Hər nə ki, qəlbindədir, ruyində bu biruzdu ki,Üz gözündən bəllidir xain ürək bumbuzdu ki.

Mən vəkillik etməsəydim, sən vəkil olmazdın heç,Mən yeyən pendir çörəkdir, sən yeyən cız-bızdu ki.

Çiynimə çiyninlə vurdun tulladın tank altınaMən ayıldım onda ki, çiynindəki ulduzdu ki.

Fırladır yer kürəsin dik burnu üstündə ABŞ,Sən demə bu sakit okeandan çıxan qunduzdu ki.

Ey həyatı qəm, kədər, ey külfəti beş-on nəfər,Ey özündən bixəbər başındakı toppuzdu ki.

Bülbül öldü qaz qalıb, qazdan da cır avaz qalıb,Sonluğa bir yaz qalıb Şişə, Laçın tormuzdu ki.

Kəlmə-kəlmə hey yedirdirsən mənə əşarını,Doymaq olmur amma, Pünhan, baxma xalis duzdu ki.

10 noyabr 1999. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri