Partapart
Yeni ildən bir neçə gün sonra Yerevana xəbər yayılıbmış ki, bəs, Bakıda vətəndaş müşaribəsi başlayıb. Küçələrdə yaman partapartdır. Neçə-neçə adam gözdən şikəst olub, onlarla öz yaşlı uşaqların qorxudan dilləri tutulub, ürəyi xəstə qocalar partlayış səslərindən ömürlərini tapşırıb. Bu işlə əlaqədar olaraq erməni «razvedka»sının agenti Haykanuş Yerevandan, Bakının «N» qadın bərbərxanasında işləyən və bizim sirləri mütamadi olaraq onlara çatdıran agent, bərbər – əSirr Anuşa telefon açıb:
–Alo, slaam, mataq, mənəm. O nə həncamədir Bakıda çıxarıblar? Deyirlər yaman partapart olub.
–Hayka, heç narahatına olma, bayramqabağı idi, idarələrdə kefkom mamırlar bayram edirdilər, şampan partladırdılar.
–Mamırlar kimdi?
–Alo, mamırlar yox e, mamurlar – dövlət mamurları. Yeyib-içirdilər, mən də bərbərxanadan onları güdürdüm. Çıxıb balkonda şampan partladırdılar. Sağlıq deyib içirdilər. Artıqlarını da aşağıda piket keçirən qaçqınların başlarına tökürdülər. Deyirdilər ki, Qarabağ sizindir. Bakı bizim.
–Axçi, axçi, başıma düşmədim. Necə yəni Qarabağ sizindir? Onların nə ixtiyarı var, bizim Qarabağı bölüşdürürdülər.
–Hirslənmə, söz gəlişi deyiblər də, bunlarınkı boş sözdür, bunlar Qarabağı alandırlar? Sadəcə olaraq Qarabaq sizindir deyəndə qaçqınlar sevinirlər. O gün sevincdən bir neçəsinin ürəyi partlayıb ölüb, qəzetlər yalandan yazıblar ki, guya acından ölüblər.
–Axçi, nə şampan, nə zad. Bizə xəbər çatıb ki, əməlli-başlı partapart olub.
–Əşi, onlar cavanlar olub, «xlapuşka» partladıblar. Bizə bata bidmirlər, öz ana-bacılarını qorxudurlar. Gic musurmandır da...
–Deməli, atəşkəsi pozublar ha? Heç ayıbına yoxdur. Biz də atarıq «xlapuşka». Amma «xla»sız. Hi... Hi... Hi...
–Bura bax, mataq, puşka-muşka atmaq lazım deyil. Bunlar elə bizim istdiyimizi özləri eləyirlər də... Bizə lazımdır musurman azalsın, özləri azaldırlar da. «Xlopuşka»lar kiminin gözünə dəyib şikəst olur, kiminin qorxudan dili tutulur, kimi infarkt keçirir, daha nə istəyirsən, öz-özünə azalır da.
–Axçi, sənin sözlərindən həqiqat var ha... Öz işlərin necə gedir?
–Əla, mataq, əla. Bir mamur arvadının başına «prçoska» qoyuram, 50 dollar alıram. Gül qoyanda daha çox qazanıram.
–Kül nədi, axçi?
–Kül yox, gül.
–Ha...Ha...Başıma düşdüm, yaman pis eşidilir. Haykacan, Bakıda erməni çoxdur?
–On ildir deyirlər ki, cuya otuz min erməni var burda, elə bilirlər ki, musurman artır, erməni yox. Çoxdur mataq, çoxdur. Bir az da artsa Bakıda muxtariyyət ala bilərik. Bir də o söhbət var idi ha, bura terrolist göndərmək məsələsi... Daha lazım deyil. Partlatmaq istədiyimiz yerlərə baş çəkmişəm. O binaların altındakı zirzəmilərdən gedən qaz durbalarının o qədər dəlmə-deşiyi var ki, bir az da gözləsək hamısı öz-özünə partlayacaq.
–Alo, bəs Sumqayıt?
–Yox daha lazım deyil. Xloru daşıyıb qurtarıblar, zavod bağlanmaq üzrədir. Görürsən, hər şey bizim xeyrimizədir. Musurmanlar bilir ki, biz qorxacaq millətik. Ona görə də hünərimiz çatmayan işləri görməkdə bizə kömək edirlər.
–Alo... Alo... Nə? Metro...
–Eşidirəm... Eşidirəm. Metro öz-özünə dağılıb gedir, partlatmağa ehtiyac yoxdur.
Kitabxana.az · https://kitabxana.az/works/punhan-partapart
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözü ac, xəyalı xamdır, bu adam, bizim adamdır,Yediyi tamam haramdır, bu adam bizim adamdır.
Vandam ağlasınXeyr ilən şər düşdü bir əyyamə, əyyam ağlasın,Qətlə yetmiş nəsli-peyğəmbərçün İslam ağlasın.
Bu millətin qulpu qırığXonçalara qoyulmarıq,Yardım olsa sayılmarıq,
Şaxtalı ünvanımızaMin şükürlər dilərəm Rəhmli Rəhmanımıza,Nəzərin saldı bu əhvali - pərişanımıza.
Başqa şairlərin şeirləri · Satira
Beləsi də var*İnsana ta qədimdən zinət olub ömürlük –
Zəhmət çəkmə!İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.
ÜstünəBax, dəyənəklə gəlmişəm indi Babanın üstünə;Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!?
"Gülüstan"-i-Sə’didən bir hekayeyi-mənzuməyə bənzətmə ("Yeki porsid əz on şəh geştə fərzənd")Yeki porsid əz on şəh geştə fərzəndKi, ey Əbdülhəmid1 əz to xirədmənd!