Körpəmiz olsun, olmasın?
Məsləhət eylərəm sana, körpəmiz olsun, olmasın?Körpə yüz əlli şirvana, körpəmiz olsun, olmasın?
Xeyli götür-qoy etmişik, borca girib toy etmişik,Hər ikimiz də həmxana, körpəmiz olsun, olmasın?
Borcu sələmnən almışıq, dərdnən-ələmnən almışıq,Borcu verən də bir "dana", körpəmiz olsun, olmasın?
Baxmır həkimlər imkana, xətt çəkilibdi vicdana,Ya öl, ya pul ver, ol ana, körpəmiz olsun, olmasın?
Yaşı çatanda yeddiyə, gün bükülür göy əsgiyə,Dönür tədrisi "şirvana", körpəmiz olsun, olmasın?
Körpə soruşsa bir zaman, ay ata, yurdum hardadır,Mən nə cavab verim ona, körpəmiz olsun, olmasın?
Vermə əzabı Pünhana, qıyma o yazıq insana,Ver bu sualı Sübhana, körpəmiz olsun, olmasın?
1 iyun, 2001
Kitabxana.az · https://kitabxana.az/works/punhan-korpemiz-olsun-olmasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ranşe şirokiy şaqal Azerbecan,Leonid İliç, şyas ne takoy şaqayet.
Nu zaes, poqodi!Gedirik bir təzə dovranə, nu zaes poqodi,İlimiz adladı dovşanə, nu zaes, poqodi!
İdyot medlenno, medlennoAzerbaydjan v novıy vek idyot medlenno, medlenno,Kto imenno ne znayu, vedyot medlenno, medlenno
Bilə bilə göstərmişəmAğlamışam, seli-seli göstərmişəm,Bağlamışam eli-elə göstərmişəm.
Başqa şairlərin şeirləri · Vətən
Xosrov dedi: "Mənə çərx gərdişindən,Bu yerdən, havadan bir az danış sən."
VarFeyruz, söylə İstambul paşasına,Qarabağın çox dəyərli adı var.
Əşar (13-cü nömrədə "Yetim cücə"yə cavab)Al gəldi**Bir para axmaq-uxmaq çünkü qahblar bikar,
MüstəqillikSən toxuna bilərdinLeninin heykəlinə?