Milyon-milyon ildən bəriBaşında bir ipək daraq,Milyon-milyon ildən bəriBir nəğməni oxuyaraq,Milyon-milyon ildən bəriDöyükərək sağa, solaTorağaylar çıxır yola...

Qırğıdanmı, ya leydənmiQorxub yola qanad açır?Axtardığı yoxsa dənmiYol boyunca qaçır, qaçır?..

Yaxın gəlib bizə sarıRəqqasətək süzə-süzəNazla ötür,AyaqlarıYola naxış düzə-düzə.

Ev quşutək qaçan deyil,İstər qovla, istər kişlə.Ömr eləyib nəsil-nəsilBu adətlə, bu vərdişlə.

Milyon-milyon ildən bəriQoşa-qoşa ana-balaTorağaylar çıxır yola...

Təzə yolsa nə piyada,Nə də köhnə at yoludur.Sinəsindən süzüb keçənMaşınlarla dopdoludur.

Torağaymı qaça bilər,Torağaymı uça bilərQabağından heç onların,Ley qanadlı maşınların?!

Bir torağay səkə-səkəÇıxsa yola – heçdir demək.Dəyib odlu mühərrikəDüşər kabab tikəsitək...İlk xislətdə,İlk adətdə,İlk niyyətdəƏsrlərcə qala-qalaTorağaylar nahaq yerə,Nahaq yerə çıxır yola!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri