Sirlər xəzinəsi, fəsil 38
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
ای فلک آهستهتر این دور چند؟وی زمی آسودهتر این جور چند؟
Yetməzmi dövr etməyin, bir az yavaş, ey fələkDe, sakit duracaqsan, ey yer, sən nə vaxtadək?
از پس هر شامگهی چاشتیستآخرِ برداشت فرو داشتیست
Hər gecənin axırı çıxar parlaq səhərə,Hər bir götürülən şey qoyulmalıdır yerə.
در طبقات زمی افکنده بیمزلزلةِ الساعةُ شَيئٌ عظیم
O qorxulu hadisə — qiyamət zəlzələsi,Bu yerin qatlarına salmış qorxu lərzəsi.
شیفتن خاک سیاست نمودحلقه زنجیر فلک را بسود
Cəza verən torpağın belə dəli olması,Fələkin zəncirini qırdı, töküldü pası.
باد تن شیفته درهم شکستشیفته زنجیر فراهم گسست
Yel divanə bədəni əzib etdi zədəli,Əlbəttə zəncir qırar, zəncir parçalar dəli.
با که گرو بست زمین کز میانباز گشاید کمر آسمان؟
Yer kiminlə sözləşib bağlamış əhdi-peymanKi, göyün toqqasını belindən açsın haman?!
شام ز رنگ و سحر از بوی رَستچرخ ز چوگان، زمی از گوی جَست
Artıq nə gecə işıq, nə səhər ətir saçdı,Göy çovkandan qurtuldu, yerdəki kosdan qaçdı.
خاک درِ چرخِ برین میزندچرخ میانبسته کمین میزند
Döyür bu uca çarxın qapısını bu torpaq,Fələk pusur torpağı belini bağlayaraq.
حادثهٔ چرخ کمین برگشادیک به یک اندام زمین برگشاد
Bu çarxın hadisəsi çıxıb pusqu yerindənBu yerin bədənini ayırdı bir-birindən.
پیرِ فلک خرقه بخواهد دریدمُهره گِل رشته بخواهد برید
Yırtaraq paltarını yenə qartımış fələkÖz sapını qıracaq palçıq möhrə yer gerçək:
چرخ به زیر آید و یکتا شودچرخزنان خاک به بالا شود
Çarx aşağı enərək yerlə qucaqlaşacaq,Fırlanaraq yuxarı qalxacaqdır bu torpaq.
رسته شود هر دو سر از درد ماپاک شود هر دو ره از گرد ما
Hər iki baş tapacaq dərdlərimizdən aman,Hər iki yol olacaq təmiz qubarımızdan,
هم فلک از شغل تو ساکن شودهم زمی از مکر تو ایمن شود
Səninçin işləməkdən olacaq fələk azad,Hər halından qurtarıb görünəcək qəlbi şad.
شرم گرفت انجم و افلاک راچند پرستند کفی خاک را؟
Bu torpağa nə qədər sitayiş edəcəklər?Bundan təhqir olunur ulduzlar və mələklər.
مار صفت شد فلک حلقهوارخاک خورَد مار سرانجام کار
Halqaya bənzər fələk oldu bir ilansifət,Bəllidir ilan isə torpaq yeyər nəhayət.
ای جگر ِخاک بهخون از شماکیست در این خاک برون از شما؟
Siz, ey yerin bağrını qan eləyən insanlarDeyiniz sizdən başqa bu torpaqda kimlər var?
خاک در این خنبرهٔ غم چراست؟رنگ خُمش ازرق ماتم چراست؟
Qəm küpünün içində neçin birləşib torpaq,Onun küpünün rəngi nədən mavidir ancaq?
گر نتوانید کمین ساختناین گِل ازین خم به در انداختن
Yoxsa sizdə pusquda sayıq durmaq qılığı,Çıxara bilməsəniz bu küpdən bu palçığı,
دامن ازین خنبرهٔ دودناکپاک بشویید به هفت آب و خاک
Onda ətəyinizi bu tüstülü küpdən sizYeddi suyla, torpaqla yaxşı yuyun — tər-təmiz.
خرقهٔ انجُم ز فلک برکشیدخطِ خرابی به جهان درکشید
Çıxarın ulduzların paltarını fələkdən,Dünyaya xarabalıq xətti çəkin ürəkdən.
بر سرِ خاک از فلکِ تیزگشتواقعهٔ تیز بخواهد گذشت
Sür’ətlə dövr eləyən fələk tərəfindənsə,Gələcəkdir bu yerin başına hər hadisə.
تعبیهای را که درو کارهاستجنبش افلاک نمودارهاست
Çox mə’nalı görünən bütün bu hadisələr,Fələklərin işindən hərəkətindən törər.
سر بجهد چونکه بخواهد شکستوین جهش امروز درین خاک هست
Mə’lumdur baş əsdimi, səlamət qalmaz, sınar,Belə bir tərpəniş də bu gün bu torpaqda var.
دشمن تست این صدفِ مشکرنگدیده پر از گوهر و دل پر نهنگ
Mişk rəngli sədəf sənə düşməndir, qorxuludur,Gözü gövhərlə, qəlbi nəhənglərlə doludur.
این نه صدف، گوهر دریایی استوین نه گهر، معدن بینایی است
Bu dəryalarda olan sədəf ki, gövhər deyil,Bu gövhər görücülük mə’dənidir, yaxşı bil.
هر که در او دید دماغش فسرددیده چو افعی به زمرد سپرد
Kim ki, bu gövhərlərə uyaraq bir an baxdı,Zümrüd görən ilan tək gözləri söndü, axdı.
لاجرمش نور نظر هیچ نیستدیده هزار است و بصر هیچ نیست
Açıq göz və görən göz yoxdur demək, müxtəsər,Görməkdənsə məhrumdur min göz varsa da əgər.
راه عدم را نپسندیدهایزانکه به چشم دگران دیدهای
Yoxluq yolu — bu ölmək gəlmir sənin xoşuna,Özgələrin gözüylə baxırsan çünki ona.
پایت را درد سری میرسانره نتوان رفت به پای کسان
Sən gəl öz ayağına əziyyət ver, qulaq as,Özgənin ayağıyla əsla yol getmək olmaz.
گر به فلک برشود از زر و زورگور بود بهرهٔ بهرام گور
Qızılların güciylə göyə çıxsa da, birdir,Bəhrami-Gurun yeri nəhayətdə qəbirdir.
در نتوان بستن ازین کوی دربر نتوان کردن ازین بام سر
Bu küçə qapısını əsla bağlamaq olmaz,Çıxarılmaz baş çölə bu damdan kənar bir az.
باش درین خانهٔ زندانیانروزن و دربسته چو بحرانیان
Şiddət eyləyən kimi xəstəliyin böhranı,Qal məhbuslar evində, bağla qapı-bacanı:
چند حدیث فلک و یاد او؟خاک تهی بر سرِ پُر باد او
Yetər nağıl etdiyin fələkdən boş-boşuna,Boş torpaq olsun onun yellə dolu başına.
از فلک و راه مجرهاش مرنجکاهکشی را به یکی جو مسنج
Fələk mücirrəsindən əzabı salma yada,Saman çəkən bu fələk dəyməz bir arpaya da.
بر پَر از این گنبد دولاب رنگتا رهی از گردشِ پرگار تنگ
Bu hiyləkər fələkdən sıçramağa sən at can,Onun dar pərgarından bəlkə can qurtarasan.
وهم که باریکترین رشتهایستزین رهِ باریک خجل گشتهایست
Təsəvvür et ki, sapdan — daha nazikdir, inan,Acizdir bu fələkin sirrini anlamaqdan.
عاجزیِ وهم ِ خجلروی بینمویبهموی این ره ِ چون موی بین
Aciz qaldığı üçün xəcalət çəkir xəyal,Tük tək bu incə yolu öyrənmək qeydinə qal,
بر سر مویی سر مویی مگیرورنه برون آی چو موی از خمیر
Bir tükün ucu qədər tap özünə bir dayaq,Yoxsa xəmirdən çıxan tük tək olarsan ancaq.
چون به ازین مایه به دست آوریبد بود اینجا که نشست آوری
Əlinə gələr deyə bəlkə yaxşı bir maya,Tədarük et köçməyə, bel bağlama dünyaya.
پشتهٔ این گِل چو وفادار نیستروی بدو مصلحت کار نیست
Bir yığımlıq palçıqdır dünya, vəfası yoxdur.Ondan çevir üzünü zərrə səfası yoxdur,
هر کُلَهی جایِ سر افکندگیستهر کمر آلودهٔ صد بندگیست
Xəcillik səbəbidir başa qoyulan papaq,Yüz xidmət etməkçindir beldəki o kəmər, bax!
هر هنری طعنهٔ شهری دروهر شکری زحمت زهری درو
Hər hünər sahibinə tə’n eyləyər bir şəhər,Zəhmət acısı dadar ağızlarda hər şəkər.—
آتش صبحی که در این مطبخ استنیم شراری ز تف دوزخ است
Bax səhərin oduna, günəşinə dünyada,Cəhənnəm istisindən bir qığılcımdır o da.
مه که چراغ فلکی شد تنشهست ز دریوزه خور روغنش
Ay hesab edilsə də fələkçin yanan çıraq,Lakin onun özü də günəşdən istəyir yağ.
ابر که جانداروی پژمردگیستهم قدری بلغم افسردگیست
Bulut ki, hər solmuşa can verərək dirildir,Donmuş bəlğəmdir o da bunu aləmə bildir.
آب که آسایش جانها در اوستکشتی داند چه زیانها در اوست
Su ki, hər canlı şeydən yoxaldır dərdi, qəmi,Onun da ziyanını çox gözəl bilir gəmi.
خانهٔ پُرعیب شد این کارگاهخود نکنی هیچ به عیبش نگاه!
Bu dünya eyiblərlə dolu bir evkən, nədənOnun eyiblərinə salmayırsan nəzər sən?
چشم فرو بستهای از عیب خویشعیب کسان را شده آیینه پیش
Görməyib öz gözündə tiri, yaxşı nəzər qıl,Nədəndir axtarırsan özgənin gözündə qıl.
عیبنمایی مکن آیینهوارتا نشوی از نفَسی عیبدار
Ayna kimi hər eybi, yetər, göstərmə əbəs,Yoxsa ləkələr səni öz eybilə bir nəfəs.
یا بهدر افکن هنر از جیب خویشیا بشکن آینهٔ عیب خویش
Ya hünəri yerə tök, öz batinindən çıxart,Ya da ki, öz eybinin güzgüsünü qırıb at,
دیده ز عیب دگران کن فرازصورتِ خود بین و درو عیب ساز
Özgələrin eybinə baxma, qaldır gözünü,Yetir nəzər özünə, eyibli say özünü.
در همه چیزی هنر و عیب هستعیب مبین تا هنر آری به دست
Hər şeydə bir eyib var, hər şeydə bir hünər var,Gözünü yum eyibə, özünə hünər axtar.
مینتوان یافت به شب در چراغدر قفس روز توان دید زاغ
Görmək mümkün olarmı gecəni varkən çıraq?Gündüzün qəfəsində olmaz qarğanı tapmaq.
در پر طاووس که زر پیکر استسرزنشِ پای کجا درخوَر است؟
Tavus quşunun bütün zərli ikən üst-başı,Layiqmi ayağına vurulsun tə’nə daşı?
زاغ که او را همه تن شد سیاهدیده سپید است در او کن نگاه
Qarasa da bədəni qarğanın başdan-başa,Gözləri isə ağdır, sən ona et tamaşa.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sirler-xezinesi-38
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O sultan şövkətli şəfəq sökərkən,Dağa dalğa vurdu Çin dənizindən.
Şərəfnamə, fəsil 52Elə ki, ucaltdı günəş boynunu,Zülmətdən yudu bu çərxin donunu,
Şərəfnamə, fəsil 53Firuzə rəngli tağ ertəsi günüDağ-daşdan ucaltdı yaqut güzgünü.
Şərəfnamə, fəsil 54Bir gün bu qoca çərx dövran edərkən,Bir gövhər çıxardı qır dənizindən.
Başqa şairlərin şeirləri · Fələk və tale
Şuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir
Könül bulanmaz imiş etibar olan yerdəKönül bulanmaz imiş etibar olan yerdə,Qışın nə aləmi varmış bahar olan yerdə.
HasınaEşq əlindən cavan ömrüm solubdu,İndən sonra heyifinim hasına.
Qübari-rahini, ey mehr, tutiya eləməTutub bərabər onu xak ilə, fəna eləmə!