Kəsir ömrümüzü min qayğı-qayçıDoğram-doğram olur bütöv günümüz.Qovur ora-bura vaxtın qırmancı,Dözürük, heç yana çıxmır ünümüz.

Dözürük anlardan, gündən, həftədən,Aylardan cəm olub... itən illərə.Boz sifət göstərmək gərək siftədənÖmrü didən günə, didən illərə!

Saatlar ayrılıb ikibir, üçbirSəbirsiz-səbirsiz bizi gözləyir.Bəzisi həftədə on dəfə yasa,Bəzisi qəfləti vaya çağırır.

Bəzisi beş yerdə duzsuz iclasa,Bəzisi nəşəyə, toya çağırır.Təşvişlə bildirir hərdən bəzisi:“ – Zaçotdan kəsilib bibin nəvəsi...”

“ – Deyirlər, xalanın oğlu ilişib!? –Tez çatdır özünü, milisə düşüb”“Oğlunu “Artek”ə göndərmək üçünArayış yığasan gərək bütün gün...”

“Seylon çayı gəlib dükana, tərpən,Almayıb qayıtsan deşilər təpən...”“ – Qaynanan tumovdur, ay aman, tədbir,Yamanca hirslənib, tez həkim gətir!”Saatlar qışqırır, haray qoparır,Səni qabağına qatıb aparır.Bəzən də qəbulda vaxtın öləndə,Yelbeyin əqrəblər bunu biləndə

Çıqhaçıq salırlar hey gülə-gülə:“Səbr elə, səbr elə, hələ səbr elə...” –Günün saatları ikibir, üçbir.Beləcə dayanıb bizə müntəzir –

Qələmə, masaya qoymayır yaxın.Hər gün doğranırıq, xırdalanırıq,Zaman axıb gedir, biz dayanırıq,Mərəzə çevrilən vərdişə baxın!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri