Qubar yox qumbarasanmış
Səni mən ağ bilirdim, demə məndən də qərasanmış,Qaralıq səndə ondandır ki, neftə mübtəlasanmış.
Sənə ümmid elirkən, cümlə qaçqınlar, didərginlər,Demə humanitar yardım yeyən bir ayparəsənmiş,
Sən ey turkes hayesdən hasil olmuş qorxulu məxluq,Ürəklər içrə xof salmış, qübar yox qumbarasənmış.
Qarışmışlar qarışmışdır qarışqa tək bu şəhrimdə,Qatarda bomba partlatmış gədə oğlu gədasənmiş.
Səni əsgər gedəndə ey oğul, saldım yola sağlam,Demə indi acından, mədədən atır yarasənmiş.
Səni xəlq etdi Pünhan, haqq-təalə haqqı yazmaqçün,Yoxun haqqında hey yazsan, çətin ki, qurtarasənmiş.
2 dekağbr 1997, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-qubar-yox-qumbarasanmis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər nə ki, qəlbindədir, ruyində bu biruzdu ki,Üz gözündən bəllidir xain ürək bumbuzdu ki.
«Mamlı-matan» göstərərəmSənə, ey dost, Bakıda hər cürə an göstərərəm,Sənə, böhtanı, şəri xeyrə qatan göstərərəm.
Şillə-qapaza çıxmışamQışda evimdə qar yağıb, zülm ilə yaza çıxmışam,Yazda başımda qar qalıb, qışla taraza çıxmışam.
Kef elə, yorğana girXabi-qəflətdən kənar ol, haqq olan meydana gir,Mərd ol, meydangir ol, sən haqq ilə peymana gir.