Ehey, uca dağlar eşidin məni,Başı haça dağlar eşidin məni.Gəlsəm haçan, dağlar, eşidin məni,Bilin, havalanıb ürəyim yenə,Düşmüşəm bir təzə nəğmə eşqinə.

Ehey, geniş düzlər, eşidin məni,Lalələr, nərgizlər, eşidin məni.Könlüm sizi səslər, eşidin məni,Bilin, havalanıb ürəyim yenə,Düşmüşəm bir təzə nəğmə eşqinə.

Ehey, yaşıl bağlar, eşidin məni,Yaxınlar, uzaqlar, eşidin məni.Ey sözlü bulaqlar, eşidin məni,Bilin, havalanıb ürəyim yenə,Düşmüşəm bir təzə nəğmə eşqinə.

Ehey, günlər, aylar, eşidin məni,Ey yollar, dolaylar, eşidin məni.Bir sinə sözüm var, eşidin məni,Bilin, havalanıb ürəyim yenə,Düşmüşəm bir təzə nəğmə eşqinə.

Ehey, əziz dostlar, eşidin məni,Qəlbi təmiz dostlar, eşidin məni.İlqarı düz dostlar, eşidin məni,Bilin, havalanıb ürəyim yenə,Düşmüşəm bir təzə nəğmə eşqinə.

Ehey, ey yağışlar, eşidin məni,Körpə qaranquşlar, eşidin məni.Ey qayalar, daşlar, eşidin məni,Bilin, havalanıb ürəyim yenə,Düşmüşəm bir təzə nəğmə eşqinə.

Ehey, ey ləpələr, eşidin məni,Nağıl xatirələr, eşidin məni.Laylalı sinələr, eşidin məni,Bilin, havalanıb ürəyim yenə,Düşmüşəm bir təzə nəğmə eşqinə.

Ehey, ey insanlar, eşidin məni,Həyatı quranlar, eşidin məni.Arzusu ümmanlar, eşidin məni,Bilin, havalanıb ürəyim yenə,Düşmüşəm bir təzə nəğmə eşqinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri