərimizdəndir ki, ürək yaralı qalıb.

15 avqust 1996. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən