چو برزد بامدادان خازن چینبه دُرج گوهرین بر قفل زرین

برون آمد ز دُرج آن نقش چینیشدن را کرده با خود نقش بینی

بتان چین به خدمت سر نهادندبسان سرو بر پای ایستادند

چو شیرین دید روی مهربانانبه چربی گفت با شیرین زبانان

که بسم‌الله به صحرا می‌خرامممگر بسمل شود مرغی به دامم

بتان از سر سراغج باز کردنددگرگون خدمتش را ساز کردند

به کردار کله‌داران چون نوشقبا بستند بکر‌ان‌ِ قصب‌پوش

که رسمی بود کآن صحرا خرامانبه صید آیند بر رسم غلامان

همه در گرد شیرین حلقه بستندچو حالی بر نشست او‌، بر نشستند

به صحرایی شدند از صحن ایوانبه سرسبزی چو خضر از آب حیوان

در آن صحرا روان کردند رهوارو زان صحرا به صحراهای بسیار

شدند آن روضه، حوران دل‌کَشبه صحرایی چو مینو خرم و خوش

زمین از سبزه نزهت‌گاه آهوهوا از مشک پُر‌، خالی ز آهو

سرانجام اسب را پرواز دادندعنان خود به مرکب باز دادند

بت لشگرشکن بر پشت شبدیزسواری تند بود و مرکبی تیز

چو مرکب گرم کرد از پیش یارانبرون افتاد از آن هم‌تک سواران

گمان بردند که اسبش سر کشیده‌ستندانستند کاو سر در کشیده‌ست

بسی چون سایه دنبالش دویدندز سایه در گذر‌، گَردَش ندیدند

به جستن تا به شب دم‌ساز گشتندبه نومیدی هم آخر باز گشتند

ز شاه خویش هر یک دور ماندهبه تن رنجه‌، به دل رنجور مانده

به درگاه مهین‌بانو شبانگاهشدند آن اختران بی‌طلعت ماه

به دیده پیش تختش راه رفتندبه تلخی حال شیرین باز گفتند

که سیاره چه شب‌بازی نمودشتک طیاره چون اندر ربودش

مهین‌بانو چو بشنید این سخن راصلا در داد غم‌های کهن را

فرود آمد ز تخت خویش غمناکبه سر بر خاک و سر هم بر سر خاک

از آن غم دست‌ها بر سر نهادهز دیده سیل طوفان بر گشاده

ز شیرین یاد، بی‌اندازه می‌کردبدو سوگ برادر تازه می‌کرد

به آب چشم گفت ای نازنین ماهز من چشم بدت بربود ناگاه

گلی بودی که باد از بارت افکندندانم بر کدامین خارت افکند

چه افتادت که مهر از ما بریدیکدامین مهربان بر ما گزیدی؟

چو آهو زین غزالان سیر گشتیگرفتار کدامین شیر گشتی؟

چو ماه از اخترانِ خود جدایینه خورشیدی چنین تنها چرایی؟

کجا سرو تو کز جانم چمن داشت؟به هر شاخی رگی با جان من داشت

رخت ماه‌ست، تا خود بر که تابدمنش گم کرده‌ام تا خود که یابد

همه شب تا به روز این نوحه می‌کردغمش بر غم فزود و درد بر درد

چو مهر آمد برون از چاه بیژنشد از نورش جهان را دیده روشن

همه لشگر به خدمت سر نهادندبه نوبت‌گاهِ فرمان ایستادند

که گر بانو بفرماید به شب‌گیرپی شیرین برانیم اسب چون تیر

مهین‌بانو به رفتن میل ننمودنه خود رفت و نه کس را نیز فرمود

چو در خواب این بلا را بود دیدهکه بودی بازی از دستش پریده

چو حسرت خورد از پرواز آن بازهمان باز آمدی بر دست او باز

بدیشان گفت اگر ما باز گردیمو گر با آسمان هم‌راز گردیم

نشد ممکن که در هیچ آب‌خوَردیبیابیم از پی شبدیز گردی

نشاید شد پی مرغ پریدهنه دنبال شکارِ دام‌دیده

کبوتر چون پرید‌، از پس چه نالی‌؟که وا برج آید ار باشد حلالی

بلی چندان شکیبم در فراقشکه برقی یابم از نعل براقش

چو زان گم‌گشته گنج آگاه گردمدگر ره با طرب همراه گردم

به گنجینه سپارم گنج را بازبدین شکرانه گردم گنج پرداز

سپه چون پاسخ بانو شنیدندبه از فرمانبری کاری ندیدند

وزان سوی‌ِ دگر شیرین به شبدیزجهان را می‌نوَشت از بهر پرویز

چو سیاره شتاب‌آهنگ می‌بودز ره رفتن به روز و شب نیآسود

قبا در بسته بر شکل غلامانهمی شد دِه به دِه سامان به سامان

نبود ایمن ز دشمن گاه و بی‌گاهبه کوه و دشت می‌شد راه و بی‌راه

رونده کوه را چون باد می‌راندبه تک در باد را چون کوه می‌ماند

نپوشد بر تو آن افسانه را رازکه در راهی زنی شد جادویی‌ساز

یکی آیینه و شانه درافکندبه افسونی به راهش کرد دربند

فلک این آینه وان شانه را جستکزین کوه آمد و زان بیشه بر رُست

زنی کاو شانه و آیینه بِفْکنْدز سختی شد به کوه و بیشه مانند

شده شیرین در آن راه از بس اندوهغبارآلود چندین بیشه و کوه

رُخش سیمای کم‌رختی گرفتهمزاج نازکش سختی گرفته

نشان می‌جست و می‌رفت آن دل‌افروزچو ماه چارده شب، چارده روز

جنیبت را به یک منزل نمی‌ماندخبر پرسان خبر پرسان همی‌راند

تکاور دستبرد از باد می‌بردزمین را دور چرخ از یاد می‌برد

سپیده‌دم چو دم بر زد سپیدیسیاهی خواند حرف ناامیدی

هزاران نرگس از چرخ جهان‌گردفرو شد تا بر آمد یک گل زرد

شتابان کرد شیرین بارگی رابه تلخی داد جان یکبارگی را

پدید آمد چو مینو‌، مرغ‌زاریدر او چون آب حیوان چشمه‌ساری

ز شرم آب آن رخشنده‌خانیشده در ظلمت، آب زندگانی

ز رنج راه بود اندام خستهغبار از پای تا سر برنشسته

به گِرد چشمه جولان زد زمانیدَه اندر دَه ندید از کس نشانی

فرود آمد‌، به یک‌سو بارگی بستره اندیشه بر نظارگی بست

چو قصد چشمه کرد آن چشمهٔ نورفلک را آب در چشم آمد از دور

سهیل از شعر شکرگون برآوردنفیر از شعری گردون برآورد

پرندی آسمان‌گون بر میان زدشد اندر آب و آتش در جهان زد

فلک را کرد کحلی‌پوش پروینمُوَصّل کرد نیلوفر به نسرین

حصارش نیل شد یعنی شبانگاهز چرخ نیلگون سر بر زد آن ماه

تن سیمینش می‌غلطید در آبچو غلطد قاقمی بر روی سنجاب

عجب باشد که گل را چشمه شویدغلط گفتم که گل بر چشمه روید

در آب انداخته از گیسوان شستنه ماهی بلکه ماه آورده در دست

ز مشک آرایش کافور کردهز کافورش جهان کافور‌خورده

مگر دانسته بود از پیش دیدنکه مهمانی نو‌‌اَش خواهد رسیدن

در آب چشمه‌سار آن شکر‌ِ نابز بهر میهمان می‌ساخت جلاب

Elə ki, bir səhər Çin xəznədarıZər qıfılla örtdü göy qapıları,

O Çin nəqşi çıxdı sandıqdan çölə,Yola hazırlaşdı şad, gülə-gülə.

Qulluğunda durdu Çin gözəlləri,Sərvtək ayaq üstə, bağlı kəməri.

Onlarla gəldikdə Şirin üz-üzə,Yağlı dil tökərək başladı sözə:

"Bismillah, edirəm çöllərə xüram,Bəlkə tor quraram, bir quş tutaram."

Örpəyi başından açdı gözəllər,Paltar geyindilər bir başqa təhər.

Papaq qoyub gözəl oğlanlar sayaq,Qızlar geyindilər sığallanaraq.

Belə adət vardı, ova gedənlərOğlan paltarında gedərdi yeksər.

Şirin dövrəsində halqa vurdular,Atların belinə bir oturdular.

Saray həyətindən çıxdılar çox şad,Həyat suyu içmiş Xızrtək azad.

Çöldə atlarını sürüb getdilər.Dağlardan aşdılar, çölə yetdilər.

Sonra at səyirdib, cıdır qurdular,Cilovu buraxıb atı vurdular.

Şəbdiz belindəydi qoşun sındıran,Özü miniciydi, atı qaçağan.

At qızışdı, onun dəyişdi halı,Kənizlər Şirindən düşdü aralı.

Dedilər: yəqin at cilov aparır,Bilmədilər könül bir ov aparır.

Kölgətək ardınca yüyürdülər çox,Gördülər tozundan belə əsər yox.

Axtardılar gecə yarıya qədər,Ümid qalmayanda geri döndülər.

Şahlarından ayrı düşdüklərindənYorğundu hamısı geri dönərkən.

Banu sarayına ulduz karvanıAysız geri döndü axşam zamanı.

Başlarını əyib məyus durdular,Yanıqlı bir dillə dedilər nə var.

Nə oyun çıxartdı, fələyə bir bax!Tale onu bizdən salmışdır iraq.

Elə ki, Banu bu xəbəri aldı,Köhnə dərd-qəmini yadına saldı.

Təxtdən düşdü yerə çox qəmli-qəmli,Başı torpaqlarda, gözləri nəmli.

Qəmindən başını o qucaqladı,Tökdü göz yaşını, yaman ağladı.

Yadından bir an da çıxmırdı Şirin,Qövr etdi yarası qardaş dərdinin,

Gözü yaşlı dedi: "Hey, nazənin, hey!..Bəd nəzər xar olsun, nədir bu giley?

Gül idin, budaqdan ayırdı yellər,Hansı kola saldı, səndən yox xəbər.

Noldu kəsdin bizdən öz ülfətini?Kimlərə bağladın məhəbbətini?

Ahu kimi, söylə, birdən, ey nigar,Hansı bir aslana sən oldun şikar?

Aytək ayrı düşdün ulduzlarından,Günəş deyilsən ki, yalqız olasan.

Can bağım, sərvini kimlər apardı?Hər qolunda bir can damarım vardı.

Ay üzün kimlərə nur saçır indi?Mən itirdim, kimlər tapıb sevindi?"

Gecə səhərədək belə ağladı,Qəmi qəmə, dərdi dərdə bağladı.

Bütün hazır oldu qoşun xidmətə,Buyruq gözləyərək durdu növbətə.

Lakin Məhin Banu izn vermədi,Özü də getməyə səy göstərmədi.

Bu işi yuxuda görmüşdü çoxdan,Qolundan uçmuşdu bir tülək tərlan.

Həsrətlə baxmışdı uçan tərlana,Tərlan qonmuş idi yenə qoluna.

Adamlara dedi: "Onun dalıncaLey kimi uçsaq da, bicadır, bica.

Yer deyil, göyləri axtarsaq da bizŞəbdizin tozundan tapmarıq bir iz.

Uçmuş quş ardınca olarmı getmək?Tələ görmüş ovu qovmaq nə gərək?

Göyərçin ki uçdu, ağlamaq olmaz,Halaldırsa, dönər yuvaya, qalmaz.

Onun hicranına dözəcəyəm mən,Atının nalından od görənəcən.

O itmiş xəznədən alsam bir xəbər,Yenə də sevincim qayıdar, gələr.

Verib xəznədara xəznəni yenə,Bu yolda paylaram bir çox xəzinə."

Banunun sözünü qoşun eşitdi,Verilən buyruğa itaət etdi.

O yanda Şəbdizin belində ŞirinÖlçürdü dünyanı cavan Pərvizçin.

Səyyarələr kimi tələsirdi o,Gecəli-gündüzlü yol kəsirdi o.

Paltar geyinmişdi kişilər kimi.Düzlərdən keçirdi qoçaq ər kimi.

Bir qəfil düşməndən o xof edirdi,Yoldan qıraq, dağda, çöldə gedirdi.

O nazik məzacı yorğundu artıq,Üzünü örtmüşdü bir az sarılıq.

Səndən bu əfsanə gizli qalmasın:Bir gün cadugərlik edən bir qadın

Yoluna tulladı güzgü və daraq,Daraq meşə oldu, güzgü də bir dağ.

Darağı, güzgünü tullayan arvadDağ və meşə kimi göstərər səbat.

Yolda yorulmuşdu olduqca Şirin,Qonmuşdu üzünə tozu çöllərin.

Atını o yeltək çapdığı zamanArxada qalırdı toz dağtək, ondan.

On dörd gün at sürüb soraq edirdi,On dörd günlük Aytək o yol gedirdi.

Atını bir yerdə saxlamayaraq,Sürürdü, gedirdi hey soraq-soraq.

Şəbdiz yol gedirdi küləkdən zirək,Yerdə dolanırdı fələk dövrütək.

Göylər bağlayanda ağlıqla ülfət,Ümidsizlik dərsi oxudu zülmət.

Ortaya bir sarı gül çıxsın deyə,Göyün nərgizləri girdi kölgəyə.

Cana birdəfəlik cəfa verərək,Atını sürürdü Şirin yüyürək.

Gördü behişt kimi xoş bir çəmənzar,Dirilik suyutək bir çeşmə də var.

O parlaq çeşmənin suyunu görüb,Gedib abi-həyat zülmətə girib.

Şirinin bədəni yorğundu xeyli,Başdan-başa tozdu sifəti, əli.

Çeşmə ətrafını gəzdi bir zaman,On ağaclıqda da yoxdu bir insan.

Atdan endi yerə, atı bağladı,Bildi görməz onu insan övladı.

Nur çeşməsi gəldi, suya yanaşdı.Uzaqdan göylərin gözü qamaşdı.

Şəkər paltarını Süheyl çıxartdı,Göyün Şərası da fəryad qopartdı.

Mavi rəngli fitə bağladı Şirin,Girdi suya, yandı bağrı göylərin.

Fələyin ülkəri sürməyi geydi,Nilufərin əli nəsrinə dəydi.

O mavi hasara çulğandığından,Nil göydən göründü qəmər sanasan.

Sincab üzərinə qaqum düşəntəkGümüş bədən batdı suya girərək.

Gülü çeşmə yuya, nə qəşəng olar!Yox, suda gül bitsə, səhv etdim aşkar.

Var olsun o çeşmə - suyu dupduru,Günəş çeşməsindən safdır bülluru.

O gümüş əndamı suya bəzəkdi,Sulara nur səpən o şux mələkdi.

Saçlarıyla suya o bir tor atdı,Balıq yox, ayı da kəməndlə tutdu.

Müşkündən kafura salmışdı naxış,Kafur bədənindən dünya dad almış.

Şirinin qəlbinə dammışdı: burdanGəlib keçəcəkdir bir təzə mehman.

Bu çeşmə suyundan o xalis şəkərŞərbət düzəldirmiş qonaqçün məgər?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri