شاه روزی شکار کرد پسنددر بیابان پست و کوه بلند

اشقر گور سم به صحرا تاختشور می‌کرد و گور می‌انداخت

مشتری را ز قوس باشد جایقوس او گشت مشتری پیمای

از سواران پره بسته به دشترمه گور سوی شاه گذشت

شاه در مطرح ایستاده چو شیراشقرش رقص برگرفته به زیر

دستش از زه نثار در می‌کردشست خالی و تیر پر می‌کرد

بر زمین ز آهن بلارک تیرگاهی آتش فکند و گه نخجیر

چون بود ران گور و بادهٔ نابآتشی باید از برای کباب

یاسج شه که خون گوران ریختمگر آتش ز بهر آن انگیخت

گرمی ناچخش به زخم درشتپخته می‌کرد هرکه‌را می‌کشت

و‌آنچه زو درگذشت هم نگذاشتیا پیش کرد یا پیش برداشت

داشت با خود کنیزکی چون ماهچست و چابک به هم‌رکابی شاه

فتنه نامی هزار فتنه در اوفتنهٔ شاه و شاه فتنه بر او

تازه‌رویی چو نو‌بهار بهشتکش خرامی چو باد بر سر کشت

انگبینی به روغن آلودهچرب و شیرین چو صحن پالوده

با همه نیکویی سرود سرایرود سازی به رقص چابک‌پای

ناله چون بر نوای رود آوردمرغ را از هوا فرود آورد

بیشتر در شکار و باده و رودشاه از او خواستی سماع و سرود

ساز او چنگ و ساز خسرو تیراین زدی چنگ و آن زدی نخچیر

گور برخاست از بیابان چندشاه بر گور گرم کرد سمند

چون درآمد به گور تیز آهنگتند شیری کمان گرفته به چنگ

تیر در نیم‌گَرد‌ِ شست نهادپس کمان درکشید و شست گشاد

بر کفل‌گاه گور شد تیر‌شبوسه بر خاک داد نخچیر‌ش

در یکی لحظه ز‌آن شکار شگفتچند را کشت و چند را بگرفت

و‌آن کنیزک ز ناز و عیاریدر ثنا کرد خویشتن‌داری

شاه یک ساعت ایستاد صبورتا یکی گور شد روانه ز دور

گفت که‌ای تنگ چشم تاتاریصید ما را به چشم می‌ناری‌؟

صید ما کز صفت برون آیددر چنان چشم تنگ چون آید‌‌؟

گوری آمد‌، بگو که چون تازم‌‌‌؟!وز سرش تا سمش چه اندازم‌‌؟

نوش‌لب ز‌آن منش که خوی بوَدزن بُد و زن گزافه‌گو‌ی بوَد

گفت باید که رخ برافروزیسر این گور در سمش دوزی

شاه چون دید پیچ پیچی اوچاره‌گر شد ز بد بسیچی او

خواست اول کمان گروهه چو بادمهره‌ای در کمان گروهه نهاد

صید را مهره درفکند به گوشآمد از تاب مهره مغز به جوش

سم سوی گوش برد صید زبونتا ز گوش آرد آن علاقه برون

تیر شه برق شد جهان افروختگوش و سم را به یکدیگر بردوخت

گفت شه با کنیزک چینیدستبردم چگونه می‌بینی‌؟!

گفت پُر کرده شهریار این کارکار پُر کرده کی بود دشوار‌؟!

هرچه تعلیم کرده باشد مردگرچه دشوار شد بشاید کرد

رفتن تیر شاه بر سم گورهست از ادمان نه از زیادت‌‌ِ زور

شاه را این شنیده سخت آمدتبر تیز بر درخت آمد

دل بدان ماه بی‌مدارا کردکینه خویش آشکارا کرد

پادشاهان که کینه کَش باشندخون کنند آن زمان که خوَش باشند

با چه آهو که اسب زین نکنند!چه سگی را که پوستین نکنند!

گفت اگر مانمَش ستیزه‌گر‌ستور کُشم‌، این حساب از‌آن بترست

زن‌کُشی کار شیر‌مرد‌ان نیستکه زن از جنس هم‌نبرد‌ان نیست

بود سرهنگی از نژاد بزرگتند چون شیر و سهمناک چو گرگ

خواند شاهش به نزد خویش فرازگفت رو کار این کنیز بساز

فتنهٔ بارگاه دولت ماستفتنه کشتن ز روی عقل روا‌ست

برد سرهنگ داد‌پیشه ز پیشآن پری چهره را به خانهٔ خویش

خواست تا کار او بپردازدشمع‌وار از تنش سر اندازد

آب در دیده گفتش آن دلبندکه‌این‌چنین ناپسند را مپسند

مکن ار نیستی تو دشمن خویشخون من‌ِ بی‌گنه به گردن خویش

مونس خاص شهریار منمو ز کنیزانش اختیار منم

تا بدان حد که در شراب و شکارجز منَش کس نبود مونس و یار

گر ز گستاخی‌یی که بود مرادیو بازیچه‌ای نمود مرا

شه ز گرمی سیاستم فرموددر هلاکم مکوش زودا زود

روزکی چند صبر کن به شکیبشاه را گو بکشتمش به فریب

گر بدان گفته شاه باشد شادبکُشم‌، خون من حلالت باد

ور شود تنگدل ز کشتن منایمنی باشدت به جان و به تن

تو ز پرسش رهی و من ز هلاکزاد سروی نیوفتد بر خاک

روزی آید اگرچه هیچ‌کسمکه‌آنچه کردی به خدمتت برسم

این سخن گفت و عقد باز گشادپیش او هفت پاره لعل نهاد

هر یکی ز‌آن خراج اقلیمیدخل‌ِ عمّان ز نرخ‌ِ او نیمی

مرد سرهنگ از آن نمونش راستاز سر خون آن صنم برخاست

گفت زنهار سر ز کار مبَربا کسی نام شهریار مبر

گو من این خانه را پرستار‌مکار می‌کن که من بدین کارم

من خود آن چاره‌ها که باید ساختسازم ار خواهدت زمانه نواخت

بر چنین عهد رفتشان سوگنداین ز بیداد رست و آن ز گزند

بعد یک هفته چون رسید به شاهشاه از او باز جست قصهٔ ماه

گفت مه را به اژدها دادمکشتم از اشک خون‌بها دادم

آب در چشم شهریار آمددل سرهنگ با قرار آمد

بود سرهنگ را دهی معمورجایگاهی ز چشم مردم دور

کوشکی راست برکشیده به اوجاز محیط سپهر یافته موج

شصت پایه رواق ِ منظر اوکرده جای نشست بر سر او

بود بر وی همیشه جای کنیزبه عزیزان دهند جای عزیز

ماده گاوی در آن دو روز بزادزاد گوساله‌ای لطیف‌نهاد

آن پری چهرهٔ جهان افروزبرگرفتی به گردنش همه روز

پای در زیر او بیفشردیپایه پایه به کوشک بر بردی

مهر گوساله کش بود به بهارماه گوساله کش که دید؟ بیار

همه روز آن غزال سیم اندامبرد گوساله را ز خانه به بام

روز تا روز از این قرار نگشتکارگر بود چون ز کار نگشت

تا به جایی رسید گوسالهکه یکی گاو گشت شش ساله

همچنانه آن بت گل‌اندامشبردی از زیر خانه بر بامش

هیچ رنجش نیامدی ز‌آن بارزآنکه خو کرده بود با آن کار

هرچه در گاو گوشت می‌افزودقوت او زیاده‌تر می‌بود

روزی آن تنگ چشم با دل تنگبود تنها نشسته با سرهنگ

چار گوهر ز گوش گوهر‌کَشبرگشاد آن نگار حورا‌فَش

گفت که‌این نقدها ببر بفروشچون بها بستدی بیار خموش

گوسفندان خر و بخور و گلابوآنچه باید ز نقل و شمع و شراب

مجلسی راست کن چو روضهٔ حوراز شراب و کباب و نقل و بخور

شه چو آید بدین طرف به شکاراز رکابش چو فتح دست مدار

دل درانداز و جان پذیری کنیک زمانش لگام‌گیری کن

شاه بهرام خوی خوش داردطبع آزاد ناز کش دارد

چون ببیند نیازمندی توسر در آرد به سربلندی تو

بر چنین منظر‌ی ستاره‌سریرگاه شهدش دهیم و گاهی شیر

گر چنین کار سودمند شودکار ما هردو زو بلند شود

مرد سرهنگ لعل ماند به جایکه‌آنچنانش هزار داد خدای

رفت و از گنج‌های پنهانییک به یک ساخت برگ مهمانی

خوردهای ملوک‌وار سرهمرغ و ماهی و گوسپند و بره

راح و ریحان که مجلس آرایدنوش و نقلی که بزم را شاید

همه اسباب کار ساخت تمامتا کی آید به صیدگه بهرام

Bəhram şah bir səhər çıxdı şikara,Üz qoydu çöllərə, uca dağlara.

Öz kəhər atıyla qovhaqov saldı,Şur çəkdi, gur vurdu, atdı, ov saldı.

Qövsdə yerləşir parlaq Müştəri,Müştəridir onun qövsünün yeri.

Səhrada atlılar bağlayıb dəstə,Gurları qovdular Bəhramın üstə.

Gur dırnaqlı kəhər - altında oynaq,Durmuşdu pusquda şah aslansayaq.

Dürr saçan əlinin hünəri vardı,Kirişi boşaldıb ox doldurardı.

Oxları torpağa saçardı alov,Həm də hey vururdu, salırdı bol ov.

Gur budu olanda kabab gərəkdir,Demək, od gərəkdir, şərab gərəkdir.

Şahın o gur vuran iti peykanı,Odur ki, döndərdi oda hər yanı.

Oxu yağdırırdı uçarkən alov,Bişirdi o saat hər vurulan ov.

Qarşıya çıxandan əsər qoymazdı,Seylərdi, teylərdi, yenə doymazdı.

İzləyirdi ovu, gəzirdi dağ-daş,Yanında ay kimi gözəl qaravaş.

Soruşsanız onun siz: nədir adı?Bu şən fitnəkarın Fitnədir adı.

Baxışı məxmurdu, gözləri durğun,Şah ona vurğundu, o şaha vurğun.

Cənnət baharıtək üzü təzə, şən,Yerişi taxılın üstündən əsən.

Üzləri oxşayan yelə oxşardı,Duruşunda başqa incəlik vardı.

Paludədən şirin, dadlı, yumşaqdı,Sanki bal qatılan kərəydi, yağdı.

O bütün hüsnüylə bir nəğməzəndi,Dilbər rəqqasəydi, mahir süzəndi.

Etsəydi səsini kamançaya tuş,Vurulub düşərdi göydən uçan quş.

Şah onu dinlərdi ovda, işrətdə,Keçərdi dəmləri istirahətdə.

Fitnə çəng çalardı, şah gur vurardı,Bu ovlar, o isə büsat qurardı...

Ansızın büründü toza düzəngah,Sıçratdı atını ov üstünə şah.

Özünü gurların səmtinə saldı,Qızğın şirlər kimi ox-kaman aldı.

Oxunu tuşlayıb, qoydu tez yaya,Uçurdu yel kimi sonra səhraya.

Gurun sağrısını ox birdən-birəDəldi, ağzı üstə düşdü ov yerə.

Bir an bu ovlaqda şikara durdu,Bəzən canlı tutdu, bəzən də vurdu.

Qaravaş - hiyləgər, ədalı FitnəGöz yumdu padşahın şücaətinə.

Hökmüdar bir saat səbr etdi, baxdı,Ta uzaqdan bir gur qaçmağa qalxdı.

Şah dedi: "Söylə bir, tatargözlü, sən,Almayırsan ovu gözünə nədən?

Belə bir ovçuluq sığışmaz sözə,Girməz, əlbəttə ki, elə dar gözə.

Bax, o gur çaparaq gəlir uzaqdan,Harasından vurum, başdan, dırnaqdan?"

Şəkər dodaqlıda çoxdu kibrü-naz,Qadındı, qadınlar olur boşboğaz.

Dedi: "İnanaram qüdrətinə mən,Onun dırnağını başına tiksən".

Şah gördü naz edir inadkar gözəl,Onun istəyinə eylədi əməl.

Əvvəlcə istədi küruhə - kaman,İçinə girdə daş qoyaraq haman,

Atdı, qulağına saldı şikarın,Elə bil canını aldı şikarın.

Yazıq gur qaldırdı tez ayağını,Qurtarsın xətərdən öz qulağını.

Şahın ildırıma döndü peykanı,Nura qərq eylədi bütün dünyanı,

Dırnağından keçib, başını dəldi,Dırnağı başında gur yerə gəldi.

Şah çinli kənizdən eylədi sual:"Necədir hünərim?" O pəricamal

Söylədi: "Şah buna etmişdir adət,Sayılmaz heç yerdə adət məharət.

İnsan etsə əgər bir işə vərdiş,Çətin olsa belə, görülər bu iş.

Zənn etmə əməlin şücaətdəndir,Güclülükdən deyil, bu adətdəndir".

Şaha ağır gəldi sözü Fitnənin,Balta yer eylədi ağacda dərin.

O füsunkar aya dəyişdi rəftar,Şah öz qəzəbini eylədi aşkar.

Şahlar intiqama başlarsa əgər,Hirsi yatsın deyə qızar, qan tökər.

Marala acığı tutarsa hərgah,Qırar üzəngini at qovaraq şah.

İtə hirslənərsə, əgər hirsindənMəhrum eylər iti öz dərisindən.

Şah dedi: "Sağ qoysam, ləcdir, xətərdir,Öldürmək hesabı daha bədtərdir.

Bilirəm, dişiyə qıymaz ər kişi,Tay deyil, arvada şiri-nər kişi".

Bir sərhəng vardı ki, nəsli çox ulu,Şir kimi acıqlı, qurdtək qorxulu.

Şah onu çağırdı yanına xəlvət,Dedi ki: "Fitnəni apar və məhv et.

Dövlət sarayında o bir fitnədir,Fitnə ölməlidir, ağıl hökm edir".

Kənizlə bərabər yola düzəldi,Ədalətli sərhəng evinə gəldi.

Şam kimi başını o gözəl qızınAyırmaq istədi, sərhəng ansızın.

Dilbər gözündə yaş dedi: "Bu əməlFayda verməz sənə, ondan götür əl.

Gəl bir günahsıza zərbələr çalma!Nahaq qan tökməyi boynuna alma!

Şaha munis mənəm, həmsöhbət mənəm,Kənizlər içində xoşsifət mənəm.

Mənəm yoldaş ona, hər yana getsə,Ya məclis düzəltsə, ya şikar etsə.

Məni ərköyünlük çıxartdı yoldan,Deyim doğrusunu, azdırdı şeytan.

Şah öldür söyləmiş, göstərib səbat,Bir qədər səbr eylə, sən onu aldat.

Söylə ki, Fitnəni öldürdüm. Hərgah,Verilən xəbərdən sevinərsə şah,

Öldür, qanım sənə qoy olsun halal.Yox, şahı bürüsə bir dərin məlal,

Onda qaldığımçın mən sağ-salamat,Şahın qəzəbindən taparsan nicat.

Rəvamı azad sərv yıxılsın yerə?Heç nə olmasam da, yenə bir kərə

Bir əvəz verərəm", - deyib əlbəəl,Qoydu qarşısına yeddi parça ləl.

Hər biri bir böyük ölkənin varı,Gəlirdə keçməzdi ümman onları.

Qızın tədbirinə xoş üzlə baxanSərhəng öldürməyib keçdi qanından.

Söylədi: "Amandır, bu sirri saçma,Adam olan yerdə şahdan söz açma.

Soruşsalar de ki, xidmətçiyəm mən,Düzələr dalısı, arxayın ol sən.

Taleyin yar olsa, bil, budur sözüm:Bütün çarələri taparam özüm".

Belə bir əhd ilə sözləri bitdi,Bunun zülmü, onun zülməti getdi.

Bir gün sərhəng şahın imarətinəGetdi. Şah sordu ki: "Nə oldu Fitnə?"

Söylədi ki: "Ayı uddu əjdaha,Etdim göz yaşını ona qanbaha".

Doldu tacidarın gözləri yaşdan,Qurtardı sərhəngin canı təlaşdan.

Bir kənd vardı, elin gözündən uzaq,Sərhəng eyləmişdi oranı yaylaq.

Göyə baş qaldırmış bir köşkü vardı,Orda göy dəniztək dalğalanardı.

Orada, fələyin asimanında,O altmışpilləli öz eyvanında

Fitnəyə yer verdi, aldı otağa;Əziz yer verilər əziz qonağa.

İki gün keçməmiş bir gözəl inəkGətirdi dünyaya bir buzov - qəşəng.

Alardı buzovu o gündən bəriHər gün ağuşuna o göyçək pəri.

Ayağını sıxıb döşünə sarı,Çıxardı pilləni tək-tək yuxarı,

Günəş Surda olar bahar zamanı.Suru dolandıran ay varmı, hanı?

O ceyran yerişli, o gümüş bədən,Qaldırardı dama, buzovu yerdən.

Dönmədi bir gün də öz qərarından,Hər işi bacarar işlək bir insan.

Buzov iriləşib yaşına doldu,Gəldi altı illik bir öküz oldu.

Hər gün sənət oldu o güləndamaÇıxarmaq öküzü tövlədən dama.

Eylədi beləcə bu işdə adət,Yükündən görmədi zərrə əziyyət.

Böyüyən öküzün artdıqca əti,Qızın da artırdı gücü, qüvvəti.

Bir gün oturmuşdu dargöz Fitnə tək,Ürəyində qüssə, önündə sərhəng.

Hurisifət gözəl, o nazlı cananCavahir daşıyan qulaqlarından

Dörd gövhər açaraq dedi: "Bu saatDurma, get bazara, bunları tez sat.

Buxur al, qoyun al, təzə gülab al,Nə qədər istəsən noğul, şərab al!

Məclis düzəlt gözəl behişt bağından,Şah qayıdan zaman öz ovlağından

Zəfərtək əl üzmə üzəngisindən,Yalvarıb-yaxarıb onu saxla sən.

Bəhramın çox gözəl xasiyyəti var,İncədən incə bir təbiəti var.

Ürəyi yumşalar bu yalvarışdan,Ucaldar başını böyük hökmüran.

Ulduza taxt olan bu gözəl evdəŞahı qonaq edək şərbətə, südə.

Bu faydalı işə eyləsək əlac,Tapacaq o zaman işimiz rəvac..."

Sərhəng götürmədi o yaqutları,Vardı aşıb-daşan dövləti, varı.

Gizlin xəznəsindən pul aldı, getdi,Nə lazım məclisə, tədarük etdi:

Şaha layiq yemək, quzu, quş, balıq,Hər cür içkilərlə doldu ortalıq.

Məclis yaraşığı ətir, mey, məzəGəldi ortalığa; xoş gələn gözə

Noğul, çiçək hazır eyləyib tamam,Gözlədilər çıxsın şikara Bəhram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə