İzlənən kölgə
Maşında üç adam vardı:Ata, ana, bir də uşaq.Onlar bağdan qayıdırdı –Kefləri kök, damağı çağ.
Əl çəkmədi nadinc oğul,– Ver maşını sürüm, – dedi.Atası “qul”, anası “qul” –Sözü yerə düşdü nədi...
Keçdi sükan arxasına,Uşaq ola, maşın ola –Papağını əydi yana,“Volqa” süzüb çıxdı yola.
Dəmir atın, qığılcım yox,Toz qoparır rezin nalı.Ata, ana uğundu çoxKişnədəndə o, siqnalı.
Yol boyunca görə-görəSaymadı da bir yazını –Bilərəkdən neçə kərəPozdu ötmə qaydasını.
Ayağını basıb qaza,Vəcdə gəlib o coşurdu.Neçə-neçə qanlı qəzaÖz-özünə sovuşurdu.
Elə bil ki, yerin, göyünAğasıydı bu ərköyün...Bir motosikl ötüb keçdi,Dövrə vurub döndü geri.Yayınmaq da daha gecdi,O, gəlirdi üzübəri.
Müfəttişin qırğı gözüSeçmiş idi bu dəcəliQəzəbindən yandı üzü:– Dayan! – deyə qalxdı əli.
Yana çıxıb, mühafizəDaşlarını vurdu maşın.Göy şivləri əzə-əzəSilkələnib durdu maşın...
Üç qarış da getsən, səniBir qırpımda udar nəhəng –Dərə geniş cəhənginiAçmış qorxunc əjdahatək.
Mat qalmışdı bu “cürətə”,Neçə ağır fəlakətəŞahid olan o müfəttiş:“Qurd ürəyi, yəqin, yemiş
Hamılıqla bu ailə,Yoxsa, axı nədən beləGözlərini yuma-yumaAtılırlar uçuruma?!
Ay atalar, ay analar,Ömrün sizə sualı var:Başa salın görək biziUşaq hara, maşın hara?!
Axı, niyə bəxtiniziTapşırırsız siz onlara?!Ərköyün hər yana çapır,Yığın onun cilovunu!Vaxtsız ölüm azmı tapırBu yollarda öz ovunu?!”
Düşünsə də qəzəblə o,Yaxınlaşıb ədəblə o,Təzim etdi...Bir uşağa,Bir ataya nəzər saldı.Sənədlərə baxa-baxaSual verdi, cavab aldı.
Cərmələdi, töhmətlədi,“Gedin!” – dedi.Maşın getdi,Gözdən itdi.
İçində üç adam vardı:Ata, ana, bir də uşaq.Onlar evə qayıdırdıKefləri kök, damağı çağ.
Lakin o vaxt, bilsən necəO müfəttiş narahatdı.Həmin günü bütün gecəNə dincəldi, nə də yatdı.Rast gəldikcə, uşağınaMaşın-sükan verənlərə,
Onun hər bir şıltağındaSevinc, nəşə görənlərə –Çoxalırdı saçında dən...Getməyirdi göz önündənO qorxulu, o qüssəli,O dəhşətli mənzərələr.Sükandan bir naşı əliTutsa etməz nələr, nələr...
O nə isə deyə-deyəGöz qoyurdu hər döngəyə,Göz qoyurdu hər bir tinə –Yayınmırdı diqqətindənXam sürücü, nasaz maşın.Düşünürdü: “TaleyinəHər ailənin, vətəndaşınCavabdehəm yollarda mən...”
O, görürdü yol boyunca:Tay qanadla uça-uçaQara, qorxunc kölgə gəzir,Bəlkə gəzirO dəcəli o naşını,Göy maşını,
Müfəttişsə yolu möhkəmGözləyirdi.O, kölgəni qədəm-qədəmİzləyirdi,İzləyirdi bir külfətiTəqib edən fəlakəti...
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-izlenen-kolge
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qarğıyıb zalım fələk istər sizə, istər bizə,Çox dəyib mitinq zamanı daş sizə, qəmbər bizə.
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi