Əsrlər bir-birini əvəz etdikcə, bəşər, cəhalət dövrünü min illər arxada qoydu. Və 2000-ci ilin astanısında demək olar ki, sivilizasiyasının ən yüksək zirvəsinə çatdı. Desəm ki, sivilizasiya ilə birlikdə nadanlıq da artmağa başladı, çoxları mənə gülər. Gülən o adamlar olar ki, nadan sözünün mənasının dərk etməzlər və onu keçmişə aid edib cəhalət ilə səhv salarlar. Nəticədə mənim özümü nadan hesab edib, öz nadanlıqlarını biruzə vermiş olarlar. Zaman keçdikcə nadanlar Allahın yaratdığı insanı bəyənməz və onda dəyişiliklər etmək fikrinə düşərlər. Məsələn, deyərlər ki, əğstafürüllah, Allah mənim cinsimi düzgün yaratmayıb. Və onu dəyişərlər. Burunlarını sındırıb kmçildərlər, oralarını şişirdərlər, buralarını şişirdərlər. Həmişə şükürlər edirəm ki, nə yaxşı .lkəmizdə belə şeylər yoxdur. Yoxsa o paxıllıq ki, bizdə var, Allaha and olsun bir-birinin acığına ora-buralarını o qədər şişirdərlər ki, heç adama oxşamazlar.

Məni bir məsələ narahat etməsəydi heç bu mövzuya toxunmazdım. Son vaxtlar Bakıda gözlərinin təbii rəncini dəyişmək üçün imkanlı qızlar və oğlanlar linzalar taxmağa başlayıblar. Bununla əlaqədar olaraq Danabaş Kəndinin Kəşfiyyat İdarəsinin agenti Məmmədhəsən əmi redaksiyamıza gəlib elə şok açıqlamalar verdi ki, gözlərim kəlləmə çıxdı. O dedi ki, bu linzaları Fransanın erməni icmasının «Haykanuşun gözləri» firması istehsal edir. Və gözü çıxmış ermənilər də elə linzalar buraxıblar ki, onu gözünə taxan adam erməniyə oxşasın. Onlar yaxşı bilirlər ki, öizimkilər də erməni görən kimi öldürməsələr əl çəkən deyillər, özü də Bakıda. Deməli, bu linzaları təxribat törətmək məqsədi ilə istehsal ediblər. Birdən qayıdıb soruşarsınız ki, bəs Bakıdakı 30 min ermənini görən yoxdur? Elə deyil. Onlar özüiüzünkülərdir. Yəni, əl ermənilərindir. Söhbət isə xam ermənilərdən gedir. İnanın, bizim kişilər bilsələr ki, o, 30 min ermənidən başqa bura bir erməni ayaq basıb, onun axırına çıxmasalar gecə səhərədək yata bilməzlər. Biz axı... bilirsiniz də...

Heç bilirsiniz torpaqların çoxusunu davasız-filansız niyə verdik? Bilmitrsiniz axı. Elə ona görə də ağzınıza gələni danışırsınız. Biz kafir ayağı dəyən torpaqda cəzmərik axı. Müsəlmanıq axı. Elə ona görə də erməniləri torpaq qarışıq başımızdan rədd elədik ki, it aparan olsun. Fu... adam iyrənir o torpaqlardan. Heyif deyil Bakının şorməzə torpaqları? Birdən soruşarsınız ki, bəs Bakıya erməni ayağı dəyməyib? Hə... Burda bir məsələ var. Bakı küləklər şəhəridir və onun ətrafında olan «Bibi-Heybət», «Əli ayağı», «Nardaran piri» və qeyri pirlərdən daim küləklər əsib onun torpağını həmişə pak saxlayırlar.

Bəşər öz inkişafının ən yüksək zirvəsinə çatsa belə, cərrahiyyə əməliyyatları vasitəsilə bütün üzvlərini dəyişməyə qadir olsa da natəmiz qəlbləri və paslı şüurları «Namaz»dan başqa heç bir üsul ilə dəyişməyə müvəffəq ola bilməyəcəklər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira