Sirlər xəzinəsi, fəsil 36
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
ای ز شب وصل گرانمایهتروز عَلَم صبح سبک سایهتر
سایهصفت چند نشینی به غم؟خیز که بر پای نکوتر علَم
چون مَلِکان عزمِ شد آمد کنندنَقلِ بُنِه پیشتر از خود کنند
گر ملکی، عزم ره آغاز کنزین به نوا تر سفری ساز کن
پیشتر از خود بُنِه بیرون فرستتوشهٔ فردای خود اکنون فرست
خانهٔ زنبور پر از انگبیناز پی آن است که شد پیشبین
مور که مردانه صفی میکشداز پی فردا علفی میکشد
هر که جهان خواهد کهآسان خوردتابسِتان برگِ زمستان خوَرد
جز من و تو هرکه در این طاعتاندصیرفی گوهر یک ساعتاند
همّت کس عاقبتاندیش نیستبینش کس تا نفسی بیش نیست
منزل ما کز فلکش بیشی استمنزلتِ عاقبتاندیشی است
نیست به هر نوع که بینم بسیعاقبتاندیشتر از ما کسی
کامهٔ وقت ارچه ز جان خوشتر استعاقبتاندیشی ازآن خوشتر است
ما که ز صاحبخبرانِ دلیمگوهرییم ار چه ز کانِ گِلیم
ز آمدنی آمده ما را اثروز شدنیها شده صاحبنظر
خوانده به جانریزهٔ اندیشناکابجد نُه مکتب ازین لوحِ خاک
کس نه بدین داغ، تو بودی و مننوبر این باغ تو بودی و من
خاک تو آن روز که میبیختنداز پی معجون دل آمیختند
خاک تو آمیختهٔ رنجهاستدر دل این خاک بسی گنجهاست
قیمت این خاک به واجب شناسخاکسپاسی بکن ای ناسپاس
منزل خود بین که کدامست راهوآمدن و رفتن از این جایگاه
زآمدن این سفرت رای چیستباز شدن حکمت از اینجای چیست
اول کاین ملک به نامت نبودوین ده ویرانه مقامت نبود
فرّ همای حَمَلی داشتیاوج هوای ازلی داشتی
گرچه پر عشق تو غایت نداشتراه ابد نیز نهایت نداشت
مانده شدی، قصد زمین ساختیسایه بر این آب و گل انداختی
باز چو تنگ آیی ازین تنگنایدامن خورشید کشی زیر پای
گرچه مجرد شوی از هر کسیبر سر آن نیز نمانی بسی
جز به تردد سر و کاریت نیستبر سر یک رشته قراریت نیست
مفلس بخشنده تویی گاهِ جودتازهٔ دیرینه تویی در وجود
بگذر از این مادر فرزندکشآنچه پدر گفت بدان دار هش
در پدر خود نگر ای سادهمردسنّت او گیر و نگر تا چه کرد
منتظر راحت نتوان نشستکان به چنین عمر نیاید بهدست
گر نفسی طبع نواز آمدیعمرِ به بازیشده باز آمدی
غم خور و بنگر ز کدامین گلیشاد نشسته به کدامین دلی
آنکه بدو گفت فلک شاد باشآن نه منم وآن نه تو، آزاد باش
ما ز پی رنج پدید آمدیمنهز جهت گفت و شنید آمدیم
تا ستد و داد جهانی که هستراست نداریم به جانی که هست
زآمدنت رنگ چرا چون می استکهآمدنی را شدنی در پی است
تا کی و تا کی بود این روزگاروآمدن و رفتن بیاختیار
شک نه در آن شد که عدم هیچ نیستشک به وجود است که هم هیچ نیست
تیز مپر چون به درنگ آمدیزود مرو دیر به چنگ آمدی
وقت بیاید که روا رو زنندسکهٔ ما بر درمی نو زنند
تازه کنند این گِل افکنده راباز هم آرند پراکنده را
ای که از امروز نهای شرمسارآخر از آن روز یکی شرم دار
اینهمه محنت که فراپیش ماستاینْت صبو را که دل ریش ماست
مرکب این بادیه دین است و بسچارهٔ این کار همین است و بس
سختی ره بین و مشو سسترانسست گمانی مکن ای سختجان
آینهٔ جهد فرا پیش داردرنگر و پاس رخ خویش دار
عذر ز خود دار و قبول از خدایجمله ز تسلیم قَدَر در میای
Ey vüsal gecəsinin ən möhtəşəm heykəli,Ey səhər bayrağından daha yüngül, kölgəli!
Kölgə kimi qəmdəsən, dərdin başından aşır,Dur ki bayrağa ancaq dalğalanmaq yaraşır.
Padşahların fikrinə düşən zaman bir səfər,Binəni özlərindən çox qabaq köçürərlər.
Padşahsansa əgər, dur, tez ol, getməyə başla,Daha böyük səfərə hazırlaş canla-başla.
Yubanma, bu dünyadan köçməyini düşün sən,Sabahkı azuqəni yola götür bu gün sən.
O səbəbə arının xanəsi balla dolduKi, gözləri olduqca uzağı görən oldu.
Görürsənmi? Əlləşir dəstə-dəstə qarışqaGözündə başqa şey yox sabahkı gündən başqa.
Qafil adəm övladı kor deyildirsə, gerçək,Arıdan, qarışqadan ibrət götürsün gərək.
Dünyanı asanlıqla yemək istəyən adamYayda azuqə yığıb, qışda yeyər, vəssəlam.
Səndən və məndən özgə itaətdə olanlarBir saatlıq gövhərin sərrafıdırlar ki, var.
Axirət düşünməkdə heç kimsə ayıq deyil,Heç kimsənin görüşü bir andan artıq deyil,
Tanrının fələkindən artıq olan yuvamızAqibəti düşünmək mərtəbəsidir yalnız.
Baxıram göz yetirib hər tərəfə xeyli mən,Görmürəm aqibəti bizdən artıq düşünən.
Nə qədər dadlıdırsa ömr edib kamə yetmək,Ondan şirin sayılır axirəti fikr etmək.
Biz könül arifləri vaqifik hər xəbərə,Torpaqdan olsaq belə, mənsubuq min gövhərə.
Gələcəkdən bizlərə gəlmiş mə’lumat, əsər,Bizlər keçmişlərdən də almışıq doğru xəbər.
Bu yer lövhündən doqquz məktəbin əbcədiniOxuyub düşünmüşük, yox bu işin çətini.
Heç kəsə vurulmamış bizlərə vurulan dağ,Bir səni, bir də məni nubar yetirdi bu bağ.
O gün ki torpağını zəhmətlə ələdilər,Bunu ürəyə mə’cun etməkçün elədilər.
Bir çox əziyyət ilə yoğrulmuşdur torpağın,Bir çox xəzinə vardır içində bu torpağın.
Bu torpağın qədrini bilərək gətir dilə,Yetər naşükürlüyün, bu torpağa şükr elə.
Nəzər sal, gör hansıdır gedəcəyin o mənzil,Bu gəlib getməyinin yolunu öyrənib bil.
Öyrən ki, bu səfərə gəlməkdə məqsəd nədir?Nədir mə’na dönməkdə, ondakı hikmət nədir?
O zaman ki, sən hələ gəlməmişdin cahana,Ondakı yurdun, yuvan deyildi bu virana,
Onda səndə bir mələk, hüma şövkəti vardı,Könül havalanaraq, göylərə ucalardı.
Onda sənin eşqinin yox idi nəhayəti,Yol eylərkən özünə sonsuz əbədiyyəti
Uçdun-uçdun, yoruldun, enib bu yerdə qaldın,Bu suyun bu palçığın üstünə kölgə saldın.
Tez çəkərsən—bu dünya dar görünəndə sana—Günəşin ətəyini ayağının altına.
Hər kəsdən ayrı, təkcə yaşaya bilsən də sən,Yenə də əsla qərar tapmayıb köçəcəksən.
Varlığın tərəddüdlər içindədir bu gün də,Bəlli, dura bilməzsən sən bir ipin üstündə.
Səxavət və kəramət sahibi yenə sənsən,Bu varlıq aləmində təzə sən, köhnə sənsən.
Sən bu oğul öldürən anadan gəl uzaq qaç,Atanın dediyinə qulaq asıb, qucaq aç.
Yetər, ey sadə kişi, ayıl, bir atana bax,Onun yoluyla yeri, onun kimi get ancaq.
Rahatlığı gözləyib oturmaq dinclik deyil,O, belə ömür ilə ələ gəlməz düşün, bil.
İnsan istədiyi tək ala bilsəydi nəfəs,Bəlkə o zaman ona bu ömür olardı bəs.
Gününü qəmlə keçir, gör hansı palçıqdansan,Söylə, nəyinə şadsan bu ürəklə hər zaman?
O adama ki, fələk: „Şad ol“ söylədi bol-bol,Həmin adam nə mənəm, nə də sən, arxayın ol.
Biz dünyaya gəlmişik, işləyək, zəhmət çəkək,Gəlmədik—deyib gülək, gəldik əziyyət çəkək.
And olsun var cana ki, doğru baxmırıq yenəBu dünyanın etdiyi alış-verişlərinə.
Bu gəlişlə nə üçün qızardın şərab kimi,Bu gəlişlə bərabər getmək gözlər hər kimi.
Heyhat! Nə vaxtadək duracaq bu ruzigar,Bu ixtiyarsız gəlib-getmək tutacaq qərar?
Şəkk onda deyildir ki, yoxluqda yoxdur həyat,Şəkk o varlıqdadır ki, o da heç yoxdur, heyhat!
İti uçma, yavaş uç, dünyaya belə gəldin,Tez getmə, artıq, çünki, sən çox gec ələ gəldin.
Bir gün başlar gethaket, çəkib aparar bizi,Yeni bir dirəməysə vurarlar sikkəmizi.
Bu atılmış palçığa qatarlar təzə maya!Bütün dağılanları yığarlar bir araya.
Ey bu gündən utanıb qızarmaq bilməz insan,Bu gündən utanmazsan, barı o gündən utan!
Bir bu qədər ki, möhnət bizi incidir, didir,Buna dözən, səbr edən yaralı qəlbimizdir.
Bu səhranınsa dindir ancaq miniyi, atı,Hər işin çarəsilə bağlıdır onun adı,
Bu yolu iti gedib boşaltma dizlərini,Ey canı bərk, sustalma, qorxutma gözlərini.
Götürüb tut üzünə zəhmətin aynasını,Ona baxaraq qoru eşqinin dünyasını.
Üzrü özündən istə, qəbulunu allahdan,Qəzaya təslim olma, sə’yinlə iş gör hər an.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sirler-xezinesi-36
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Allahın mədhini edib ifadə,Ərəstu yazmışdı rəhbərnamədə:
İqbalnamə, fəsil 31Oyanıb qalxanda günəş yuxudanMüşkə kufur səpdi sanki asiman.
İqbalnamə, fəsil 32Üç gün ötüb keçdi, yenə asimanRum-zənci oyunu oynayan zaman
İqbalnamə, fəsil 33Yuxudan duraraq bir səhər erkən,Üzümü günəştək alışdırdım mən.
Başqa şairlərin şeirləri
Badi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tuturAləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur
Sən ki yoxsanSən ki yoxsan bu geniş dünyada,Mənə dünya görünür röyada.
Təcnis: Ey sevdiyim, məni astanəndənEy sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü Qarabağ