Qoyun çobanı gəzdirir
Külək əsir yavaş-yavaş, təmiz havanı gəzdirir,Sözün sədası şairi, eli-obanı gəzdirir.
Kimi mənəm-mənəm deyir, «Cip»in sürüb «krek» geyir,Kimi bal halvasın yeyir, kimi tavanı gəzdirir.
Şəhidləri olan elin, həyatı qəmli olmalı!!!Ayıblar olsun ol kəsə, zəri-zibanı gəzdirir.
Vətən geri qayıtmamış, dodağa çəkmə qırmızı,Hələ bu qəlbdə çoxu Vətən çibanı gəzdirir.
O dağların, o düzlərin əsir düşən gəlinləri,Bilirmi burda ərləri o «dikdaban»ı gəzdirir?
Əkən də alver eyləyir, biçən də alver eyləyir,Rayonda kimsə görmədim, beli, yabanı gəzdirir.
Baha olunca ət, daha qoyun çobanı saymayır,Şəhərdə ətdənən qoyun, sürüb çobanı gəzdirir.
Əlində dəftər eyləyib, yazıb Baba elin qəmin,Dilində əzbər eyləyib, elim Babanı gəzdirir.
18 dekabr 1996. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-qoyun-cobani-gezdirir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yoxdan gələni var elədim, mən nə dedim ki?!Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
Bir parça torpaq qalmadıBarmağın hər yanə qoydu əldə barmaq qalmadı,Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.
Bişərəfindən aman oy!Bu Vətən torpağının bir tərəfindən aman oy!Bu yazıq millətimin bitərəfindən aman oy!
Qarabağ getsə əgərMəni udsun qara torpağ, Qarabağ getsə əgər,Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.