Bu il
Bu il də an idi keçdi-ötüşdü,Zaman ümmanına bir damla düşdü.Damla – an cücərən alın təridir,Torpaqdan süfrəyə çatdı pay kimi,Damla – an iksirdir, bəxti əridibKiminə içirtdi şirin say kimi.
Kiminin ömrünü bəzədi bu il,Kiminə yerində sayılan addım,Kiminə ilkindi-təzədi bu il,Kiminin ömrünə qıyılan addım...
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-bu-il
← → düymələri ilə keçid, R — təsadüfi şeir