چو بَدر از جِیب گردون سر برآوردزمین عطف هلالی بر سر آورد

ز مجلس در شبستان رفت خسروشده سودای شیرین در سرش نو

چو برگفتی ز شیرین سرگذشتیدهان مریم از غم تلخ گشتی

در آن مستی نشسته پیش مریمدم عیسی بر او می‌خواند هر دم

که شیرین گر چه از من دور به‌ترز ریش من نمک مهجور به‌تر

ولی دانم که دشمن‌کام گشته استبه گیتی‌در به من بدنام گشته است

چو من بنوازم و دارم عزیزشصواب آید که بنوازی تو نیزش

اجازت ده کزان قصرش بیارمبه مُشکوی پرستاران سپارم

نبینم روی او گر باز بینمپر آتش باد چشم نازنینم

جوابش داد مریم که‌ای جهان‌گیرشکوهت چون کواکب آسمان‌گیر

خلافت را جهان بر در نهادهفلک بر خط حُکمت سر نهاده

اگر حلوای تَر شد نام شیریننخواهد شد فرود از کام شیرین

تو را بی‌رنج حلوایی چنین نرمبرنج سرد را تا کی کنی گرم؟

رطب خور‌، خار نادیدن تو را سودکه بس شیرین بود حلوای بی‌دود

مرا با جادویی هم‌حُقه‌ سازیکه بر سازد ز بابل حقه‌بازی

هزار افسانه از بر بیش داردبه طنازی یکی در پیش دارد

تو را بفریبد و ما را کند دورتو زو راضی شوی من از تو مهجور

من افسون‌های او را نیک دانمچنین افسانه‌ها را نیک خوانم

بسا زن کاو صد از پنجه نداندعطارد را به زرق از ره براند

زنان مانند ریحان سفالنددرون‌سو خبث و بیرون‌سو جمالند

نشاید یافتن در هیچ برزنوفا در اسب و در شمشیر و در زن

وفا مردی است، بر زن چون توان بست؟چو زن گفتی بشوی از مردمی دست

بسی کردند مردان چاره‌سازیندیدند از یکی زن راست‌بازی

زن از پهلوی چپ گویند برخاستمجوی از جانب چپ جانب راست

چه بندی دل در آن دور از خداییکزو حاصل نداری جز بلایی‌؟

اگر غیرت بری با درد باشیو گر بی‌غیرتی‌، نامرد باشی

برو تنها دم از شادی برآورچو سوسن سر به آزادی برآور

پس آن‌گه بر زبان آورد سوگندبه هوش زیرک و جان خردمند

به تاج قیصر و تخت شهنشاهکه گر شیرین بدین کشور کند راه

به گردن برنهم مشکین‌رسن رابرآویزم ز جورت خویشتن را

همان به کاو در آن وادی نشیندکه جغد آن بِهْ که آبادی نبیند

یقین شد شاه را چون مریم این گفتکه هرگز در نسازد جفت با جفت

سخن را از در دیگر بنا کردنوازش می‌نمود و صبر می‌کرد

سوی خسرو شدی پیوسته شاپوربه صد حیلت پیامی دادی از دور

جوابش هم نهانی باز بردیز خون‌خواری به غم‌خواری سپردی

از آن بازیچه حیران گشت شیرینکه بی او چون شکیبد شاه چندین

ولی دانست کآن‌نز بی‌وفایی استشکیبش بر صلاح پادشایی است

Göyün yaxasından çıxanda qəmərHilali örtüyə büründü yerlər.

Xosrov hərəmxana yolunu tutdu,Şirin həsrətiylə çox qanlar uddu.

Məryəmin yanına gəldi məst ikən,Ona İsa kimi dil açdı birdən:

Xosrov söhbət açdı, Şirindən dedi,Məryəm bu sözlərdən acı qəm yedi.

"Yaxşıdır Şirindən olarkən uzaq,Yaramı acı duz göynətmir ancaq.

Ağzı acı olmuş almayaraq kam,Mənim səbəbimə olur o, bədnam.

Sən də mənim kimi göstərib qılıq,Göstərəydin ona bir mehribanlıq,

İcazə ver, o da olsun bir kəniz,Qalmasın qəsrdə yalqız, kimsəsiz.

Mən onun üzünə baxarsam əgər,Yandırsın gözümü odlar, atəşlər."

Məryəm cavab verdi ona: "Cahangir!Cəlalın, şöhrətin göylərdə gəzir.

Dünya çırağını bəxş etmiş sənə,Fələk baş əymişdir sənin səcdənə.

Mən kimi tər halva qarşında varkən,Nədən soyuq düyü qızdıracaqsan?

Tər halva olsa da Şirinin adı,Mən elərəm acı o şirin dadı.

Tikansız xurmanın başqa dadı var,Tüstüsüz bir halva çox şirin olar.

Tay tutursan məni o cadugərlə,Babil sahirini aldadar belə.

Mindən çox əfsanə bilirkən əzbər,Tək bircə əfsunla bizi məhv edər,

İstəyir aldada, ayrı düşək biz,O sənə qovuşa, mən qalam sənsiz.

O əfsuna uyan zənn etmə məni,Mən çoxdan bilirəm o əfsanəni.

Arvad var tərs salar yüzü əlliylə,Ancaq Ütaridə qurar min hiylə.

Arvad bir güldana əkilmiş güldür,Bayırı gözəldir, içisə "gül"dür.

Bir ölkə tapmazsan görə, həqiqət,Qadında, qılıncda, atda sədaqət.

Vəfa kişilikdir, arvadda olmaz,Arvad adlananda vəfa tapılmaz.

Kişilər çox tədbir tökdülər, fəqət,Bir arvad etmədi düzgün hərəkət.

Sol böyürdən olmuş qadın, deyirlərSoldan sağı ummaq olarmı məgər?

Gəl o allahsıza ürək vermə sən,Xilas olmaz canın bir gün bəladən.

Qeyrətini çəksən çəkəcəksən dərd,Qeyrətin çəkməsən olarsan namərd.

Tək dolan, keyf elə, sür dövranını,Azad ol süsəntək, bəslə canını."

And içdi o taxta, taci-Qeysərə:"Əgər gəlsə Şirin bir gün bu yerə,

Boynuma salaram qara kəndiri,Zülümdən özümü asaram diri.

Yaxşıdır ki, Şirin orda oturmuş,Yaxşıdır, abadlıq görməsə bayquş."

Məryəmin sözündən şah bildi: heç vəqtGünü günüsüylə bağlamaz ülfət.

Başqa cür başladı Xosrov sözünü,Məryəmə mehriban tutdu özünü.

Şapur gəlib min cür hiylə quraraq,Yetirərdi şaha Şirindən soraq.

Aparardı gizlin cavabı yenə,Bu qanlar udandan o qəm yeyənə.

Şirin bu oyuna qalmışdı heyran,Necə səbr edir şah ayrılıb ondan?

Duydu, vəfasızlıq yoxdur, nəhayət,Dövlətə görədir belə məsləhət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri