Xosrov və Şirin, fəsil 10
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
سبک باش ای نسیم صبح گاهیتفضل کن بدان فرصت که خواهی
زمین را بوسه ده در بزم شاهیکه دارد بر ثریا بارگاهی
جهانبخش آفتاب هفت کشورکه دین و دولت از وی شد مظفر
شه مشرق که مغرب را پناه استقزلشه کهافسرش بالای ماه است
چو مهدی گرچه شد مغرب وثاقشگذشت از سر حد مشرق یتاقش
نگینش گر نهد یک نقش بر مومخراج از چین ستاند جزیت از روم
اگر خواهد به آب تیغ گل رنگبرآرد رود روس از چشمهٔ زنگ
گرش باید به یک فتحِ الهیفرو شوید ز هندستان سیاهی
ز بیم وی که جور از دور برده استچو برق ار فتنهای زاده است مرده است
چو ابر از جودهای بیدریغشجهان روشن شده مانند تیغش
سخای ابر چون بگشاید از بندبه صد تری فشاند قطرهای چند
ببخشد دست او صد بحر گوهرکه در بخشش نگردد ناخنش تر
به خورشیدی سریرش هست موصوفبه مه بر کرده معروفیش معروف
زمین هفت است و گر هفتاد بودیاگر خاکش نبودی باد بودی
زحل گر نیستی هندوی این نامبدین پیری در افتادی ازین بام
ارس را در بیابان جوش باشدچو در دریا رسد خاموش باشد
اگر دشمن رساند سر به افلاکبدین درگه چه بوسد جز سر خاک؟
اگر صد کوه در بندد به بازونباشد سنگ با زر هم ترازو
از آن منسوج کاو را دور داده استبه چار ارکان کمربندی فتاده است
وزآن خلعت که اقبالش بریده استبه هفت اختر کلهواری رسیده است
وزان آتش که الماسش فروزدعدو گر آهنین باشد بسوزد
چو دیو از هیبتش دشمن گریزدکه بر هر شخص کهافتد برنخیزد
ز تیغی کآنچنان گردن گذاردچه خارد خصم اگر گردن نخارد
زکال از دود خصمش عود گرددکه مریخ از ذنب مسعود گردد
حیاتش با مسیحا همرکاب استصبوحش تا قیامت در حساب است
به آب و رنگ تیغش برده تفضیلچو نیلوفر هم از دجله هم از نیل
بههر حاجت که خلق آغاز کردهدلی دارد چو دریا؛ بازکرده
کس از دریای فضلش نیست محرومز درویش خزر تا منعم روم
پی موری است از کین تا به مِهرَشسر مویی است از سر تا سپهرش
هر آن موری که یابد بر درش بارسلیمانیش باید نوبتیدار
هر آن پشه که برخیزد ز راهشسر نمرود زیبد بارگاهش
ز ناف نکته نامش مشک ریزدچو سنبل خورد از آهو مشک خیزد
ز ادراکش عطارد خوشهچین استمگر خود نام خانش خوشه زین است
چو بر دریا زند تیغ پلالکبه ماهیگاو گوید کیف حالک
گر از نعلش هلال اندازه گیردفلک را حلقه در دروازه گیرد
ضمیرش کاروانسالار غیب استتوانا را ز دانایی چه عیب است
به مجلس گر می و ساقی نماندچو باقی ماند او باقی نماند
از آن عهده که در سر دارد این عهدبدین مهدی توان رستن از این مهد
اگر طوفان بادی سهمناک استسلیمانی چنین داری چه باک است
اگر خود مار ضحاکی زند نیشچو در خیل فریدونی میندیش
بر اهل روزگار از هر قرانینیامد بیستمکاری زمانی
ز خسف این قران ما را چه بیم استکه دارا دادگر داور رحیم است
قرانی را که با این داد باشدچو فال او مبارکباد باشد
جهان از درگهش طاقی کمینه استبر این طاق آسمان جام آبگینه است
بر آن اوج از چو ما گردی چه خیزد؟که ابر آنجا رسد آبش بریزد
بر آن درگه چو فرصت یابی ای بادبیار این خواجهتاش خویش را یاد
زمین بوسی کن از راه غلامیچنان گو کاین چنین گوید نظامی
که گر بودم ز خدمت دور یک چندنبودم فارغ از شغل خداوند
چو شد پرداخته در سِلک اوراقمسجل شد بنام شاه آفاق
چو دانستم که این جمشید ثانیکه بادش تا قیامت زندگانی
اگر برگ گلی بیند در این باغبنام شاه آفاقش کند داغ
مرا این رهنمونی بخت فرمودکه تا شه باشد از این بنده خشنود
شنیدستم که دولت پیشهای بودکه با یوسف رُخیش، اندیشهای بود
چنان در کار آن دلدار دل بستکه از تیمار کار خویشتن رست
چنان در دل نشاند آن دلستان راکه با جانش مسلسل کرد جان را
گرش صد باغ بخشیدندی از نورنبردی منت یک خوشه انگور
چو دادندی گلی بر دست یارشرخ از شادی شدی چون نوبهارش
به حکم آنکه یار او را چو جان بودمدام از شادی او شادمان بود
مراد شه که مقصود جهان استبه عینه با برادر هم چنان است
مباد این درج دولت را نوردیمیفتاد اندر این نوشاب گردی
جمالش باد دایم عالم افروزشبش معراج باد و روز نوروز
بقدر آنکه باد از زلف مشگینگهی هندوستان سازد گهی چین
همه ترکان چین بادند هندوشمباد از چینیان چینی بر ابروش
حسودش بستهٔ بند جهان بادچو گردد دوست بستش پرنیان باد
مطیعش را ز مِی پُر باد کشتیچو یاغی گشت بادش تیز دشتی
چنین نزلی که یابی پرمعانیشمبارکباد بر جان و جوانیش
Tez ol, ey səhərin gözəl nəsimi!Çatdı mehribanlıq, nəvaziş dəmi.
Ülkərə baş vuran şah məclisindəYeri öpüb, şaha təzim et sən də.
Yeddi ölkə şahı, var çox hünəri,Dinə və dövlətə verdi zəfəri.
Tacı Aydan yüksək o Qızıl ArslanQərbin pənahıdır, Şərqə hökmüran.
Qərb olsa da onun Mehditək yeri,Şərqdən də keçmişdir keşikçiləri.
Bir mum üstə vursa möhrünü əgər,Çindən xərac gələr, Rumdan cizyələr.
Gül rəng qılıncıyla, istəsə, həmənRus nəhri axıdar zəng çeşməsindən.
Allah yardımıyla silib qaranı,İstəsə ağardar o, Hindistanı.
Heyran qalıb şahın ədalətinə,Şimşəktək göründü, yox oldu fitnə.
Töhfə verdiyindən bulud kimi, bax,Qılıncından dünya olmuşdur parlaq.
Bulud səxavəti edərsə şüarYüz dəfə yaşarıb bir damcı salar.
Lakin onun əli yüz bir dəryadanGövhərlər çıxarıb verdiyi zaman
Dırnağının ucu belə yaş olmaz,Səxa dünyasında ondan baş olmaz.
Onun taxtı parlaq günəş adlanır,Ay göydə onunla hey qanadlanır.
Yeddi iqlim yetmiş olsaydı belə,Torpağı olmazsa, dönərdi yelə.
Zühəl onun qulu olmasa əgər,Nə qədər qocalsa göylərdən enər.
Baş qaldırsa əgər göyə düşmənlər,Yenə bu dərgahda torpağı öpər.
Çöldə aşıb-daşsa Araz nə qədər,Dəryaya çatanda tez sakitləşər.
Yüz dağ bağlasa da qoluna yağı.Qızılla bir tutmaq olmaz torpağı.
Ona bəxş edilən yaşıl qumaşdanDörd cəhətə ancaq kəmərdir çatan.
Bəxtinin biçdiyi gözəl xələtdənPapaqlıqdır yeddi ulduza yetən.
Dəmirdən olsa da bütün yağılar.Qılıncından qopan atəşdə yanar.
Qılıncından düşmən div kimi qaçar,Çünki məhv edilir qarşı duranlar.
Belə iti qılınc görəndə düşmənBoynunu qaşıyır təəccübündən.
Düşmən yansa onun odunda əgərTüstüsü yəqin ki, ud iyi verər.
Təəccüb deyildir, Mərrixin zənəbXoşbəxt olmasına olmuşdur səbəb.
Möhtac olanlara qapısı - dəniz.Məyus yola salmaz bir kəsi hərgiz.
Xəzər yoxsulları, Rum varlılarıLütfsüz görməmiş o hökmdarı.
Müşk ənbər saçar adı gələrkən,Ahu müşk verər sünbül yeyərkən.
Başından göylərə tük qədər yol var,Rəhmi qəzəbindən deyildir kənar.
Ağlından Ütarid sünbül topladı,Odur Sünbül qaldı evinin adı.
Qapısına gələn qarışqa, inan,Layiqdir qul olsun ona Süleyman.
Yolunun üstündə uçan bir milçəkNəmrudun başına layiqdir, gerçək.
Qılıncını çalsa dəryaya əgər,Öküz də balığa: "Necəsən?" deyər.
Atının nalına tay olsa qəmər,Qapısına halqa olar fələklər.
Könlü toplamışdır özündə qeybi.Biliyin gücüylə, söylə, nə eybi?!
Həyatı Məsihlə olmuş həmsöhbət,Səbuhi həşrədək qalan bu nemət.
Qılıncının rəngi bir nilufərdir,O, Nildən, Dəclədən təzədir, tərdir.
Məclisdə qalmasın nə mey, nə saqi,Yetər ki, o qalır məclisdə baqi.
Mehditək bu dövrün vur-harayındanOnun köməyilə xilas olarsan.
Əgər şiddətlənsə dəhşətli tufan,Nə qorxu, var ikən belə Süleyman!
Zöhhakın ilanı səni çalarsa,Nə qəm, Firiduntək köməkçin varsa!
Göydə tuş gələndə uğursuz ulduz,Zəmanə olmamış bir an qayğısız.
Uğursuz ulduzdan qorxmarıq bir an.Rəhmli, adildir böyük yaradan,
Ədalət önündə hər bəla - hədər,Yelə fal vurulub, yel kimi gedər.
Dünya - dərgahından kiçik bir tağdır,Asiman da ona büllur əyaqdır.
Bizim kimi tozdan ora nə çıxar?Bulud çatsa ora, xəcalət qalar.
Ora yol tapanda, ey külək, dərhalSən bu Nizamini bir yadına sal!
Dayan səcdəsində bir kölə kimi,Xəbər ver ki, belə deyir Nizami:
Olsam da xidmətdən bir müddət uzaq,Daima sizinlə məşğulam ancaq.
Bu işi görməkçün şah dərgahından"Başla" deyə mənə verildi fərman.
Bir töhfə yaratdım qeybdən, yəqin,Onu oxumaqla ağıl yüksəlsin.
Mən də razılaşıb qıldım itaət,Dedim: can verərəm, getsin məlamət.
Elə ki, dürr ilə bəzəndi dəftər,Şahımın adına xətm oldu əsər.
İkinci Cəmşiddir, bilirəm bunu,Dedim: həşrə qədər yaşasın onu!
Bircə gül yarpağı varsa bu bağda,Olsun şah adına o da budaqda.
Mənə bəxtim olmuş bir yol göstərən,Şahım razı qalsın deyirəm məndən.
Bir Yusif üzlünü eşitdim ki, mənBir varlı sevərmiş təmiz ürəkdən.
O qədər vurğundu ona bu adam,İşini, gücünü atmışdı tamam.
O qədər sevmişdi o can alanı,Az qala birləşsin onunla canı.
Bu aşiqə nurdan yüz bağ versələr,Bir salxım üzüm də dərməyib gedər.
Bir çiçək versələr sevgilisinə,O, sevinib dönər baharlı günə.
Dilbərlə çırpınar ruhu bir canda,Bu da şad olardı, o şadlananda.
Öz qardaşı ilə şah da həmişəBu sayaq rəftarı etmişdir peşə.
Bu dövlət mənbəyi heç qurtarmasın,Belə mehribanlıq sona varmasın!
Camalı aləmə nurdan qoysun tac,Gündüzü bir novruz, gecəsi - merac.
Küləklər oxşayıb sığal verməkçünSaçını gah edər Hindistan, gah Çin.
Qulu olsun Çində gəzən gözəllər,Çinlidən gəlməsin ona qəm, kədər.
Ona həsəd çəkən yerlərə batsın,Düşməni dost olsa, xoş günə çatsın.
Dostlarla kef çəksin o hər bir zaman,Dostu xain çıxsa, məhv etsin tufan.
Canı sağlam olsun, həyatı çox şən,Sarayı da olsun ətirli gülşən.
Mənalarla dolu gözəl bu töhfə,Uğurlar gətirsin ona hər dəfə.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-10
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey vüsal gecəsinin ən möhtəşəm heykəli,Ey səhər bayrağından daha yüngül, kölgəli!
Sirlər xəzinəsi, fəsil 37Tutularaq bəlaya bir zahid darda qaldı,Meyxanələr küncündə özünə məskən saldı.
Sirlər xəzinəsi, fəsil 38Yetməzmi dövr etməyin, bir az yavaş, ey fələkDe, sakit duracaqsan, ey yer, sən nə vaxtadək?
Sirlər xəzinəsi, fəsil 39Bir gün yoldan keçərkən dünyanı gəzən İsa,Bir bazarın başında dayandı birdən İsa,
Başqa şairlərin şeirləri
Bəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədirEylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir?Talibi-bəzmi-vüsaləm, bilmənəm dünya nədir?