İqbalnamə, fəsil 38
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
مغنی توئی مرغ ساعت شناسبگو تا ز شب چندی رفتست پاس
Müğənni, bir quşsan - vaxtı düz bilən,De görək: nə qədər keçmiş gecədən?
چو دیر آمد آواز مرغان به گوشاز آن مرغ سغدی برآور خروش
Nədənsə gecikib quşların səsi,Çal, suğdi quşunun gəlsin naləsi.
چو باد خزانی درآمد به دشتدگرگونه شد باغ را سرگذشت
Əsdi xəzan yeli, payız yetişdi,Bağların əhvalı tamam dəyişdi.
از آن باد برباد شد رخت باغفرو مرد بر دست گلها چراغ
Küləklər taladı bağçanı, bağı,Söndü al güllərin yanar çırağı.
زراندود شد سبزهٔ جویبارریاحین فرو ریخت از برگ و بار
Arxlar kənarında otlar sapsarı,Töküldü reyhanın şux yarpaqları.
درختان ز شاخ آتش افروختندورقهای رنگین بر او سوختند
Sanki ağaclıqda odlar qalandı,Əlvan yarpaqları alışdı, yandı.
به بازار دهقان درآمد شکستنگهبان گلبن در باغ بست
Gördü bazarını kəndli pərişan,Bağın qapısını bağladı bağban.
فسرده شد آن آبهای روانکه آمد سوی برکهٔ خسروان
Şahlar hovuzuna axan saf sularSoyuqdan, ayazdan tamam dondular.
نه خرم بود باغ بیبرگ و آبدرافکنده دیوار گشته خراب
Çeşməsiz, çiçəksiz bağ şad olarmı?Hasarsız, barısız abad olarmı?
بجای می و ساقی و نوش و نازدد و دام کرده بدو ترکتاز
Hanı saqi, badə, o məclis hanı?Bura vəhşilərin olmuş məkanı!
گرفته زبان مرغ گوینده راخسک بر گذر باد پوینده را
Kəsilmiş nəğməsi ötən quşların,Dolaşır qıçına xəzəl ruzgarın.
تماشا روان باغ بگذاشتهمغان از چمن رخت برداشته
Seyrə gələnlər də bağı tərk etmiş,Müğlər də çəməndən ayrılıb getmiş.
به سوهان زده سبلت آفتابچو سوهان پر از چین شده روی آب
Yeyəylə sürtülmüş günəşin tacı,Yeyətək dən-dəndir suların saçı.
تهی مانده باغ از رخ دلکشاننه از بلبل آوا نه از گل نشان
Bağı tərk eləyib getmiş gözəllər,Nə bülbül səsi var, nə güldən əsər...
زده خار بر هر گلی داغهانوائی و برگی نه در باغها
Tikanlar dağ çəkib gülün köksünə,Bəzəksiz, cəh-cəhsiz qalıb bağ yenə.
به هنگام آن برگ ریزان سختفرو پژمرید آن کیانی درخت
Belə sərt bir xəzan çökəndə bağaBaşladı o Kəyan sərvi solmağa...
سکندر سهی سرو شاهنشهیشد از رنج پر، وز سلامت تهی
Şahlıqın şah sərvi-İskəndəri dəAxır saldı dövran sağalmaz dərdə.
دمه سرد و شه بادم سرد بودجهانگرد را با جهان گرد بود
Çovğuntək soyutdu şahın nəfəsi,Çoxdu bu dünyada qəmi, qüssəsi.
چو بنیاد دولت به سستی رسیدتوانا به ناتندرستی رسید
Özülü çökərsə bəxtin, dövlətin,Səhhətə zəiflik üz verər yəqin!
شکسته شد آن مرغ را پر و بالکه جولان زدی در جهان ماه وسال
İllərlə dünyanı uçub seyr edənQuşun qol-qanadı qırıldı birdən.
به پژمرد لاله بیفتاد سروبه چنگال شاهین تبه شد تذرو
Uca sərv yıxıldı, şux lalə soldu,Qırqovul şahinin şikarı oldu.
طبیبان لشگر بزرگان شهرنشستند برگرد سالار دهر
Ordu həkimləri, şəhər ə yanıAldılar araya o hökmüranı.
مداوای بیماری انگیختندز هر گونه شربت برآمیختند
Bəlkə də bir əlac tapalar ona;Şərbətlər qatıldı dava-dərmana.
ز قاروره و نبض جستند رازنشیننده را رفتن آمد فراز
Nəbzi, qarurəsi olundu təhlil,Nə çarə, gedən can qayıdan deyil!
طبیب ارچه داند مداوا نمودچو مدت نماند از مداوا چه سود
Əlac eləsə də təbib nə qədər,Ömür tükənibsə, nə fayda verər?
پژوهش کنان چاره جستند بازنیامد به کف عمر گم گشته باز
Çox səy göstərdilər çarə etməkçün,Gedəni qaytarmaq olmadı mümkün.
به چارهگری نامد آن در به چنگکه پوینده یابد زمانی درنگ
Tədbirlə gəlmədi o gövhər ələ,Necə sədd çəkəsən əsən bir yelə?
چووقت رحیل آید از رنج و دردزمانه برآرد بهانه به مرد
Əcəl yetişəndə tapıb bəhanəİnsana min əzab verər zəmanə.
چنان افشرد روزگارش گلوکه بر مرگ خویش آیدش آرزو
Ruzgardan o qədər inciyər insanÖzü ölümünü istər allahdan.
سگالش بسی شد در آن رنج و تابنیفتاد از آن جمله رایی صواب
Əl atmadıqları tədbir qalmadı,Rəylərdən bir fayda hasil olmadı.
چراغی که مرگش کند دردمندهم از روغن خویش یابد گزند
Çırağın əcəli çatıbsa əgər,Ona öz yağı da yetirər zərər.
هر آن میوهای کو بود دردناکهم از جنبش خود درافتد به خاک
Çürümüş bir meyvə ağacda durmaz,Düşəcək, tərpənsə budaqda bir az.
پزشکی که او چاره جان کندچو درمانده بیند چه درمان کند
Ən mahir, ən ustad təbib heç zamanTapa bilməmişdir ölümə dərman.
شناسندهٔ حرف نه تخت نیلحساب فلک راند بر تخت و میل
Göyün hesabına bələd olanlarSaldılar hesaba göydə hər nə var.
رخ طالع اصل بی نور یافتنظرهای سعدان ازاو دور یافت
Onun taleyini gördülər nursuz,Ondan uzaqdaydı bəxt açan ulduz.
ندید از مدارای هیچ اختریدر آزرم هیلاج یاریگری
Heç elə bir ulduz yoxdu ki, onunGöstərmiş olaydı ömrünü uzun.
چو دید اختران را دل اندر هراسهراسنده شد مرد اخترشناس
Taleyi səmada bəd görən zamanMünəccim özü də əsdi qorxudan.
چو اسکندر آیینه در پیش داشتنظر در تنومندی خویش داشت
Önündə aynaya baxdı İskəndər.Baxdı, vücuduna yetirdi nəzər,
تنی دید چون موی بگداختهگریزنده جانی به لب تاخته
Gördü ki, bədəni tüktək incəlib,Qaçmaq istəyən can dodağa gəlib.
نه در طبع نیرو نه در تن توانخمیده شده زاد سرو جوان
Nə qəlbdə qüvvə var, nə canda taqət,Əyilmiş əvvəlki o sərv qamət.
چو شمع از جدا گشتن جان و تنبه صد دیده بگریست بر خویشتن
O öz ölümünü gözüylə görcək,Özü öz halına ağladı şamtək.
طلب کرد یاران دمساز رابه صحرا نهاد از دل آن راز را
Yaxın dostlarını dəvət elədi,Ürək sözlərini onlara dedi:
که کشتی درآمد به گرداب تنگدهن باز کرد آن دمنده نهنگ
"Gəmim dar girdaba düşdü, a dostlar,Ölüm ağzı açıq nəhəngtək durar.
خروش رحیل آمد از کوچگاهبه نخجیر خواهد شدن مهد شاه
Köçmək vaxtı gəldi bu düşərgədən,Başqa bir ovlağa getməliyəm mən.
فلک پیش ازین برمن آسوده گشتبه آسایشم داشت بر کوه و دشت
Bu fələk mənimlə xoşrəftar oldu,Dağda, daşda mənə pərəstar oldu.
به کینه کند درمن اکنون نگاههمان مهربانی شد از مهر و ماه
İndi düşmən oldu o haqq-sayda,Dəyişdi rəftarı Günəş də, Ay da.
چنان بر من آشفته شد روزگارکه ره ناورم سوی سامان کار
Ruzgar gözlərimdə çənə bürünür,Bu dardan çıxmağım müşkül görünür,
چه تدبیر سازم که چرخ بلندکلاه مرا در سر آرد کمند
Nə çarə qılım ki, oldum dərdmənd,Bu fələk tacıma atıbdır kəmənd.
کجا خازن لشگر و گنج منبه رشوت مگر کم کند رنج من
Hardadır, çatdırın xəzinədara,Bəlkə rüşvət verib məni qurtara.
کجا لشگرم تا به شمشیر تیزدهند این تبش را ز جانم گریز
Mənim od qılınclı qoşunum hanı?Qovsun canımdakı bu qızdırmanı.
سکندر منم خسرو دیو بندخداوند شمشیر و تخت بلند
Ən qorxunc divləri tutub ram edən,Təxti-tac sahibi İskəndərəm mən!
کمر بسته و تیغ برداشتهیکی گوش ناسفته نگذاشته
Qılınca qurşandım, kəmər bağladım,Bütün qulaqlara çatmışdır adım.
به طوفان شمشیر زهر آب خوردزدریای قلزم برآورده گرد
Zəhərli qılıncla tufan edib mənTozlar qaldırmışam Bəhri-Qülzümdən.
بسی خرد را کرده از خود بزرگبسی گوسفندان رهانده ز گرگ
Böyüdüb çoxunu etdim hökmüran,Çox qoyun almışam qurdlar ağzından.
شکسته بسی را بهم بستهامبسی بسته را نیز بشکستهام
Çox-çox sınıqları mən calamışam,Çox-çox bütövləri parçalamışam.
ستم را به شفقت بدل کرده نیزبسا مشکلی را که حل کرده نیز
Zülmü ədalətlə eyləyib əvəz,Müşküllər həll edim hesaba gəlməz.
ز قنوج تا قلزم و قیروانچو میغی روان بود تیغم روان
Qünnücdən Qülzümə oldum hökmüran,Şimşək qılıncımı gördü Qiyrəvan.
چو مرگ آمد آن تیغ زنجیر شدنه زنجیر دام گلوگیر شد
O qılınc dönübdür indi zəncirə,Ömrümü tor kimi salıbdır girə.
نبشتم بسی کوه و دریا و دشتکز آنسان کسی در نداند نبشت
Çox dağlar, dənizlər keçmişəm, heç kəsDünyanı mənimtək seyr edə bilməz.
به دارای دولت سرافراختمز دارا به دولت سرانداختم
Hökmüdar Daraya qarşı çıxıb mənBaşını torpağa sərdim bəxtimdən.
زدم گردن فور قتال راگرفتم به چین جای چیپال را
Mən o qatil Furun boynunu vurdum,Çipalın yerində Çində oturdum,
ز قابیل و هابیل کین خواستمز ناسک به منسک زه آراستم
Qabildən, Habildən alıb intiqam,Nasikdən Mənsəkə yollar açmışam.
فرو شستم از ملک رسم مجوسبرآوردم آتش ز دریای روس
Yudum məcusluğu dünya üzündən,Rus dənizində də od qaladım mən.
شدم بر سر تخت جمشید وارز گنج فریدون گشادم حصار
Cəmşidtək təxtlərə çıxdım - ucaldım,Firidun xəzinə yığdı, mən aldım.
برانداختم دخمه عاد راگشادم در قصر شداد را
Yıxdım daxmasını - evini Adın,Qəsrini hünərlə açdım Şəddadın.
سراندیب را کار برهم زدمقدم بر قدمگاه آدم زدم
Hətta Sərəndibə gedib çıxaraq,Adəmin izinə basdım mən ayaq.
خبر دادم از رستم و لخت اوهم از جام کیخسرو و تخت او
Rüstəmin bəxtindən mən soraq verdim,Keyxosrov təxtindən xəbər gətirdim.
ز مشرق به مغرب رساندم نوندهمان سد یاجوج کردم بلند
Məşriqdən Məğribə at səyirdərəkYəcuclar səddini ucaltdım dağtək.
به قدس آوریدم چو آدم نشستزدم نیز در حلقه کعبه دست
Adəmtək Qüdsüdə elədim məskən,Kəbə həlqəsinə əl yetirdim mən.
ز ظلمات مشغل برافروختمبه ظلم جهان تخته بردوختم
Bir məşəl ucaltdım qatı zülmətdən.Zülmün qapısını taxtalatdım mən!
به بازی نیندوختم هیچ نامبه غفلت نپرداختم هیچ گام
Aldığım adları nahaq almadım,Atmadım qəflətdə tək bircə addım.
بهرجا که رفتن بسیچیدهامسر از داد و دانش نپیچیدهام
Mən hansı bir yerə etdimsə səfərƏdalətlə bilik qazandı ellər.
هوایی کزو سنگ خارا گداختچو نیروی تن بود با ما بساخت
Sarp daşı əridən isti havalarSağlam bədənimlə etdi xoş rəftar.
کنون در شبستان خز و پرندچو نیرو نماندم شدم دردمند
İndisə bu pərqu yataqda bitabYatıram, xəstəlik verir min əzab.
سرآمد به بالین چو تن گشت سستنپاید به بالین سر تندرست
Balınca baş qoydum zəifliyimdən,Yatağa düşərmi sağlam bir bədən?
سیه تا سیه دیدم این کارگاهزریگ سیه تا به آب سیاه
Dünyanı qapqara gördüm gəzərək -Qara qumdan tutmuş qara suyadək.
گرم بازپرسی که چون بودهامنمایم که یک دم نپیمودهام
"Nə gördün?" deyərək sorsalar əgər,Deyərəm: sanki heç etmədim səfər.
بدان طفل یک روزه مانم که مردندیده جهان را همی جان سپرد
Dünyanı görmədən torpağa girənBirgünlük körpəyə bənzəyirəm mən.
جهان جمله دیدم ز بالا و زیرهنوزم نشد دیده از دید سیر
Dünyanı başabaş gəzmişəm özüm,Hələ ki, dünyadan doymayıb gözüm...
نه این سی و شش گر بود سی هزارهمین نکته گویم سرانجام کار
Otuz altı deyil, lap otuz min ilYaşasam, cavabım bu olardı, bil!
گشادم در رازهای سپهرهم از ماه دادم نشان هم ز مهر
Mənə sirlərini açdı asiman,Çox şeylər söylədim Günəşdən, Aydan.
جهان دیدگان را شدم حق شناسجهان آفرین را نمودم سپاس
Qədr-qiymət qoydum müdrik insana,Şükürlər eylədim mən yaradana.
نبردم به سر عمر در غافلیمگر در هنرمندی و عاقلی
Ömrümü qəflətlə vurmadım başa,Ağılla, hünərlə mən doldum yaşa.
زهر دانشی دفتری خواندهامچو مرگ آمد آنجا فروماندهام
Bütün biliklərdən dərsimi aldım,Ölümün əlində, heyf aciz qaldım.
گشادم در هر ستمکارهایندانم در مرگ را چارهای
Çox azğın zalimi çəksəm də dara,Bu namərd ölümə tapmadım çara.
بجز مرگ هر مشکلی را که هستبه چاره گری چاره آمد به دست
Bir ölümdən başqa hər bir müşküləMümkündür birtəhər çarə edilə.
کجا رفتهاند آن حکیمان پاککه زر میفشاندم برایشان چو خاک
Hanı yollarına qızıl səpdiyimDərin düşüncəli yüzlərcə həkim?
بیایید گو خاک را زر کنیدمداوای جان سکندر کنید
Torpağı qızıla çevirin yenə,Gəlin, əlac edin şahın dərdinə.
ارسطو کجا تا به فرهنگ و رایبرونم جهاند ازین تنگنای
Hardadır Ərəstu - tapa bir dərman,Məni biliyilə qurtara dardan?
بلیناس کو تا به افسونگریکند چارهٔ جان اسکندری
Hanı əfsun bilən həkim Bəlinas?Gəlib İskəndəri eləyə xilas.
کجا شد فلاطون پرهیزگارمگر نکتهای با من آرد به کار
Hanı bəs Əflatun, o təmiz insan?Mənim bu dərdimə eləyə dərman.
نمودار والیس دانا کجاستبداند مگر کین گزند از چه خاست
Hardadır o böyük bilici Valis?Desin bu mərəzə nə oldu bais.
بخوانید سقراط فرزانه راگشاید مگر قفل این خانه را
Çağırın Sokratı, bəlkə əql iləBu bağlı qapını o aça bilə.
دو اسبه به هرمس فرستید کسمگر شاه را دل دهد یک نفس
Hürmüzə göndərin durmadan xəbər.Bəlkə ürək verə şaha birtəhər.
برید این حکایت به فرفوریوسمگر باز خرد مرا زین فسوس
Gedin, Fərfuryusu edin xəbərdar,Bəlkə bu dərdimə o əlac tapar.
دگر باره گفت این سخن هست باددرین درد از ایزد توان کرد یاد
Bu sözü bir daha eylədi təkrar:"Etsə, əlac edər tək pərvərdigar!
ز رنجم در آسایش آرد مگربراین خاک بخشایش آرد مگر
Bəlkə rəhm eləyib qurtara məni,Qurtara bu dərdli, yazıq bədəni.
نگیرد کسم دست و نارد به یادبدین بی کسی در جهان کس مباد
Əlimdən tutan yox, yox salan yada,Heç kəs tək qalmasın məntək dünyada!
چو گشت آسمانم چنین گوش پیچنباید برآوردن آواز هیچ
Mənə belə cəza verərkən fələk,Nə lazım səs salıb fəryad eləmək?
ز خاکی که سر برگرفتم نخستهمان خاک را بایدم باز جست
İçindən çıxdığım torpağın yenəAxtarıb baş qoyum pak sinəsinə.
از آن پیش که افتم در آن آبکندسپر بر سر آب خواهم فکند
Ölüm girdabına düşməmiş, gərəkSuya qalxan tutam ləngiməyərək.
ز مادر برهنه رسیدم فرازبرهنه به خاکم سپارند باز
Çılpaq doğulmuşam çünki anadan,Məni soyundurun dəfn edən zaman.
سبک بار زادم گران چون شومچنان کامدم به که بیرون شوم
Yüküm yüngül idi doğulanda mən,Yenə yüngül gedim burdan gedərkən.
یکی مرغ برکوه بنشست و خاستچه افزود بر کوه بازو چه کاست
Bir quş dağa qonub qalxarsa əgər,Dağa nə artırıb-əksildə bilər?
من آن مرغم و مملکت کوه منچو رفتم جهان را چه اندوه من
Mən də bir quş idim, ölkəmsə - bir dağ.Gedərsəm, bu dünya yasa batacaq?
بسی چون مرا زاد و هم زود کشتکه نفرین براین دایه گوژپشت
Məntək çoxun doğub öldürmüş dünya.Nifrətə layiqdir bu qozbel dayə.
ز من گرچه دیدند شفقت بسیستم نیز هم دیده باشد کسی
Çoxuna mərhəmət, lütf eyləmişəm,Görən də olubdur əlimdən sitəm.
حلالم کنید ار ستم کردهامستمگر کشی نیز هم کردهام
Zalim olmuşamsa, əfv edin məni,Mən də öldürmüşəm çox zülm edəni!
چو مشگین سریرم درآید به خاکبه مشکوی پاکان برد جان پاک
Tabutum torpağa olanda təslim,Pak ruhum paklara qovuşar mənim.
بجای غباری که بر سر کنیدبه آمرزش من زبانتر کنید
Başa kül sovurmaq əvəzində sizMənimçün allaha dua ediniz!.."
بگفت این و چون کس ندادش جوابفرو خفت و بی خویشتن شد به خواب
Bunları söyləyib, almadı cavab,Yenə yatağına sərildi bitab...
Kitabxana.az · https://kitabxana.az/works/nizami-iqbalname-38
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Allah köməyilə tapşırılan taxtŞərəflidir, onu alan da xoşbəxt!
Xosrov və Şirin, fəsil 10Tez ol, ey səhərin gözəl nəsimi!Çatdı mehribanlıq, nəvaziş dəmi.
Xosrov və Şirin, fəsil 11Ürəyin hatifi görüb məni şad,Hümmət eyvanından səsləndi: heyhat!..
Xosrov və Şirin, fəsil 12Eşqdən başqa söz könlümə yaddır,Ömrümün quşuna sevgi qanaddır.
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Qəzəl: Saqın ey qönçə dəhən gül kimi xəndan gəzməSaqın ey qönçə dəhən gül kimi xəndan gəzmə,Dağıdıb zülfü pərişan-pərişan gəzmə