Bu həqiqətdir ki
Bu həqiqətdir ki, bir səslə edib aləm qəbul:Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti.Ittihad ərbabinə aləm müti olmuş müdam,Müttəhim bir millətin daim ucalmış şöhrəti.
Partlasın toplar, şrapnellər, tüfənglər, bombalar,Ittihadın qüvveyi-əzmi hər asan eyləməz.Partlasın odlar, alovlar, ildırımlar, şölələr,Ittihadın odu qəlbi zərrə suzan eyləməz.
Qələlər, bürclər, dəmirlər və möhkəm istehkamlar,Puç olar gər Ittihadın tiği etsə ictihad.Arkadaşlar, varlığın millət istərsə saxlasın,Əlbəəl versin də, etsin ittihadi-ittihad.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-bu-heqiqetdir-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cümə günü, oktyabrın 29-da Hökumət Teatrında Dövlət teatrı aktyorları tərəfindən türkcə “Dağılan tifaq” adlı pyes oynandı. Əsərin özündə bir çox qeyritəbiiliklər və qarışıq nöqtələr vardır ki, bunları nə qədər yazmaq arzusunda olsaq da, şərait namüsaidliyindən, məəttəəssüfanə, bacarmırıq. Fəqət gələcəkdə bu xüsusda yazmaq üçün mümkünat olacağı zənnindəyik. Bu dəfə isə yalnız aktyorların oyununu yazmaqla irtifa edəcəyik.Oyun qəhrəmanı Nəcəfbəy rolunda Abbasmirzə Şərifzadə idi. Hər bir şeydən əvvəl onu xatırladım ki, birinci pərdədə tək danışırkən və ikinci pərdədə kağız oxuyurkən, rəcz oxurcasına, bərkdən və yersiz olaraq sərt danışırdı. Bizə qalırsa, bu sözləri yalnız düşüncə olduqları üçün qırıq-qırıq təzahür edilərək, olduqca kölgəli və dumanlı deməli idilər. Əvvələn, bir aktyorun səhnədə tək danışdırılması, əsasən, qeyri-təbii bir şeydir. Biz həyatda öz-özü ilə danışan (normal) bir adam görmərik. Fəqət madam ki, əsər köhnə məktəb ilə yazıldığından belə nöqtələrə təsadüf edilir, o zaman bunu heç olmasa, bir rəcz kimi deyil, bulanlıq bir tövr ilə söyləməlidir. Biz, məəttəəssüfanə, təsəvvür etdiyimizi olduğu kimi təsəvvür edə bilmirik. Fəqət bir qədər düşünülərsə, dediklərimizin anlaşılacağı zənnindəyik.
“Otello”Cümə günü, mayın 19-da Dövlət Teatrında türk aktyorları tərəfindən “Otello” pyesi oynandı.Otello rolunu oynayan Abbasmirzə Şərifzadədən başqa, oyunun bütün rolunu səhnəmizin gənc aktyorları ifa etdiklərindən və bu rollarda birinci dəfə çıxdıqlarından, bütün başqa cəhətləri keçib, yalnız bu gənc qüvvələrin oyunları xüsusunda bir neçə kəlmə yazmaq istərik.
“Şeyx Sənan”Cümə günü, oktyabrın 11-də möhtərəm şairimiz Hüseyn Cavidin “Şeyx Sənan” adlı faciəsi oynandı.Möhtərəm müəllif guya “İblis”də buraxdığı bütün xətaların intiqamını “Şeyx Sənan”dan alırmış kimi, əsərin hər bir cəhətinə son dərəcə diqqət etmişdir.
Ədəbi mübahisələrI6 həziran tarixli “Kommunist”də möhtərəm Kazımoğlu deyir ki, “Vaxtilə məhəlli mətbuatda yazılan bir çox yazılar istər Cavidin, istərsə əsərlərinin mahiyyətini meydana qaymamadadırlar”, Bu fikir doğrudur. Səbəbi də Cavidin əsərləri səhnəyə çıxalı mətbuatın, siyasi məsələlər ilə məşğul olub ictimai və ədəbi mübahisələrin mətbuatda yer bulmamasıdır. Yalnız Azərbaycanda deyil, bəlkə bütün Zaqafqaziya ölkələri arasında ilk olaraq tənqidlər yazmış, tənqidçiliyi ilə məruf olmuş, möhtərəm münəqqidimiz Kazımoğlunun da bu vaxta qədər susduqları bunun nəticəsi olsa gərəkdir. Həm də bizdə bir hal vardır, adətən türklük heyəti ümumiyyəsilə tənqidə dayanmıyor ki, burası, bizdə milli bir xüsusiyyət halına gəlmişdir. Əh doğru və səmimi, bitərəfanə tənqid çox vaxt çəkilmədiyindən qərəz kimi tələqqi edilərək haqsız etirazlara səbəb olur ki, bu da tənqid həvəskarlarımızın bir dürlü ciddiyyətini qırır. Halbuki, həyatın hər qismində sənət və ədəbiyyatda da “ tənqid təkamülün babasıdır” deyilsə yanlış olmaz. Bu hər yerdə belə düşünülür, bizdə isə ədəbiyyat “ədəbiyyatımız var” deyiləcək qədər təkamül etmədiyi kimi, yazıçılarımız da tənqidin əhəmiyyətini bir dürlü təfriq edəmirlər, hər halda bizdə tənqidçilik xüsusundakı bir qaç kəlmədən sonra möhtərəm Kazımoğlu tərəfindən atılmış mübahisədə ötədənbəri mətbuat mübahisəçilərindən biri olub bu xüsusdakı yazılarla iştirak etdiyimiz üçün bu dəfə də irəlidə təsadüf edəcəyimiz istər şəxslərinə, istərsə də qələmlərinə böyük hörmət və ehtiram bəslədiyimiz qələm arkadaşlarımızın əfvlərinə məqrurən, ümumən ədəbiyyat və sənət, xüsusən bizdə Cavid və onun əsərləri xüsusunda bir qaç kəlmə yazmaq istəriz.
Başqa şairlərin şeirləri · Vətən
Qabağımda Qara dəniz,Ürəyimdə dəli Xəzər;
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
Bir cibimdə əskinasımBir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,