Başda ayaq gəzdiririk
Neçə ildir sinədə Şişəli dağ gəzdiririk,Dağıdır Şişə bizi gözdə bulaq gəzdiririk.
"Çırağ"ı özgəyə satdıq yatağıynan qarışıq,Yatağı tapmağa əmma ki, çıraq gəzdiririk.
Yerdə yer azdı deyib, qoydu ayaq başımıza,Yerə girsək də dözüb başda ayaq gəzdiririk.
Alimik, cahil üçün ot biçirik, bağ salırıq,Qələmi tullamışıq, indi oraq gəzdiririk.
Atamız ağ, anamız ağ, üzümüz isə qara,Çün Dubaydan sora gizlində uşaq gəzdiririk.
Qarabağdan bu qədər faydalanan varsa əgər,
Qarabağ dərdin ürəklərdə nahaq gəzdiririk.
Kimi lazım bilirik burda müxalif qoyuruq,Kimi ki, bilməyirik, gözdən uzaq gəzdiririk.
Biz Qazan xan deyilik, biz içi boş bir qazanıq,O səbəbdən də papaq yerinə qapaq gəzdiririk.
Desələr ki, necə Pünhandı, bu, aşkardı tamam,Söyləyin aşkarı pünhanla calaq gəzdiririk.
20 aprel, 2001
Kitabxana.az · https://kitabxana.az/works/punhan-basda-ayaq-gezdiririk
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yerevan kəşfiyyatının agenti Artavası keçən ay Bakıya göndəriblər ki, get bir az məlumat topla gətir. Baxmayaraq ki, mütəmadi olaraq mərkəzi qadın bərbərxanasında işləyən agent Sirr-Anuş bizim sirləri hər gün Yerevana çatdırır, amma bu dəfə Artavasın əlinə fotoaparat da veriblər ki, əhalinin şəkilini çəksin. Mən də o gündən qorxuya düşmüşəm ki, bu alçaqlar birdən Novruz bayramında terror-zad eləmək istəyərlər.Sonra yadıma düşüb ki, yox, böizim KQB okeanın o tayında, hətta balıqların da bilib susduqları işləri aça bilirsə, ermənilərin terror törətmək niyyətlərini bilmək onlar üçün «ikruşka»dır. Və sakmtləşdim. Bəli, Artavas keçən ay Yerevandan əlində fotoaparat «Po-plostunski», yəni sürünə-sürünə üzü Bakıya tərəf yola düşüb. Bir aya yaxın sürünən agent yollarda heç kəsə rast gəlməyib. Bakıya çatanda görüb ki, ay dadi-bidad, bütün Azərbaycan burda imiş ki. Və urusun verdiyi bombalardan bircəciyinin bu əhaliyə bəs edə biləcəyinə sevinib.Deyirəm, gör bizdə zəhmə bax ki, o boyda Bakıya qədər sürünüb və bura çatanda heı qorxusundan ayağa da durmayıb ki, fərli – başlı şəkil çəkə bilsin. Şəkilləri elə uzanan yerdə çəkib. Lazımi adamlarnan görüşəndən və lazımi obyektlərin şəkillərini çəkəndən sonra qohum-əqrəbası onu Binə aeroportundan yola salıb. Yerevanda şəkilləri çıxarıb görüblər ki, bu nədir, şəhərin hansı bir nöqtəsində şəkil çəkiblərsə, adamların hamısı kişi çıxıb. Qalıblar çaş-baş ki, bəs bunların qızları, arvadları necə oldu. Düşüblər qorxuya (hə, belə qorxarsız, a!) Az sonra mənim özünümü də fikir götürdü. Axı bizdə bu qədər kişi yoxdur. Olsaydı, yəqin ki, Qarabağı çoxdan alardıq. Əşi, birdən-birə adıma nə düşsə yaxşıdır. Axı bu zalım oğlu şəkilləri uzanan yerdə çəkib. Camaatın şəkli beldən aşağı düşüb. Axı, bizdə də hamı şalvar geyinir. Deyirəm, heç özümüzün də xəbərimiz olmadan erməninin gözünü qorxutmağın üsulunu əla tapmışıq.
PartapartYeni ildən bir neçə gün sonra Yerevana xəbər yayılıbmış ki, bəs, Bakıda vətəndaş müşaribəsi başlayıb. Küçələrdə yaman partapartdır. Neçə-neçə adam gözdən şikəst olub, onlarla öz yaşlı uşaqların qorxudan dilləri tutulub, ürəyi xəstə qocalar partlayış səslərindən ömürlərini tapşırıb. Bu işlə əlaqədar olaraq erməni «razvedka»sının agenti Haykanuş Yerevandan, Bakının «N» qadın bərbərxanasında işləyən və bizim sirləri mütamadi olaraq onlara çatdıran agent, bərbər – əSirr Anuşa telefon açıb:–Alo, slaam, mataq, mənəm. O nə həncamədir Bakıda çıxarıblar? Deyirlər yaman partapart olub.
Haykanuşkın gözləriƏsrlər bir-birini əvəz etdikcə, bəşər, cəhalət dövrünü min illər arxada qoydu. Və 2000-ci ilin astanısında demək olar ki, sivilizasiyasının ən yüksək zirvəsinə çatdı. Desəm ki, sivilizasiya ilə birlikdə nadanlıq da artmağa başladı, çoxları mənə gülər. Gülən o adamlar olar ki, nadan sözünün mənasının dərk etməzlər və onu keçmişə aid edib cəhalət ilə səhv salarlar. Nəticədə mənim özümü nadan hesab edib, öz nadanlıqlarını biruzə vermiş olarlar. Zaman keçdikcə nadanlar Allahın yaratdığı insanı bəyənməz və onda dəyişiliklər etmək fikrinə düşərlər. Məsələn, deyərlər ki, əğstafürüllah, Allah mənim cinsimi düzgün yaratmayıb. Və onu dəyişərlər. Burunlarını sındırıb kmçildərlər, oralarını şişirdərlər, buralarını şişirdərlər. Həmişə şükürlər edirəm ki, nə yaxşı .lkəmizdə belə şeylər yoxdur. Yoxsa o paxıllıq ki, bizdə var, Allaha and olsun bir-birinin acığına ora-buralarını o qədər şişirdərlər ki, heç adama oxşamazlar.Məni bir məsələ narahat etməsəydi heç bu mövzuya toxunmazdım. Son vaxtlar Bakıda gözlərinin təbii rəncini dəyişmək üçün imkanlı qızlar və oğlanlar linzalar taxmağa başlayıblar. Bununla əlaqədar olaraq Danabaş Kəndinin Kəşfiyyat İdarəsinin agenti Məmmədhəsən əmi redaksiyamıza gəlib elə şok açıqlamalar verdi ki, gözlərim kəlləmə çıxdı. O dedi ki, bu linzaları Fransanın erməni icmasının «Haykanuşun gözləri» firması istehsal edir. Və gözü çıxmış ermənilər də elə linzalar buraxıblar ki, onu gözünə taxan adam erməniyə oxşasın. Onlar yaxşı bilirlər ki, öizimkilər də erməni görən kimi öldürməsələr əl çəkən deyillər, özü də Bakıda. Deməli, bu linzaları təxribat törətmək məqsədi ilə istehsal ediblər. Birdən qayıdıb soruşarsınız ki, bəs Bakıdakı 30 min ermənini görən yoxdur? Elə deyil. Onlar özüiüzünkülərdir. Yəni, əl ermənilərindir. Söhbət isə xam ermənilərdən gedir. İnanın, bizim kişilər bilsələr ki, o, 30 min ermənidən başqa bura bir erməni ayaq basıb, onun axırına çıxmasalar gecə səhərədək yata bilməzlər. Biz axı... bilirsiniz də...
Köçəryanın yuxusuSon zamanlar ermənilərlə bağlı yuxular görməyə başlamışam. Hərdən eləsin görürəm ki, vallah yazmağa da, danışmağa da qorxuram. Deyirəm, Allah eləməmiş, səlahiyyətli bir adamın beyninə düşər ki, verin bunu məhkəməyə, yuxusunda erməni görür. Amma açığını deyim ki, birinci yuxumu qəzetdə yazanda məni heç tutub eləmədilər. Sonra öz-özümə fikirləşdim ki, əşşi, yuxuya görə adam tuturlar?Yuxuda görmüşdüm ki, Qarabağ əvvəlki kimi yenə bizdədir. Və yenə erməni-müsəlman qardaşcasına bir yerdə yaşayır. Amma Qarabağın ayrı-ayrı rayonlarına hələ icra hakimi təyin olunmayıb. O yerlərə adam tapmağı guya tapşırıblar mənə və qarşıma belə bir şərt də qoyublar ki, əmin-amanlığın qorunması naminə həmin adamlar yarı erməni, yarı azərbaycanlı olmalıdır. Mən də radio vasitəsilə belə bir elan verirəm ki, hansı azərbaycanlıda erməni qanı varsa, səhər saat 10-da gəlsin filan binanın qabağına, amma ürəyimdə fikirləşirəm ki, axı bu nə işdir, tapşırdılar mənə. Bakıda belə adam yoxdur axı?! Təmiz ermənilərin olduğunu bilirdim. Onu televizorda dəfələrlə eşitmişdim. Amma qarışıq... nə bilim. Səhər saat 10-da dediyim yerə gələndə gördüm burada o qədər adam var ki, gəl görəsən. Adamları aralaya-aralya elə birinci mərtəbənin eyvanına çıxıb, tribuna əvəzi ordan danışmağa bşladım. Dedim, ay camaat, doğurdanmı siz hamınız o mən deyənnəsiz? Yerlərdən qışqırdılar ki, bəli, bəli. Lap elə sən deyənnənik, heç ora-burası yoxdur. Hərə cibindən bir sənəd çıxarıb başı üstündə yelləməyə başladı. Biri dedi, atam ermənidir, o biri dedi xalis erməniyəm. Özü də hamısı samballı yerlərdə işləyən adamlar idi. Dedim yəqin bunlar məni ələ salırlar. Başladım bir-bir sənədlərini yoxlamağa. Gördüm düzdür. Amma inanmadım. Dedim sənədləriniz saxtadır. Vəzifə xatirinə düzəltdirmisiniz hamınız, yalançısınız. Gördüm izdiham yavaş-yavaş yeriyir üstümə. Aradan çıxmaq istədim, alınmadı. Tutub məni o qədər döüdülər ki, ayılanda gördüm çarpayıda yox, yerdəyəm. Başım da partdaq-partdaqdır. O gündən sonra yenə ermənilərlə bağlı bir neçə yuxu gördüm. Amma sırağagün gördüyüm yuxunun qəribliyi indiyəcən məni öz təsirindən saxlaıb. Dedim qoy qəzetə yazım ki, bəlkə bir yozan tapıldı.
Başqa şairlərin şeirləri
O qəmli könlünü, müşkül halınıDüşünən də yazıq, bilən də yazıq!
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Dur, ey mürği-səhər, billah, ağaz etDur, ey mürği-səhər, billah, ağaz et,Sərağazın odunu cangüdaz et.
Nədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməzNədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməz,Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz?