Səhər vaxtı siyasi bir məhbus
Sübh açılır, gün doğuyor hər səhər,Ah sən, ey məhbəsi-viranə, sən,Bircə işıqlanmaz imişsən məgər?!Məndə günah yox, onu bilməzmisən?Siz, ey qara, ey vəhmli divarlar,Ədli neçin pərdələyirsiz müdam?Ey qara zəncir, ey ağır halqa, sənÇatla, neçin zülmə edirsən dəvam?Ey mələkəlmövt, gəl al canımı,Indi ki, zülm ədli təbah eyləyir.Öldür, əvət, öldür, olum rahət, ah!Kimdir? O Hatif, nə xoş söyləyir:– Səbr elə, bəxtinlə bir az qıl mədar:Məhbəsi hürriyyət edər tar-mar,Zülm enəcək, ədl olacaq payidar.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-seher-vaxti-siyasi-bir-mehbus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aman, kantorçularımız, dad sizdən,Bizi zar eylədiz, fəryad sizdən!
Namə(Yekəpər, kəlləpeysər bir molla döşək üstə oturmuş, dizində kağız, gözündəeynək, başında kələm, əlində qələm özü kimi bir mollaya kağız yazır):
QızımaFikrini vermə nə elmə, nə də ürfanə, qızım!Çoxdur elmin zərəri din ilə imanə, qızım!
Bulvar hara, məktəb hara(Yay tətilindən sonra məktəbə getməyə məcbur olanuxajor mütəəllimlərin naləsi)
Başqa şairlərin şeirləri · Mədhiyyə
Xətainin ruhu qarşısında.*Şah Xətai, qüvvətimiz haçalanır,
Birdi, birBizi yoxdan var eyləyən, Qəni Sübhan birdi,bir,Abu,atəş,xaki, baddan xəlq olan can birdi,bir.
Atılmayan toplarDaş barılar, qalalar,Bürclər durur yan-yana.
عشق تو به گرد هر که برگردداز زلف تو بیقرارتر گردد