دلا از روشنی شمعی برافروزز شمع آتش پرستیدن بیاموز

Ey könül, nur saçan bir şam yandır sən,Oda vurğun olma, şam ki deyilsən.

بیارا خاطر ار آتش‌پرستیاز آتش‌خانه خاطر نشستی

Oda sitayişlə qəlbini qırma,Qəlbin od evinə atəşlər vurma!

منِ خاکی کزین محراب هیچمچنو صد را به حکمت گوش پیچم

Torpaqdan yaranmış bir heçəm, ancaqHikmətdə bunlardan qoçağam, qoçaq!

بسی دارم سخن کان دل پذیردچه‌گویم چون کسم دامن نگیرد‌‌؟!

Ürəyimdə vardır bir dərin hikmət,Nə deyim, bir kəsdə görmürəm rəğbət.

منم دانسته در پرگار عالمبه تصریف و به نحو اسرار عالم

Aləmlərin sirri bu sinəmdədir,Dünya gərdişini məntək kim bilir?!

همه زیچ فلک جدول به جدولبه اسطرلاب حکمت کرده‌ام حل

Fələklər zicini cədvəlbəcədvəlFikrin üstürlabı eyləmişdir həll.

که پرسید از من اسرار فلک را ؟که معلومش نکردم یک به یک را

Fələyin sirrini kim sordu məndən,Açıb bircə-bircə danışmadım mən?

ز سر تا پای این دیرینه گلشنکنم گر گوش داری بر تو روشن

Qulağın eşitsin, danışım bir-bir,Başdan-başa deyim bu gülşən nədir.

از آن نقطه که خطش مختلف بودنخستین جنبشی کامد الف بود

Xətləri müxtəlif olan nöqtədənİlk gələn hərəkət "əlif"di, bil sən.

بدان خط چون دگر خط بست پرگاربسیطی زان دوی آمد پدیدار

Qovuşdu o xəttə sonra başqa xətt,Ortalıqda bir səth törədi əlbət.

سه خط چون کرد بر مرکز محیطیبه جسم آماده شد شکل بسیطی

Olunca üç xətlə əhatə mərkəz,Bəsit bir cism oldu, qoy bilsin hər kəs.

خط است آنگه بسیط آنگاه اجسامکه ابعاد ثلاثه‌ش کرده‌‌اند نام

Xətt, bəsit, ən sonra cisim, budur fənn.Sən bu üç tərəfə tutum deyirsən.

توان دانست عالم را به غایتبدین ترتیب از اول تا نهایت

Aləmi əvvəldən sonuna qədərBelə bir qaydayla insan öyrənər.

چو بر عقل این نمونه گشت ظاهربه یک تک می‌دود ز اول به آخر

Əqlə məlum olsa bu işlər bir gün,Bir qırpımda gəzər dünyanı bütün.

خدا‌ی‌ست آنکه حد ظاهر نداردوجودش اول و آخر ندارد

Bir allah hədsizdir, bilməzlər onu,Yoxdur varlığının əvvəli, sonu.

خدا‌بین شو که پیش اهل بینشتنُک باشد حجاب آفرینش

Allaha könül ver, dinlə bu səsi,İncədir xilqətin hicab pərdəsi.

بدان خود را که از راه معانیخدا را دانی ار خود را بدانی

Çalış həqiqətlə özünü bil sən,Allahı bilərsən özünü bilsən.

بدین نزدیکی‌ات آیینه در پیشفلک چه‌بوَد‌؟ بدان دوری میندیش

Özünsən ən yaxın parlayan ayna,Uzaq fələklərlə girmə oyuna.

تو آن نوری که چرخت تشت ِ شمع‌ستنمودار دو عالم در تو جمع‌ست

Fələklər nurunun səndə əksi var,İki aləm səndə tutmuşdur qərar.

نظامی بیش از این راز نهانیمگو تا از حکایت وا نمانی

Hər sirri göstərmə bu qədər açıq,Hekayənə qayıt, Nizami, artıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri