Sən, ağa, bizlər ucun ruhi-rəvansan, getmə,Nə həmin bizlər ucun, aləmə cansan, getmə.

Sənsiz aram nə mumkundu tapılsın bizdə,Sən bizə quti-rəvan, tabu tavansan, getmə.

Bu yəqinimdi ki, aləm olu viran sənsiz,Dolanım başına, sən cani-cəhansan, getmə.

Arizum oldu ki, cox omr edəsən aləmdə,"Məhfili-uns"də sən virdi-zəbansan, getmə.

Biz səninlə edirik aləm ara fəxr həmin,Sən bizim izzətimiz, fəxri-zəmansan, getmə.

Səndən ancaq yetişir qəlbimizə zövqü səfa,Sən səfabəxşi-dili-piru cəvansan, getmə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Vird edir şamu səba sidq ilə bu şeri Həsən,Fuqəra əhli ucun darul-əmansan, getmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri