İqbalnamə, fəsil 32
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
سوم روز کین طاق بازیچه رنگبرآورد بازیچه روم و زنگ
Üç gün ötüb keçdi, yenə asimanRum-zənci oyunu oynayan zaman
به سقراط فرمود دانای رومکه مهری ز خاتم درآرد به موم
İskəndər buyurdu qoca SokrataVursun üzüyündən muma möhr o da,
نویسد خردنامهٔ ارجمندز هر نوع دانش ز هر گونه پند
Yazsın bir qiymətli nəsihətnamə,Mənası nur saçsın bütün aləmə.
خردمند روی از پذیرش نتافتبه غواصی در به دریا شتافت
Alim əməl etdi uca fərmana,Dürlər çıxarmaqçün daldı ümmana.
چنین راند بر کاغذ سیم سایسواد سخن را به فرهنگ و رای
Gümüştək kağıza qara xətt iləZəkanın hökmünü nəqş etdi belə:
که فهرست هر نقش را نقشبندبنام خدا سربرآرد بلند
"Nəqqaş hansı nəqşə başlasa, gərəkAllahın adına vursun ilk bəzək.
جهان آفرین ایزد کارسازکه دارد بدو آفرینش نیاز
Hamıya köməkdir böyük yaradan,Onun möhtacıdır bütün bu cahan."
پس از نام یزدان گیتی پناهطراز سخن بست بر نام شاه
Allahın mədhini yetirib sona,Bağladı sözünü şahın adına:
که شاها درین چاه تمثال پوشمشو جز به فرمان فرهنگ و هوش
"Ey şah, bu örtülü quyuya, gəl, sənGirmə əqlin, huşun əmr vermədən.
ترا کز بسی گوهر آمیختندنه از بهر بازی برانگیختند
Sən ki, bol gövhərdən yoğurulubsan.Həyat oyuncaqtək gəlməsin asan!
پلنگست در ره نهان گفتمتدلیری مکن هان وهان گفتمت
Bu başdan edirəm səni xəbərdar,Gücünə güvənmə, yolda pələng var!
به هر جا که باشی ز پیکار و سورمباش از رفیقی سزاوار دور
Döyüşdə, şənlikdə, - hər yerdə olsan,Heç zaman ayrılma yaxşı dostlardan.
چو در بزم شادی نشست آوریبه ار یار خندان به دست آوری
Əyləncə, eyş-işrət bəzminə düşsən,İşvəli bir dilbər seç özünə sən.
مکن در رخ هیچ غمگین نگاهکه تا بر تو شادی نگردد تباه
Məclisdə qüssədən, qəmdən uzaq ol,Həmişə kefi kök, damağı çağ ol.
چو روز سیاست دهی بار عاممیفکن نظر بر حریفان خام
Siyasət məclisi qurulsa fəqət,Orda hər yetənə sən vermə fürsət.
نباید کزان لهو گستاخ کنرود با تو گستاخیی در سخن
Yanında hərzə söz danışmasınlar,Səni də hörmətdən salmasın onlar.
چو دریا مکن خو به تنها خوریکه تلخست هرچ آن چو دریا خوری
Yeməyi heç yemə dəniz kimi tək,Yediyin olmasın acı, dəniztək.
به هر کس بده بهره چون آب جویکه تا پیش میرت شود هر سبوی
Bulaq ol, çox olsun gəlib içənin,Dursun qulluğunda kuzələr sənin!
طعامی که در خانه داری به بندبه هفتاد خانه رسد بوی گند
Xörəyi evində gizlətsən, əlbət,Ondan yetmiş evi basar üfunət.
چو از خانه بیرون فرستی به کویدر و درگهت را کند مشگبوی
Vaxtında evindən çıxarsan əgər,Qapına müşktək ətir səpilər.
بنفشه چو در گل بود ناشکفتعفونت بود بوی او در نهفت
Nə qədər açmayıb hələ bənövşə,Qönçəsi pis qoxu verər həmişə.
سر زلف را چون درآرد به گوشکند خاک را باد عنبر فروش
Saçları açılıb dağılan zamanMüşk-ənbər qoxusu yayılar ondan.
حریصی مکن کاین سرای تو نیستوزو جز یکی نان برای تو نیست
Acgöz olma, sənin deyil bu saray,Yalnız bir çörəkdir alacağın pay.
به یک قرصه قانع شو از خاک و آبنئی بهتر آخر تو از آفتاب
Tək bircə fətirə gəl qane ol sən,Düşün, günəşdən ki, artıq deyilsən.
خدائیست روی از خورش تافتنکه در گاو و خر شاید این یافتن
Allahlıq edərsən nəfsi saxlasan,Acgözdür öküzlə eşşək hər zaman.
کسی کو شکم بنده شد چون ستورستوری برون آید از ناف گور
Kimin km, yeməkdə heyvan nəfsi var.Heyvan sifətində qəbirdən çıxar.
چو آید قیامت ترازو به دستز گاوی به خر بایدش بر نشست
Qiyamət gələndə, əldə tərəzi,Öküztək, eşşəktək baxar hərəsi.
زکم خوارگی کم شود رنج مردنه بسیار ماند آنکه بسیار خورد
İnsan sağlam olar az-az yeməkdən,Uzun ömr eləməz əsla çoxyeyən.
همیشه لب مرد بسیار خواردر آروغ بد باشد از ناگوار
Həddindən ziyadə yesə bir insan,Gəyirər, pis qoxu gələr ağzından.
چو شیران به اندک خوری خوی گیرکه بد دل بود گاو بسیار شیر
Aslantək sən də az yeməyə alış,Çünki qorxaq olar çox yeyən camış.
خر کاهلان را که دم میکشنداز آنست کابی به خم میکشند
Dartıb sürüyərlər tənbəl eşşəyi,Çünki ölçüsüzdür yeyib içməyi.
به قطره ستان آب دریا چو میغبه هنگام دادن بده بیدریغ
Buludtək damcıyla su al dənizdən,Verəndə bol-bol ver, səxavətlə sən.
همان مشک سقا که پر میشوداز افشاندن آب پر میشود
Suçu tuluğundan tez-tez su paylar,Tuluq gah boşalar, gah da ki, dolar.
چنان خورتر و خشک این خورد گاهکه اندازهٔ طبع داری نگاه
Yağlıdan, yavandan elə ye ki, sənOnu asanlıqla həzmə verəsən.
ببخش و بخور بازمان اندکیکه بر جای خویشست ازین هر یکی
Saxla əndazəni qədərlə, sayla,Bir az ye, bir az yığ, bir az da payla!
چو دادی و خوردی و ماندی بجایجهان را توئی بهترین کدخدای
Bu cür yeyib, yığıb paylasan əgər,Sənə bu dünyada xoşbəxt deyərlər.
زهر طعمهای خوشگواریش بینحلاوت مبین سازگاریش بین
Yeməkdə əsasdır cana nuş olmaq,Onun dadına yox, faydasına bax!
چو با سرکه سازی مشو شیر خوارکه با شیر سرکه بود ناگوار
Sirkəni yeyəndə süddən et həzər,Sirkəylə süd içmək azar törədər.
مده تن به آسانی و لهو و نازسفر بین و اسباب رفتن بساز
Uyma eyş-işrətə həddindən artıq,Yola tədarük gör, bir səfərə çıx!..
به کار اندر آی این چه پژمردگیستکه پایان بیکاری افسردگیست
Bu nə tənbəllikdir? Giriş bir işə,Bekarlıq insanı sıxar həmişə!
به دست کسان کان گوهر مکناگر زندهای دست و پائی بزن
Özgənin əliylə qazdırma mədən,Özün bir əl tərpət, əgər dirisən.
ترا دست و پای آن پرستشگرندکه تا نگذری از تو در نگذرند
Əl-ayaq qulundur, işlətsən, yəqin,Çıxmazlar heç zaman əmrindən sənin.
پرستندگان گرچه داری هزارپرستشگران را میفکن ز کار
Minlərlə xidmətçin olsa da, hökmən,Özün əl-qolunu heç qoyma işdən.
چو تو خدمت پای و نیروی دستحوالت کنی سوی پائین پرست
Sənin əl-ayağın səlamətdirsə,Onların işini xadimlər görsə,
چو پائین پرستت نماند بجاینه آنگه بمانی تو بیدست وپای
Bunlar da əlindən çıxsa bir zaman,Sən əlsiz, ayaqsız qalmış olarsan!
چو یابی پرستندهای نغز گویازوبیش از آن مهربانی مجوی
Şirinsə birinin dili, söhbəti,Başqa şey istəmə, bəsdir ülfəti!
پرستار بد مهر شیرین زبانبه از بدخوئی کو بود مهربان
Köməyi dəyməyən şirindil insanYaxşıdır acıdil əltutanlardan.
به گفتار خوش مهر شاید نمودزبان ناخوش و مهربانی چه سود
Daim şirin dillə yaxşılıq elə,Nə fayda eləsən acı dil ilə?
سخن تا توانی به آزرم گویکه تا مستمع گردد آزرم جوی
Həyalı söz danış, öyrənib səndənHəyalı danışsın səni dinləyən.
سخن گفتن نرم فرزانگیستدرشتی نمودن زدیوانگیست
Ağıllı bir işdir yumşaq danışmaq,Kobudluq axmağa yaraşar ancaq!
سخن را که گوینده بد گو بودنه نیکو بود گرچه نیکو بود
Söz özü nə qədər gözəl olsa da,Onu gözəllikdən salar pis əda!
ز گفتار بد به بود فرمشیپشیمان نگردد کس از خامشی
Sükut çox yaxşıdır pis danışmaqdan,Sükutdan olmayıb heç kəs peşiman.
ز شغلی کزو شرمساری رسدبه صاحب عمل رنج و خواری رسد
Hər kim qol qoyarsa nalayiq işə,Dünyada xar olar özü həmişə.
ز هرچ آن نیابی شکیبنده باشبه امید خود را فریبنده باش
Bir şeyi tapmasan, çalış, səbr elə,Aldat sən özünü bir ümid ilə!
امید خورش بهترست از خورشبه وعده بود زیره را پرورش
Yeməkdən yaxşıdır ümid min kərə,Ümidlə, vədəylə bəslənər zirə.
نبینی که در گرمی آفتابحرامست برزیره جز زیره آب
Quraqlıq olanda, bilmirsən bunu,Zirəyə verərlər zirə suyunu?
چو زیره به آب دهن میشکیببه آب دهن زیره را میفریب
Zirə öz suyuyla yaşayar ancaq,Dolan qismətinlə sən də o sayaq.
گلی کز نم ابر خوابش بردچو باران به سیل آید آبش برد
Bulud çiskinindən yatarsa güllər,Yağış şiddətlənsə, aparar sellər.
ستمکارگان را مکن یاوریکه پرسند روزیت ازین داوری
Zalimə heç zaman eləmə kömək,Bir gün sorğu-sual günü gələcək!
به خون ریختن کمتر آور بسیجدر اندیش ازین کندهٔ پای پیچ
Çox da qoşun çəkib susama qana,Bu, bir kündə olar öz ayağına.
چه خواهی ز چندین سرانداختنبدین گوی تا کی گرو باختن
Bu qədər baş kəsib atmaqdan usan,Bu topla nə qədər oynayacaqsan?
بسا آب دیده که در میغ تستبسا خون که در گردن تیغ تست
Sənin buludunda çox göz yaşı var,Daim qılıncından nahaq qan axar.
نترسی که شمشیر گردن زنتبگیرد به خون کسی گردنت؟
Qorx ki, boyun vuran qılıncın bir günVurar öz boynunu nahaq qan üçün.
کژاوه چنان ران که تا یکدومیلنیندازدت ناقه در پای پیل
Elə sür kəcavə çəkən dəvəni,Filin ayağına salmasın səni.
ببین تا چه خون در جهان ریختیچه سرها به گردن در آویختی
Bir gör nə qədər qan tökübsən hədər,Başlar kəsdiribsən nahaq, nə qədər,
بسا مملکت را که کردی خرابچو پرسند چون دادخواهی جواب
Nə qədər ölkələr edibsən xərab,Sorsalar, nolacaq verdiyin cavab?
بدین راست ناید کزین سبز باغگلی چند را سردرآری به داغ
Güllərə dağ çəkmək olmasın peşən,Yetirməz onları bir də bu gülşən.
منه دل بر این سبز خنگ شموسکه هست اژدهائی به رخ چون عروس
Bu harın göy atdan daim et həzər,O bir əjdahadır, gəlinə bənzər.
دلی دارد از مهربانی تهیچه دل کز تنش نیست نیز آگهی
Qəlbi ülfətsizdir, köksü boşluqdur,Özünün özündən xəbəri yoxdur.
چو خاک از سکونت کمر بسته باششتابان فلک شد تو آهسته باش
Bağla torpaq kimi dinclik kəməri.Qoy fələk tələssin, sən asta yeri!
تو شاهی چو شاهین مشو تیز پربه آهستگی کوش چون شیر نر
Şahsan, şahin kimi iti uçma sən,Şiri-pər kimi ol, vüqarlı tərpən!
عنانکش دوان اسب اندیشه راکه در ره خسکهاست این بیشه را
İti düşüncənin cilovunu çək,Meşə yollarında çoxdur daş-kəsək.
به کاری که غم را دهی بستگیشتابندگی کن نه آهستگی
Dərdə əlac etmək istəsən əgər,Ləngiyib vaxtını eyləmə hədər.
چو با بیگنه رای جنگ آوریبه ار در میانه درنگ آوری
Günahsızla dava fikrinə düşsən,Səbr elə, bu işdə tələsmə heç sən.
بجز خونی و دزد آلوده دستببخشای بر هر گناهی که هست
Canini, oğrunu bağışlama heç,Başqa təqsirlərdən, günahlardan keç!
ز دونان نگهدار پرخاش رادلیری مده بر خود او باش را
Çəkin aşnalıqdan hər bir alçaqla,Onları özündən uzaqda saxla,
چو شه با رعیت به داور شودرعیت به شه بر دلاور شود
Şah əgər xalq ilə etsə ədavət,Ağ olar üzünə xalq da, nəhayət!
مشو نرم گفتار با زیر دستکه الماس از ارزیز گیرد شکست
Etmə tabəənlə çox yumşaq rəftar,Məlumdur almazı qalay sındırar.
گلیم کسان را مبر سر به زیرگلیم خود از پشم خود کن چو شیر
Heç salma altına özgə kilimi,Öz dərin üstündə yat aslan kimi!
کفن حله شد کرم بادامه راکه ابریشم از جان تند جامه را
Özündən özünə baramaqurduHəm kəfən toxudu, həm də ev qurdu.
ز پوشیدگان راز پوشیده داروزیشان سخن نانیوشنده دار
Məhrəm olmayandan gözlə özünü,Dinləmə onların əsla sözünü.
میاور به افسوس عمری بسرکه افسوس باشد بر افسوسگر
Ömrünü ah-vayla vermə sən bada,Acizlər ah-vayla yaşar dünyada.
سخن زین نمط گرچه دارم بسینگویم که به زین نگوید کسی
Bu cürə sözlərim çoxdur, ancaq mən,Demirəm: tapılmaz məndən çox bilən,
ترا کایت آسمانی بودازین بیش گفتن زیانی بود
Sən özün göylərdən ilham alansan,Bundan çox söyləsəm, gətirər ziyan.
گرم تیز شد تیغ برمن مگیرز تیزی بود تیغ را ناگزیر
Sözlərim itisə mənim qılınctək,İncimə, adətdir qılıncda kəsmək.
به تیغی چنین تیز بازوی شاهقوی باد هر جا که راند سپاه
Əlində bu iti qılınc ilə şahHara qoşun çəksə, basar inşallah!"
چو پرداخت زین درج درخامه راپذیرفت شاه آن خرد نامه را
Dürlə dolub sandıq tamamə yetdi,Bunu da bəyənib şah qəbul etdi.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-iqbalname-32
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məktubu oxuyan eylədi tamam,Coşdu, ildırımtək, od saçdı Bəhram.
Yeddi gözəl, fəsil 18Səhər qızıl taclı, sabah xeyli şən,Bir taxt yaratmışdı fil sümüyündən,
Yeddi gözəl, fəsil 19Bəhram sevdiyindən xeyirxahlığıUğurlu, mübarək oldu şahlığı.
Yeddi gözəl, fəsil 20Bəhram şah bir səhər çıxdı şikara,Üz qoydu çöllərə, uca dağlara.