Kimə səs verməyə hazırlaşıram canı çıxır,Kimə bel bağlayıram sübh səhər cani çıxır.

Elə ki, gördü gəlir ölkəyə yardım qatarı,Özünü üstə gəlir, Azərbaycanı çıxır.

Qarabağdan danışanda qaralır qanı tamam,Qarabağ söhbəti yoxsa qaralan qanı çıxır.

Nə bilim ermənidir ya ki, müsəlman bu kişi,Elə bir nitq eləyir ki, sözü moltanı çıxır.

Biri səs verməyə gəldi, beşi yan aldı ona,Səsini düz verə bilmir, səsi yan yanı çıxır.

Neçə ildir ki, girib ustula bu milli vəkil,Oxuyur «əkl-bəkil» amma ki, «şirvan»ı çıxır.

Elə bil zalım «SS»dir, polis orqanı deyil,Adamı öylə döyür, xaricə orqanı çıxır.

Gecə gördüm Babaya həşrdə divan tutulur,Oyanıb gördüm onun nəşrdə «divan»ı çıxır.

28 iyul 1998. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən