گنجینه‌گشای این خزینهسر باز کند ز گنج سینه

کانروز که نوفل آن سپه راندبیننده بدو شگفت درماند

از زلزلهٔ مصاف خیزانشد قلهٔ بوقبیس ریزان

خصمان چو خروش او شنیدنددر حرب شدند و صف کشیدند

سالار قبیله با سپاهیبر شد به سر نظاره‌گاهی

صحرا همه نیزه دید و خنجروآفاق گرفته موج لشگر

از نعرهٔ کوس و نالهٔ نایدل در تن مرده می‌شد از جای

رایی نه که جنگ را بسیچدرویی نه که روی از آن بپیچد

زان‌گونه که بود پای بفشردسیل آمد و رخت بخت را برد

قلب دو سپه به‌هم بر افتادهر تیغ که رفت بر سر افتاد

از خون روان که ریگ می‌شستاز ریگ روان عقیق می‌رست

دل مانده شد از جگر دریدنشمشیر خجل ز سر بریدن

شمشیر کشید نوفل گردمی‌کرد به حمله کوه را خرد

می‌ساخت چو اژدها نبردیزخمی و دمی، دمی و مردی

بر هر که زدی کدینهٔ گرزبشکستی اگرچه بودی البرز

بر هر ورقی که تیغ راندیدر دفتر او ورق نماندی

کردند نبردی آنچنان سختکز ارهٔ تیغ تخته شد تخت

یاران چو کنند هم‌عنانیاز سنگ برآورند خانی

پرکندگی از نفاق خیزدپیروزی از اتفاق خیزد

بر نوفلیان خجسته شد روزگشتند به فال سعد فیروز

بر خصم زدند و برشکستندکشتند و بریختند و خستند

جز خسته نبود هر که جان بردوان نیز که خسته بود می‌مرد

پیران قبیله خاک بر سررفتند به خاک‌بوس آن در

کردند بسی خروش و فریادکه‌ای داورِ داد ده، بده داد

ای پیش تو دشمنِ تو مردهما را همه کشته‌گیر و برده

با ما دو سه خسته نیزه و تیربر دست مگیر و دست ما گیر

یک ره بنه این قیامت از دستکآخر به جز این قیامتی هست

تا دشمن تو سلیح پوشدشمشیر تو به که باز کوشد

ما که‌ز پی تو سپر فکندیمگر عفو کنی نیازمندیم

پیغام به تیر و نیزه تا چند‌‌؟با بی‌سپران ستیزه تا چند‌‌؟

یابندهٔ فتح کان جَزَع دیدبخشود و گناه رفته بخشید

گفتا که عروس بایدم زودتا گردم از این قبیله خشنود

آمد پدر عروس غمناکچون خاک نهاده روی بر خاک

کای در عرب از بزرگواریدر خورد سری و تاجداری

مجروحم و پیر و دل‌شکستهدور از تو، به روز بد نشسته

در سرزنش عرب فتادهخود را عجمی لقب نهاده

این خون که ز شرح بیش بینمدر گردن بخت خویش بینم

خواهم که در این گناهکاریسیماب شوم ز شرمساری

گر دخت مرا بیاوری پیشبخشی به کمینه بندهٔ خویش

راضی شوم و سپاس دارموز حکم تو سر برون نیارم

ور آتش تیز بر فروزیو او را به مثل چو عود سوزی

ور زآنکه درافکنی به چاهشیا تیغ کشی کنی تباهش

از بندگی تو سر نتابمروی از سخن تو بر نتابم

اما ندهم به دیو فرزنددیوانه به بند به که در بند

سرسامی و نور چون بود خَوش!؟خاشاک و نعوذ بالله آتش!؟

این شیفته‌رایِ ناجوانمردبی‌عاقبت است و رایگان‌گرد

خو کرده به کوه و دشت گشتنجولان زدن و جهان نبشتن

با نام‌شکستگان نشستننام من و نام خود شکستن

در اهل هنر شکسته کامیبه زانکه بود شکسته نامی

در خاک عرب نماند بادیکز دختر من نکرد یادی

نایافته در زبانش افکنددر سرزنش جهانش افکند

گر در کف او نهی زماممبا ننگ بود همیشه نامم

آنکس که دم نهنگ داردبه زانکه بماند و ننگ دارد

گر هیچ رسی مرا به فریادآزاد کنی که بادی آزاد

ورنه به خدا که باز گردموز ناز تو بی‌نیاز گردم

بُرَم سر آن عروس چون ماهدر پیش سگ افکنم در این راه

تا باز رهم ز نام و ننگشآزاد شوم ز صلح و جنگش

فرزند مرا در این تحکمسگ به که خورد که دیو مردم

آنرا که گزد سگ خطرناکچون مرهم هست نیستش باک

وآنرا که دهان آدمی خستنتوان به هزار مرهمش بست

چون او ورقی چنین فروخواندنوفل به جواب او فرو ماند

زان چیره‌زبان رحمت‌انگیزبخشایش کرد و گفت برخیز

من گرچه سرآمدِ سپاهمدختر به دل خوش از تو خواهم

چون می‌ندهی دل تو دانداز تو به ستم که می‌ستاند؟

هر زن که به دست زور خواهندنان خشک و عصیده شور خواهند

من کامدم از پی دعاهامستغنی‌ام از چنین جفاها

آنان که ندیم خاص بودندبا پیر در آن خلاص بودند

کان شیفته‌خاطر ِهوسناکدارد منشی عظیم ناپاک

شوریده‌دلی چنین هواییتن در ندهدت به کدخدایی

بر هر چه دهیش اگر نجات استثابت نبود که بی‌ثبات است

ما دی ز برای او به ناورداو روی به فتح دشمن آورد

ما از پی او نشانهٔ تیراو در رخ ما کشیده تکبیر

این نیست نشان هوشمنداناو خواه به گریه خواه خندان

این وصلت اگر فراهم افتدهم قرعهٔ فال بر غم افتد

نیکو نبود ز روی حالتاو با خلل و تو با خجالت

آن به که چو نام و ننگ داریمزین کار نمونه چنگ داریم

خواهش‌گر از این حدیث بگذشتبا لشگر خویش باز پس گشت

مجنون شکسته دل در آن کاردلخسته شد از گزند آن خار

آمد بر نوفل آب در چشمجوشنده چو کوه آتش از خشم

که‌ای پای به دوستی فشردهپذرفتهٔ خود به سر نبرده

در صبحدمی بدان سپیدیدادیم به روز ناامیدی

از دست تو صید من چرا رفت‌‌؟وان دست گرفتنت کجا رفت؟

تشنه‌م به لب فرات بردیناخورده به دوزخم سپردی

شکّر ز قِمَطر برگشادیشربت کردی ولی ندادی

بر خوان طبرزدم نشاندیبازم چو مگس ز پیش راندی

چون آخر رشته این گره بوداین رشته نرشته پنبه به بود

این گفت و عنان از او بگرداندیک اسبه شد و دو اسبه می‌راند

گم کرد پی از میان ایشانمی‌رفت چو ابر دل‌پریشان

می‌ریخت ز دیده آب بر خاکبر زهر کشنده ریخت تریاک

نوفل چو به ملک خویش پیوستبا هم‌نفسان خویش بنشست

مجنون ستم رسیده را خواندتا دل دهدش کز او دلش ماند

جستند بسی در آن مقامشافتاده بد از جریده نامش

گم گشتن او که ناروا بودآگاه شدند کز کجا بود

Bu söz gövhərini tapıb kəşf edənDastan qapısını açır sinədən:

Nofəlin başına toplaşan orduHeyrətə salmışdı böyük bir yurdu.

Nərədən torpağın bağrı söküldü,Buqəbis zirvəsi yerə töküldü.

Onun nərəsindən titrəyən düşmənDöyüş meydanında səf çəkdi həmən.

Qəbilə başçısı donuxub qaldı,Nofəl ordusunun seyrinə daldı.

Gördü ki, nizələr almış hər yeri,Ordu bulud kimi tutmuş göyləri

Təbil nərələri gəldikcə bəzənÖlünün qəlbi də qopur yerindən.

Nofəl ordusunu görəndə düşmən,Nə hərbə meyl etdi, nə qaçdı hərbdən.

Hücuma girişdi "bəxtə-bəxt" deyə,Atını səyirtdi müharibəyə.

Ordular gəldikcə orda baş-başa,Endi şimşək kimi qılınclar başa.

Qumları sel kimi apardıqca qan,Əqiq göyərirdi sarı qumlardan,

Ürəklər yoruldu ciyər yarmaqdan.Qılınclar utandı baş qoparmaqdan.

Nofəl qılınc çəkib qalxan tutaraq,Hər hücum başında yıxırdı bir dağ.

Əjdahalar kimi qızıb meydanda,Bir nəfəs kəsirdi o hər bir anda.

Şir kimi getdikcə Nofəl irəli,Oxlara dönmüşdü sərt kirpikləri.

Hirsdən çatıldıqca qəzəbli qaşlar,Toppuz zərbəsindən uçurdu başlar.

Gürzlü çomağını endirən zamanElburs dağı da uçardı, inan.

Hər kəsə bir qılınc vursaydı Nofəl,Onu varaq kimi doğrardı əl-əl.

Məcnun da həvəslə hərbə gedirdi,O həlak olmağa çox səy edirdi.

Döyüş meydanları qızışdığı vaxtTabut taxtasına dönmüşdü hər taxt.

Bir olsa yoldaşın, dostun əməli,Daşdan su çıxardar onların əli.

Nifaq olan yerdə fəlakət də var,Səadət günəşi birlikdən doğar.

O gün nofəlçilər qalib gəldilər,Onların bəxtinə açıldı səhər.

Düşmən cəbhəsini yarıb sökdülər,Baş-başa, leş-leşə vurub tökdülər.

Can verib öldükcə yaralananlar,Ah çəkib sönürdü darda qalanlar.

Əsib kükrədikcə ölüm ruzgarı,Leyligil tərəfin ağsaqqalları

Aman istədilər igid Nofəldən,Yalvarıb dedilər: "Düşmüşük əldən.

Çəkmə qılıncını gəl indən belə,Hamını ölmüş bil, əsir zənn elə.

Bizi qırmağından bir fayda varmı?İgid basdığını boğazlayarmı?

İki-üç nəfərik, olmuşu unut,Əlinə ox alma, əlimizdən tut.

Gəl bu qiyaməti əlindən burax,Qiyamət günü var... o dünyaya bax.

Düşmən silahlansa qarşında əgər,Sən də qılınc vurub qüvvəni göstər.

Lakin, silah töksə qarşında düşmən,O miskin düşmənlə gəl vuruşma sən.

Artıq tutmayırıq üzünə qalxan,Gəl bağışla bizi sən, ey qəhrəman!

Qılıncla, nizəylə dindirmə bizi,Görürsən qalxansız əllərimizi".

Nofəl bu naləni dinləyib o dəm,Keçmiş günahlara çəkdi bir qələm.

Əmr etdi: "Gəlini gətirin ki, mənXoşluqla əl çəkim bu qəbilədən".

Leylinin atası, ürəyi qəmli,Torpağa üz qoydu gözləri nəmli.

Yalvardı Nofələ: "Ey böyük insan,Güvənir tacına bu Ərəbistan.

Dərdli bir qocayam, ürəyimdə qəm,Səndən uzaq olsun, yaman gündəyəm.

Qorxaraq ərəbin tənələrindən,Əcəm ləqəbini gəzdirirəm mən.

Başımın dərdinə, sövdasına bax,Bəxtimdən görürəm mən bunu ancaq,

Xəcalət çəkirəm bu günahımdan,Civə tək ərimək istərdim, inan.

Qızımı qarşına gətirsəm də, bil,Quluna versəm də, əskiklik deyil.

Yenə fəxr edərəm, gəl inan ki, sən,Boyun qaçırmaram sənin hökmündən.

Çöldə od yandırıb ocaq da çatsan,Qızımı ud kimi oda da atsan,

Ya quyu dibinə tullasan onu.Ya da qılınc çəkib vursan boynunu,

Bil ki, ağ olmaram üzünə yenə,Can-başla hazıram hər bir əmrinə.

Baharda bir təzə gül olsam da mən,Boyun qaçırmaram sənin əmrindən.

Ancaq, o dəliyə layiq deyil qız,Dəliyə bir zəncir yaraşır yalnız.

Ay üzlü bir qıza sərsəm yararmı?Çör-çöpün yanında od qalanarmı?

O, gicdir, mərd deyil, yoxdur sənəti,Nə dünyası vardır, nə axirəti.

Dağları, daşları gəzir o sərsəm,İnan, divanədir, dəlidir desəm.

Pis-pis adamlarla oturub durur,Mənim adıma da min ləkə vurur.

Mərdə təmiz bir ad candan əfzəldir,Ləkəli qalmaqdan ölüm gözəldir.

Ərəb torpağında küləklər beləQızımı salmışdır ağıza, dilə.

Leylinin adını o, dilə saldı,Balam bu dünyadan min töhmət aldı.

Məcnuna tapşırsan cilovumu sən,Mənə güləcəkdir hər yoldan ötən.

Bir nəhəng ağzında qəhr olub ölməkAlçaq bir ömürdən xoş olsun gərək.

Bədnam olmağımı qoyma, amandır!Qiyamət günü var... o, imtahandır.

İndi bu naləmə, dərdimə çatsan,Dünyada xoşbəxt ol, sevin hər zaman.

Yoxsa, and içirəm bir allaha mən,Əlimi çəkərəm ətəklərindən,

Ay üzlü balamın vurub boynunu,İtin qabağına ataram onu.

Taki bu qeyrəti çəkməyim bir də,Ölüb, öldürməyim durduğum yerdə.

Qoy mənə yer üzü lənətlər desin,Qızımı divdənsə köpəklər yesin.

İnsanı dinləsə azğın bir quduz,Onun məlhəmi var, keçər, qorxusuz.

Lakin dil yarası ürəkdən getməz,Ona min məlhəm də bir əsər etməz".

Nofəl dinlədikcə rəngi saraldı,Söz tapa bilməyib cavabsız qaldı.

Qoca danışdıqca açıq, mərdana,Nofəl yumşalaraq: "Qalx-dedi ona.

Bu gün bir sərkərdə olsam belə mənXoşluqla istərdim qızını səndən.

İndi ki, vermirsən, canın sağ olsun,Mən zalım deyiləm, üzün ağ olsun.

Quru bir çörəklə, şor bir halvadanPisdir zorla gələn bir arvad, inan.

Dualar ardınca dolaşıram mən,Belə cəfalardan bezaram, bilsən".

Nofələ dil açdı yaxın adamlar,Dedilər: "Qocanın nə günahı var?

Məcnun xoş gəlməsin gözünə sənin,Mənliyi alçaqdır o divanənin.

Bir qadın doğrudan sevsə də onu,Fəlakət törədər bu eşqin sonu.

Havalı yaşayan sərsəm bir insan.Nə xeyrə, nə şərə yarayar, inan.

Ona neyləsən də ağıla gəlməz,Yoxdur iradəsi, durub dincəlməz.

Dünən biz onunçun döyüşən zamanQələbə istərdi düşmənə hər an.

Oxlara gərmişdik biz sinəmizi,O da oxlayırdı bir yandan bizi.

Bu iş ağıllının işi deyildir,Ona ağlamaq da, gülmək də birdir.

Bu gün yetirsək də canana onu,Açıq görünür ki, matəmdir sonu.

Düz ölçüb biçməsən bu işi, ey mərd,Biz zərər çəkirik, siz də xəcalət.

Adımız, sanımız bizə əfzəldir,Bu işdən əl çəkmək daha gözəldir".

Nofəlin qəzəbi soyuyub söndü,Qoşuna əmr edib, geriyə döndü.

Məcnun yaralandı bu bəd xəbərdən,Min tikan sancıldı qəlbinə birdən.

"Ah, - dedi, - çatmışdı visal üçün vaxt,Öldü, oyanmadı, oyanmadı baxt.

Bəxtimin vəfası olsaydı mana,Özüm tək olardı dostum mərdana".

Gözündə yaş seli, qəlbində vulkan,Nofəlin yanına gəldi pərişan.

Dedi: "Ey dostluğa qadirəm deyən,Söz verib, sonradan sözünü yeyən,

Mənim ki, üzümə gülürdü səhər,Rəvamı qəlbimdə sönsün ümidlər.

Nə üçün buraxdın ovumu əldən,Biz ki, əl vermişdik, unutdunmu sən?

Susuzdum, apardın sən "Fərat" deyə,İçməmiş odlara tapşırdın niyə?

Şəkərdən bir şirin şərbət qayırdın,Ondan da içməmiş məni ayırdın.

Qarşıma açdınsa şirin süfrəni,Sonra milçək kimi qovladın məni.

İpin ki, ucunda bu düyün vardı,Ona dəyməsəydin yaxşı olardı".

Deyib bu sözləri getdi çaparaq,Atının nalından odlar qoparaq.

Ona çox dedilər, çox yalvardılarKi: "Sənə bundan da yaxşı bir nigar -

Hörmətli, hünərli, dövlətli, mallı,Bir gümüş sinəli; günəş camallı,

İşinə yarayan bir qız taparıq,Bu yeri axtarıb soraqlaşarıq,

Ta işin onunla tamam düzəlsin,Dövlət də qapına qayıdıb gəlsin".

Çox umud verdilər aşiqə bir-bir,Könlünün düyümü açılmadı bir.

O çıxdı ortadan iz azdıraraq,Qəlbi bulud kimi tutuldu ancaq.

Göz yaşı tökürdü o qəlbi xəstə,O tiryək səpirdi zəhərin üstə..

Artıq öz mülkünə qayıtdı Nofəl,Yetişcək yurduna hər şeydən əvvəl

Çağırtdı o cəfa görmüş MəcnunuKi, ürək verərək dincəltsin onu.

Axtaran çox oldu, tapan olmadı,Artıq siyahidən silindi adı.

Bildilər, nə imiş bu səssiz gediş,Onun tənəsinə səbəb nə imiş...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri