Sevincim, kədərim
Sevincim dünyaya sığmayır bəzən,Sanki sevincimə qərq olur aləm.Bir dünya qəmimi, nisgilimi mənBəzən də olur ki, tənha çəkirəm.
Bəzən qəhqəhəmdən göylər də gülür,Yağış nəğməsini oxuyur yazın.Bəzən çəkilərəm könül dünyama,Odlu göz yaşımı görən olmasın.
Bəzən oxşayıram körpə gülləri,Güllərin ləçəyi pardaqlanırlar.Güllər sığınanda isti sinəməÖzünü analı körpə sanırlar.
Qibtə eləyirəm güllərə bu an,Gözümdə yaş donur, iki damla yaş.Deyirəm anamın isti köksünəNə ola, bircə yol sığınaydım kaş.
Bəzən söykənirəm bir sal qayaya,O, sanır özünə həsbhal məni.Ötən əsrlərə qulaq asdıqca,Aparır ardınca bir xəyal məni.
Bəzən körpə quşlar qapıma qonur,Bəzən mən qururam quşlara yuva.Nəyəsə, kiməsə gərək olduqca,Sevinir könlümdə, gözümdə dünya.
Bəzən bağçaların yarpaq tökümüQəlbimə həzinlik gətirir mənim.Dolub boşalıram buludlar kimi,Sanıram, saralır ömür çəmənim.
Bir xoşbəxt ananın laylay səsindənSevincimin sanı birdi, yüz olur.Yox, elə sevinir, sevinirəm ki,Sevincim sahilsiz, sahilsiz olur.
Bir ana görürəm, bəzən üzündəHəsrət naxış salıb, həsrət iz salıb.O şəvə saçlarda zamanın əliBəyaz yollarını necə tez salıb.
İtər rahatlığım, itər dincliyim,Fikrimin çaları neçə rəng olar.Belə bir aləmdən ayılsam əgər,Mənə üsyan edən bu ürək olar...
Sevincim, kədərim həyatdan gəlir,Bunlarsız ömrüm də olar quru səs.Bunlarsız ürəyim susar əbədi,Ağlaya da bilməz, gülə də bilməz.
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-sevincim-kederim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
Püstə nə deyər, bəhsini eylər o dəhanınPüstə nə deyər, bəhsini eylər o dəhanın,Ağzına bax ol ağzı açuq hiç mədanun.
Üç yaşına çatıramTale küsüb, qismət qaçıb, bəxt yatıb,Kövrəlmişəm, üç yaşına çatıram.
Xosrov və Şirin, fəsil 37Asimantək, yaşıl geymiş o qocaCavan budaqları işə salınca.