بامدادان که صبح زرین تاجکرسی از زر نهاد و تخت از عاج

Səhər qızıl taclı, sabah xeyli şən,Bir taxt yaratmışdı fil sümüyündən,

کار‌دار‌ان و کار‌فرمایانهم قوی‌دست و هم قوی‌رایان

Rəy deyən, iş görən qolu güclülər,Amirlər, hakimlər, kimdə var hünər,

از عرب تا عجم سوار شدندسوی شیران کارزار شدند

Ərəblər, əcəmlər hey atlandılar,Şirlər meydanına qanadlandılar.

شیردار‌ان دو شیر مردم‌خواریله کردند بر نشانهٔ کار

Şirbanlar gətirdi şirləri gəldi,Açıb buraxdılar, meydan düzəldi.

شیر با شیر درهم افکندندگور‌ِ بهرام گور می‌کندند

Qızğın həmlə etdi şir üstünə şir,Qazılırdı sanki Bəhrama qəbir.

شیر‌دار‌ی از‌آن میانه دلیرتاج بنهاد در میان دو شیر

Şirlər arasına o şir saxlayanGətirib tac qoydu tamam qızıldan;

تاج زر در میان شیر سیاهچون به کام دو اژدها یک ماه

Arasında o tac qara şirlərinBir aydı ağzında iki əjdərin.

مه به آواز تشت رسته ز میغنه به تشت تهی‌، به تشت و به تیغ

Teştin səsiylə ay buluddan çıxar,Boş deyil, bu teştin qılıncı da var.

می‌زدند آن دو شیر کینه سگالبر زمین چون دو اژدها دنبال

Kinli şirlər dönüb qızğın əjdərə,Döyüb quyruğunu qəzəblə yerə,

یعنی این تاج زر ز ما که برَدغارت از شیر و اژدها که برد

Sanki deyirdilər: "Kim qarət eylər,Əjdərdən tac alar, şücaət eylər?"

آگهی‌شان نه ز آهنین جگر‌یشیرگیر‌ی و اژدها شکری

Dəmir ciyərlidən yox xəbərləriKi, şiri ovlayar, vurar əjdəri.

گرد بر گرد آن دو شیر عظیمکس یک آماج‌گه نگشت از بیم

İki ox mənzili cürət etmədi,Kimsə o şirlərə yaxın getmədi.

فتوی آن شد که شیر‌دل بهرامسوی شیران کند نخست خرام

Dedilər: "Edilsin bu şərtə əməl,Şirlərə yönəlsin Bəhram ilk əvvəl.

گر ستاند ز شیر تاج اوراستجام زرین و تخت عاج اوراست

Şirdən alsa tacı, şah olsun Bəhram,Onundur səltənət, bir də qızıl cam.

ورنه از تخت رای برداردروی بر سوی جای خویش آرد

Güvənməsə əgər Bəhram baxtına,Əlvida eyləsin İran taxtına".

شاه بهرام ازین قرار نگشتسوی شیر آمد از تنیزه دشت

Sanma şah qərardan imtina etdi,Şirlərin üstünə yönəldi, getdi.

در در و دشت هیچ پشته نبودکه بر‌آن پشته شیر کشته نبود

Bəhramın əliylə hər dağ, hər dərəMəzar kəsilmişdi azğın şirlərə.

سر صد شیر کنده بود ز یالبود عمرش هنوز بیست و دو سال

Bitirib iyirmi iki yaşını,Yüz şirin bədəndən üzmüş başını.

آنکه صد شیر ازو زبون باشداو زبون دو شیر چون باشد‌؟

Belə qalib çıxan yüz-yüz aslanaİki şir əlində batarmı qana?

در کمر چست کرد عطف قبادر دَم شیر شد چو باد صبا

Bəhram ətəyini sancdı belinə,Həmlə etdi dönüb sabah yelinə.

بانگ بر زد به تند شیران زودوز میان دو شیر تاج ربود

Nərəsi şirlərə vəlvələ saldı,Onların əlindən tac vurub aldı.

چونکه شیران دلیریش دیدندشیرگیری و شیری‌اش دیدند

Şirlər gördü şahın məharətini,Onun şirliyini, cəsarətini.

حمله بردند چون تنومند‌اندشنه در دست و تیغ در دندان

O bıçaq pəncəli, qızğın aslanlar,Dişləri qılıncdan, qoç pəhləvanlar

تا سر تاجور به چنگ آرندبر جهانگیر کار تنگ آرند

Vəhşi hücum çəkdi o tacidara,Dünya fatehini salmaqçın dara.

شه به تادیبشان چو رای افکندسر هردو به زیر پای افکند

Bəhramdan aslanlar yaxşı dərs aldı,Baş-başa çırparaq ayağa saldı.

پنجه‌شان پاره کرد و دندان خردسر و تاج از میان شیران برد

Pəncələr qırdı şah, diş əzdi tamam,Tacını, başını qurtardı Bəhram.

تاج بر سر نهاد و شد بر تختبختیاری چنین نماید بخت

Qoydu öz başına tacı bəxtiyar,Oldu, görün, ona necə baxtı yar.

بردن تاجش از میان دو شیرروبهان را ز تخت کرد به زیر

O qalib çıxdı o azğın şirlərəSaldı tülküləri taxtından yerə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə