Mən həvadan yazmıram, haqqdan gəlir beynimdəki,Ağ varaqlar üstə sonra həkk olur zeynimdəki.

«La fəta illa Əli, la seyfə illa Zülfüqar»,Bu Əlinin sirridir ki, sirri – Ya Sinimdəki.

Sorma gəl məndən, sənin həqq olduğun hardan bilim,Yaxşı bax, haqqın üzüynən eynidir eynimdəki.

Haqq sözümdən qeyri, ey dost, heç nəyim yoxdur mənim,Həm də canım özgənindir həm də ki, əynimdəki.

Bağda bir ev tikmişəm qəlbim paxıllıqdan yanır,Çün mənimkindən bir az hündür çıxıb qeynimdəki.

Min oyunlardan çıxardım mən bu başsız ölkədə,Hər şeyi qeyd etməsəydi valla bu çiynimdəki.

Bilginən, Pünhan, təkəbbürdən olar daim uzaq,Həqqdən boynunda qəm zənciri var hər kimdə ki.

8 noyabr 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq