شبی تاریک نور از ماه بردهفلک را غول‌وار از راه برده

Ayın işığını gecə örtərək,Div kimi azmışdı yolundan fələk.

زمانه با هزاران دست‌، بی‌زورفلک با صد هزاران دیده‌، شبکور

Qaranlıq mey içmiş sərxoş zəncitəkDünyanın ağzını tikmişdi bərk-bərk.

شهنشه پای را با بند زریننهاده بر دو سیمین ساق شیرین

Minəlli zəmanə düşmüşdü zordan,Seçilmirdi mingöz fələk də gordan.

بت زنجیر‌موی از سیمگون دستبه زنجیر زرش بر مهره می‌بست

İki ayağında qızıldan zəncirYatmışdı Şirinlə o böyük əsir.

ز شَفْقَت ساق‌های بند سایشهمی‌مالید و می‌بوسید پایش

Zəncir saçlı o büt hər gün yüz kərəMuncuq bağlayırdı bu zəncirlərə.

حکایت‌های مهرانگیز می‌گفتکه بر بانگ حکایت خوش توان خفت

Şahın ayağını tez-tez ovaraqZindanı edirdi bir pərqu yataq.

به هر لفظی دهن پر نوش می‌داشتبر آواز شهنشه گوش می‌داشت

Eşqdən hekayə deyərdi nigar,Hekayə səsinə rahat yatılar.

چو خسرو خفت و کمتر شد جوابشبه شیرین هم سرایت کرد خوابش

Şirin sözləriylə səpərdi şəkər,Qoymayırdı şahı çəksin qəm, kədər.

دو یار نازنین در خواب رفتهفلک بیدار و از چشم آب رفته

Xosrov yatdı artıq, danışmaz oldu,Şirinin gözləri yuxuyla doldu.

جهان می‌گفت کامد فتنه سرمستسیاهی بر لبش مسمار می‌بست

Hər iki sevgili yuxuya getdi,Fələk yatmamışdı, gör nələr etdi!..

فرود آمد ز روزن دیو چهر‌ینبوده در سرشتش هیچ مهر‌ی

Pəncərədən girdi bir div sifətli,Məhəbbət düşməni, çirkin xislətli.

چو قصاب از غضب خونی‌نشانیچو نفاط از بروت آتش‌فشانی

Qəzəbdən qəssabtək bulaşmış qana,Nəffattək od səpdi kini hər yana.

چو دزد ِ خانه‌بر کالا همی‌جستسریر شاه را بالا همی‌جست

Oğru kimi evi gəzdi, dolaşdı,Şahın yatağını tapıb, yanaşdı.

به بالین شه آمد تیغ در مشتجگرگاهش درید و شمع را کشت

Şahın ciyərinə xəncəri vurdu,Şam söndü, Xosrovun ürəyi durdu.

چنان زد بر جگرگاهش سر تیغکه خون برجست ازو چون آتش از میغ

Qəlbinə xəncəri vurduğu zamanQanlı şimşək çaxdı sanki buluddan.

چو از ماهی جدا کرد آفتابیبرون زد سر ز روزن چون عقابی

Aydan ayıraraq günəşi, dərhalUçdu pəncərədən o vəhşi qartal.

ملک در خواب خوش پهلو دریدهگشاده چشم و خود را کشته دیده

Oyandı padişah həycan içində,Gözlərini açdı al qan içində.

ز خونش خوابگه طوفان گرفتهدلش از تشنگی‌، از جان گرفته

Axırdı sel kimi yatağında qan.İncidirdi onu susuzluq yaman.

به دل گفتا که شیرین را ز خوش‌خوابکنم بیدار و خواهم شربتی آب

Öz-özünə dedi: Çağırım, ŞirinMənə bircə qurtum sərin su versin."

دگر ره گفت با خاطر نهفتهکه هست این مهربان شب‌ها نخفته

Lakin könlü dedi: "Rəva deyil bu,Gecələr doyunca yatmayıb yuxu.

چو بیند بر من این بیداد و خوارینخسبد دیگر از فریاد و زاری

Başıma gələni görərsə əgər,Bir daha yatmayıb göz yaşı tökər.

همان به کاین سخن ناگفته باشدشوم من مرده و او خفته باشد

Yaxşısı budur ki, qalsın diləyim.Mən ölum, qoy yatsın yorğun mələyim."

به تلخی جان چنان داد آن وفادارکه شیرین را نکرد از خواب بیدار

Şirini yuxudan oyatmadı o,Belə ölüb getdi vəfalı Xosrov.

شکفته گلبنی بینی چو خورشیدبه سرسبزی جهان را داده امید

Günəştək açılmış bir gül, görürsən,Edir təravətlə dünyanı rövşən.

برآید ناگه ابری تند و سرمستبه خون‌ریز ریاحین تیغ در دست

Əlində od qılınc bir bulud gələr,Onun vəhməsindən solar bitkilər.

بدان سختی فرو بارد تگرگیکز‌آن گلبن نمانَد شاخ و برگی

Elə dolu yağar qara buluddanKi, gül budağından qalmaz bir nişan.

چو گردد باغبان‌ِ خفته بیداربه باغ اندر نه گل بیند نه گلزار

Yatmış bağban birdən oyanıb qalxar,Görər nə gül qalıb bağda, nə gülzar.

چه گویی کز غم ِ گل خون‌نریزد‌؟چو گل ریزد‌، گلابی چون نریزد‌؟

Kim deyir ki, bağban yanıb ağlamaz,Gülün həsrətiylə ürək dağlamaz!.

ز بس خون کز تن شه رفت چون آبدر آمد نرگس شیرین ز خوش‌خواب

Şahın yarasından elə axdı qanŞirini oyatdı şirin yuxudan.

دگر شب‌ها که بختش یار گشتیبه بانگ نای و نی بیدار گشتی

Gecələr eşqinə o, yanan Şirin,Nay və ney səsinə oyanan Şirin!

فلک بنگر چه سردی کرد این بارکه خون گرم شاهش کرد بیدار

Bir gör fələk necə oyun çıxartdı,Şahın al qanıyla onu oyatdı.

پریشان شد چو مرغ تاب‌دیدهکه بود آن سهم را در خواب دیده

Şirin yuxusundan hərasan qalxdı,Yaralı quş kimi pərişan qalxdı.

پرند از خوابگاه شاه برداشتیکی دریای خون دید‌؛ آه برداشت

Yataqdan örtüyü götürən zamanQan dəryası görüb, çəkdi əl-aman.

ز شب می‌جست نور آفتابیدریغا چشمش آمد در خرابی

Gecənin qoynunda günəş axtardı,Əfsus, qarşısında bir zülmət vardı.

سریری دید سر بی‌تاج کردهچراغی روغنش تاراج کرده

Bir taxt gördü, şahı tacsız dayanmış,Bir çıraq gördü ki, yağı talanmış.

خزینه در گشاده گنج بردهسپه رفته سپهسالار مرده

Düşmənlər etmişdi xəznəyə şəbxun,Ölmüşdü sərkərdə, sınmışdı qoşun.

به گریه ساعتی شب را سیه کردبسی بگریست وانگه عزم ره کرد

Ağladı, o gecə bir matəm qurdu,Sonra da yorulub ayağa durdu.

گلاب و مشک با عنبر برآمیختبر آن اندام خون‌آلود می‌ریخت

Gülabı, ənbəri müşkə qataraq,Sürtdü o bədənə ürəyində dağ.

فرو شستش به گلاب و به کافورچنان کز روشنی می‌تافت چون نور

Gülabla, kafurla yudu tərtəmiz,Elədi ağappaq, qansız, ləkəsiz.

چنان بزمی که شاهان را طرازندبسازیدش‌، کز آن بهتر نسازند

Bir məclis düzəltdi, deyərdi hər kəs:Heç kəs belə məclis düzəldə bilməz."

چو شه را کرده بود آرایشی چستبه کافور و گلاب اندام او شست

Kafurla, gülabla şahı yuyantəkÖzünü də yudu tərtəmiz, qəşəng.

همان آرایش خود نیز نو کردبدین اندیشه صد دل را گرو کرد

Bəzəndi özü də gəlinlər kimi,Məftun eyləyirdi, baxsa, hər kimi...

دل شیرویه شیرین را ببایستولیکن با کسی گفتن نشایست

Şiruyə sevirdi çoxdan Şirini,Kimsəyə açmırdı ancaq sirrini.

نهانی کس فرستادش که خوش باشیکی هفته درین غم بارکش باش

Şirinə gizlincə göndərdi xəbərKi: "Bir həftə dözsə, hər dərdi keçər.

چو هفته بگذرد‌، ماه دو‌هفتهشود در باغ من چون گل شکفته

İki həftəlik ay sonra gül kimiAçılar bağımda, oxşar qəlbimi.

خداوندی دهم بر هر گروهشز خسرو بیشتر دارم شکوهش

Eləyərəm onu dövlətli, mallı,Xosrovdan da artıq cahü cəlallı.

چو گنجش زیر زر پوشیده دارمکلید گنج‌ها او را سپارم

Zər, ipək səpərəm ayaqlarına,Bütün xəzinəmi verərəm ona."

چو شیرین این سخن‌ها را نیوشیدچو سرکه تند شد‌، چون می بجوشید

Şirin bu sözləri birdən eşitcək,Tündləşdi sirkətək, coşdu şirətək.

فریبش داد‌، تا باشد شکیبشنهاد آن کشتنی دل بر فریبش

Al dilə tutaraq etdi onu ram,İnandı Şirinə ölməli adam.

پس آنگه هر‌چه بود اسباب خسروز منسوج کهن تا کسوت نو

Sonra da Xosrovun bütün varını,Təzə-köhnəsini, paltarlarını

به محتاجان و محرومان ندا کردز بهر جان شاهنشه فدا کرد

Yoxsula, möhtaca payladı Şirin.Ondan razı qaldı hər yoxsul, miskin...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri